Loading...
Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq? - Göstəricilər

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq? - Göstəricilər

Loading...

Ana və ata övladlarının olacağını biləndən  sonra cinsiyyətini böyük bir həyəcanla öyrənməyə çalışırlar. Bu da təbii haldır. 

 

Hormonal dəyişikliklərin anada yaratdığı fiziki və psixoloji dəyişikliklər xalq arasında dünyaya gələcək uşağın oğlan və ya qız olması kimi inanclara yol açıb.

Uşağın cinsiyyəti ana bətninə düşdüyü andan etibarən bəlli olur. Lakin bunu öyrənə bilmək üçün uşağın böyüməsi lazımdır. Belə ki, ultrasəs müayinəsi uşaqların cinsiyyətini öyənmək üçün ən çox istifadə olunan üsuldur. Artıq hamiləliyin 13 və 16-cı həftələri arasında uşağın cinsiyyəti ultrasəslə müəyyən edilə bilir.


Xalq arasında hamilə qadında olan bəzi göstəricilərin oğlan uşağının olacağına  dair məlumatlar var. Həmin göstəricilər bunlardır:

1 – Aşağı təzyiq: həkim müayinəsində uşağın nəbzi 140-dən aşağıdırsa, bu uşağın oğlan olacağına işarə edir.

2 – Aşağı və sivri qarın: uşaq qarnınızda nisbətən aşağı vəziyyətdədirsə və qarnınız yumru yox, şiş kimidirsə, bu, oğlan uşağına işarədir.

3 – Süd vəzlərinin ölçüsü: hamiləlik zamanı süd kanalları açılmağa başladığı üçün süd vəziləri böyüyür. Lakin sağ döşün sol döşdən daha böyük olması xalq arasında oğlan uşağının olacağı kimi şərh edilir.

4 – Sidiyin rəngi: hamiləlikdə sidiyin rənginin parlaq sarı rəngdə olması övladınızın cinsiyyətinin oğlan olduğuna işarə edir.

 5 – Yatma forması: ana daha çox sol tərəfi üstdə yatırsa, demək oğlan olacaq.

6 – Gur və parlaq saçlar: hamiləlik zamanı qadının daha gur və parlaq saçları olursa, yenə oğlan uşağının olacağına işarə edilir.

7 – Duzlu, turş qidalar: hamiləlik zamanız ürəyiniz tez-tez turş, duzlu qidalar yemək istəyirsə, uşağın yenə oğlan olacağı deməkdir.


Oğlan uşağına hamilə olarkən necə keçir?

Uzun illərdir xalq arasında oğlan və qız uşaqlarının hamiləlik müddətinin fərqli keçdiyi dildən dilə ötürülmüşdür. Elmi olaraq sübut edilməsə də, bildirilir ki, oğlan uşağına olan hamiləlik müddəti qızınkindən daha asan keçir. İnanclara görə, oğlan uşaqları ilk həftələrdə hərəkətli olmur və səhər saatlarında anaya ürək bulanması vermir


Ultrasəs müayinəsi zaman oğlan uşağının nəbzinin qızlarla müqayisədə daha yavaş atdığı deyilir.

Hamiləlik zamanı oğlan uşaqlarının daha çox yuxu gətirdiyi xürafatdır. İlk aylardan etibarən hamilə qadının  ürək bulanma və bətnin sidik kisəsinə təzyiq etməsi yuxunun pozulmasına səbəb olur. Yuxusu pozulan ana gün ərzində yorğun və yuxulu olur. Hamiləlik zamanı daha çox yatmaq istəyinin səbəbi uşağın cinsiyyətindən deyil, ananın bədənində yaşanan sürətli dəyişikliklərdən qaynaqlanmaqdadır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR