
Niyə qadınlar çox üşüyür? - Əl-ayaqlarınızı soyuq edən SƏBƏB
- 10 Aprel, 2021
- 634 Baxış
Hormonlar qadınlara, həm də kişilərə təpədən dırnağa qədər təsir edir. Qadınlarda daha çox olan, hətta “qadınlıq hormonu” olaraq da adlandırılan estrogenin azı da, çoxu da ziyandır. Estrogen hormonu qadınların aybaşı dövründən tutmuş, süd vəzlərinin inkişafı, cinsi həyat, saç və dərinin sağlamlığına qədər bir çox mövzunu əhatə edir.
Estrogen hormonunun aşağı və ya yuxarı olduğunu biruzə verən göstəriciləri təqdim edirik:
- Estrogenin yüksək olması daxildə öz-özünə yarana bildiyi kimi, xarici təsirlərdən də arta bilir. Ən çox rast gəlinən səbəblər isə yumurtalıqda polikistoz sindromu və xaricdən estrogen tərkibli dərmanların qəbul edilməsidir. Başqa bir təsir estrogeni təqlid edən ksenogenoz adlandırdığımız kimyəvi maddələrdir.
Bu bəzi kosmetik mahsullarda – kremlər, şampunlar, makiyaj ləvazimatları, böcək dərmanlarında (yəni yediyimiz meyvə və tərəvəzlərin üzərində) və plastik qablarda olur.
- İstifadə etdiyiniz bir çox kosmetik məhsullarda olan parabenlər də bu hormonun artmasına səbəb olur. Qara ciyər pozulmalarını və yumurtalıqlarda şişləri də estrogen yarada bilir.
Əgər bel ətrafındakı piylərdən, selülitdən, varikoz və tüklənmədən şikayətiniz varsa, demək estrogen hormonunuz yüksəkdir. Bədəninizdə bu hormonu tarazlamaq üçün yağ tərkibi aşağı olan yüksək lifli qidalarla qidalanmaq, arıqlamaq və sink tərkibli qidalar qəbul etmək lazımdır.
- Qidalanma estrogen hormonunun səviyyəsini qaydasına salmaqda çox əhəmiyyətli rola malikdir. Kələm, brokoli, ispanaq kimi tərəvəzlər yeyin. Yulaf yarması, kəpəkli düyü və çia toxumundan istifadə edin. Miqdarını aşmamaq şərtiylə Hindistan qozunun yağını salat, tərəvəz və istədiyiniz yeməklərə əlavə edə bilərsiniz. Yediyiniz yumurta da stress hormonlarını idarə edərək rahatlamanıza kömək edəcək.
Bundan başqa, ərik qurusu estrogenin səviyyəsini tarazlayır, nizamlı aybaşı olmanıza kömək edir. Xüsusilə də somon balığı tərkibindəki yağ turşuları ilə yüksək əhval-ruhiyyənin yaranmasına gözəl təsir edir. Həftədə iki dəfə yeyə bilərsiniz. Ancaq soya tərkibli məhsullardan uzaq durmağa çalışın.