Loading...
Qız uşağına hamilə olduğunu göstərən - İŞARƏLƏR

Qız uşağına hamilə olduğunu göstərən - İŞARƏLƏR

Loading...

Bu dəfə qız uşaqlarının olacağını göstərən məqamlar haqda məlumat veririk.


Bildiyimiz kimi uşağın ana bətnində inkişaf mərhələləri var. Müəyyən mərhələyə çatandan sonra uşağın cinsiyyəti həkim müayinəsində ultrasəslə müəyyən edilir. Lakin bu müddətə qədər yaşanan həyəcan və səbrsizlik xalq arasında bəzi inancların yaranmasına səbəb olub. Belə ki, hormonal dəyişikliyin anada yaratdığı fiziki və psixoloji hallar xalq arasında uşağın qız və ya oğlan olacağı haqda fikirlər yaradıb.


Bunlar hansılardır?

- Yüksək nəbz: həkim müayinəsində uşağın nəbzi 140-160 arasında və ya daha yüksək vurursa, qız olacağına işarə edir.

- Yuxarıda və yumru qarın: Uşaq qarın nahiyyənizdən yuxarıda və yumru olarsa qız ola bilər.

- Səhərlər bulantı və qusmalar: qız uşaqlarına hamilə qaldıqda səhərlər ürək bulanmaları və qusmalar müşahidə edilir.

- Süd vəzinin ölçüsü: hamiləlikdə sol süd vəzinin sağdakından daha böyük olması xalq arasında qız uşağının olacağına şərh edilərmiş.

- Yatış forması: ana yatarkən daha çox sağ tərəfi üstündə yatırsa, uşağın qız olacağı deyilərmiş.

- İncə və mat saçlar: ananın saçları mat və incə olarsa qız uşağına hamilə olduğu deyilərmiş

- Şirin şeylər istəmək: Hamiləlikdə ürəyiniz tez-tez şokolad, tort, dondurma kimi şirin şeylər istəyirsə,  övladınızın qız olacağı ehtimalını yüksəldir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR