
Reql dövründə sancılardan xilas olmaq üçün bu məşqi edin
- 18 Yanvar, 2021
- 174 Baxış
Qadın Xəstəlikləri və Doğuş üzrə mütəxəssis Dr. Nadir Cömert qadınların reql dövründə bəzi idman hərəkətləri etməklə ağrılardan xilas olacağını qeyd edib.
Reql dövründə qadınların enerjisi azalır və idman etmək həvəsi olmur. Halbuki idman insanın ağrılarını yüngülləşdirir.
Mütəxəssis 1 həftə ərzində nizamlı olaraq idmanla məşğul olmağın sancıların azalmasına, şişkinliyin aradan qalxmasına səbəb olduğunu qeyd edib.
Yoqa rəhm əzələlərini rahatlaşdırır
Yoqa, pilates kimi məşqlər stressi və gərginliyi azaldır, bədəndə qan və oksigen dövranını artırır, sinir sistemini sakitləşdirən nəfəs alma və rahatlama texnikalarına fokuslanır. Duyğulara fokuslanmağı təmin edərək ehtiyaclarınızı və hisslərinizi daha yaxşı ifadə edə bilmənizə kömək edir. Qarın əsnətmə hərəkətləri rəhm əzələlərini rahatlaşdırır.
Reql dövründə daha az və yüngül idman hərəkətlərilə qollar, qıçlar, kürək, qarın, omba kimi bütün böyük əzələ qruplarını işlətməyi hədəfləyin. Yorğun və ya gücsüz hiss etsəniz tez-tez fasilə verin.