Loading...
Cinsi yolla keçən təhlükəli virus - Mikoplazma

Cinsi yolla keçən təhlükəli virus - Mikoplazma

Loading...
Bir çox viruslar insan orqanizmində illərlə sakit qalaraq, böyük fəsadların yaranmasına səbəb olurlar. Qadın orqanizmində çox rast gəlinən və demək olar ki, son dövrün ən aktual probleminə çevrilən viruslardan biri də mikoplazmalardır.

Mikoplazma həm qadınlarda, həm də kişilərdə rast gəlinən mikrobdur. Mikoplazmanın 15-dən çox növü var. Onlar arasından yalnız üçü insan orqanizmi üçün təhlükəlidir. O, bilinən ən kiçik təkhüceyrədir. Mikoplazma cinsi yolla keçən xəstəliklər növünə aiddir. Əsasən, sakit formada, heç bir əlamət büruzə vermədən inkişaf edir. Mikrobu daha çox hamiləlik vaxtı aşkar etmək mümkündür.

Virusun əlamətləri:
· Hərarətin hərdən yüksəlməsi.
· Qarnın aşağı hissələrində ağrılar.
· Sidik ifrazatı zamanı göynəmə.
· Cinsi əlaqə zamanı ağrılar.

Mikrobun yaranma səbəbləri:
Mikoplazma yoluxmuş şəxslə qorunmasız cinsi əlaqə zamanı ötürülür.
Natəmizlik. İmmunitetin aşağı olması.
Soyuqdəymə.
Anadan uşağa.
Orqanların köçürülməsi zamanı.

Mikoplazma və hamiləlik:
Mikoplazma dölə təsir edərək hamiləliyin vaxtından tez pozulmasına gətirib çıxara bilər. Mikrobun doğuş zamanı anadan körpəyə keçmə ehtimalı olduqca böyükdür. Amma bu, körpə üçün çox da təhlükəli deyil. Müalicəsi mümkündür. Müalicəsiz qaldığı halda isə körpədə pnevmaniya yarana bilər.

Mikrobun dəhşətli fəsadları:
· Sonsuzluq
· Hamiləliyin vaxtından tez pozulması
· Böyrək iltihabı
· Sidik kanallarının iltihabı
· Yumurtalıqların zədələnməsi

Mikrobun tez sağalması üçün vaxtında həkimə müraciət etmək lazımdır
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load