Loading...
Üz və Saç üçün maskalar

Üz və Saç üçün maskalar

Loading...
Üz və Saç üçün maskalar

Gözəlliyi uzun müddət qorumaq, vaxtından əvvəl qırışların əmələ gəlməsinin qarşısını almaq üçün dəriyə qulluq vacibdir.

Üz dərisi üçün maskalar adətən gözlərin ətrafından savayı bütün üzün dərisinə çəkilir. Maska 10-15 dəqiqə saxlanılır. Bu zaman uzanmaq, ayaqları bir qədər hündürə qoymaq məsləhətdir. Qidalandırıcı maskalardan öncə dərini təmizləmək lazımdır. Bunun üçün müxtəlif skrablardan və ya təbii vasitələrdən (limon şirəsi və s.) istifadə etmək olar. Yağlı maskalar yuyulduqdan sonra üzdə qalan nazik yağ təbəqəsi üz salfeti vasitəsilə silinir. Bal, yumurta ilə hazırlanan maskalar ilıq su ilə yuyulur, yuyulduqdan sonra üzə krem çəkilir.

Quru dəri üçün qidalandırıcı maskalar:

1 çay qaşığı xama + 1 çay qaşığı bal + 0.5 çay qaşığı əzilmiş güləm və ya çiçək tozu qarışdırılır. Üzə çəkilib 15 dəqiqə saxlanılır. Həftədə 1-2 dəfə qoyulur. Bu maska həm də cavanlaşdırıcı təsir göstərir.

2 yumurtanın ağı tam ağ köpük alınana qədər çalınır, üzərinə 10 damcı limon şirəsi və 1 xörək qaşığı bal (əgər xarlanıbsa bir qədər isidilib) əlavə edilir. Qarışdırılıb maska qoyulur.

1 yumurtanın sarısı + 1 xörək qaşığı mayonez qarışdırılır. Üzə bitki yağı çəkilir, üzərindən isə bu maska çəkilir.

Baldan hazırlanan maskalar istənilən dəriyə yaxşı təsir göstərir. Əks göstərişlər – qan damarlarının səthi yerləşməsi və allergiyadır.

Yağlı dəri üçün maskalar:

Öncə dərini təmizləmək lazımdır. Yağlı dərini su və limon şirəsi ilə təmizləmək olar. Bunun üçün adi limon dilimini üzə sürtməklə də sifəti təmizləmək olar.

Bundan başqa yağlı dərini təmizləmək üçün Nanə dəmləməsindən də istifadə edə bilərsiniz. 1 çay qaşığı nanə qurusunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Hazırlanmış dəmləmə ilə səhərlər üz təmizlənir.

Yağlı dəri üçün maskalar dərinin yağlılığını azaldır və iltihab əleyhinə təsir göstərir:

1 x. qaşığı prisıpka + 3%-li hidrogen-peroksid(perekis) və ya yağsız süd qarışdırılır. Dərinin yağlı nahiyələrinə çəkilir.

Sürtgəcdən keçirilmiş çiy kartof yağlı dəriyə yaxşı təsir göstərir.

1 ədəd çiy kartof sürtgəcin xırda gözündən keçirdilir, üzərinə çalınmış yumurta ağı və 2-3 çay qaşığı yulaf unu əlavə olunur. Xamayabənzər kütlə alınana qədər qarışdırılır. Üzə çəkilir.

Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.

Cavanlaşdırıcı maskalar:

1 almanın yarısı əzilir + 1 yumurta sarısı + 1 x. qaşığı bal + 1 x. qaşığı alma sirkəsi + 1 çay qaşığı B qrup vitamin tozu + 1 çay qaşığı Askorbin turşusu (Vitamin C) qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. İstənilən tipli dəridə istifadə etmək olar.

100 qr bal su hamamında qızdırılır, üzərinə tədricən 50 ml araq əlavə edilir. Pambıqla üzə çəkilir və 10-15 dəq saxlanılır.

Saç üçün maskalar:
1 x. qaşığı sürtgəcdən keçirilmiş çiy soğan + 1 x. qaşığı gənəgərçək yağı + 1 x. qaşığı bal + 1 yumurta sarısı yaxşı qarışdırılır. Alınmış qarışıq saçların dibinə yaxılıb bərk sarınır. 1-2 saat saxlanılıb yuyulur.

30 qr quru xırdalanmış çobanyastığı çiçəyi (ramaşka) üzərinə 100 qr qaynar su əlavə edilib dəmlənilir. Dəm 30-40 dəq saxlanılıb soyudulur. Süzülüb 1 desert qaşığı bal əlavə edilir. Saçları yuduqdan sonra dəsmalla bir az qurudulub alınan məhlulla saçların dibi isladılır. Yarım saatdan sonra ilıq su ilə yuyulur. Quru saçlarda 10-12 gündən bir, yağlı saçlarda 6-7 gündən bir təkrarlanır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Dark PrincesSa

15 Mart 2014 18:04

saclarn tez uzanmasi maskasina ehtiyacm varrrrrrrrrr ne

Lunchi_Pulchi

30 Avqust 2010 19:42

Sitat: Rain-cool
Əşşşi joy.az-ın qızlarının hec birine lazim deyil elə belə maraga bəlkə baxarlar..

canım dosim mənimçün yaradıb bu xəbəri bee
mənə maraqlıdı.üzünə təbii bir şeylərlə maska etmək çoooooooox xeyirlidi

crazy women

28 Avqust 2010 20:40

hec bir maskadan istifde etmirem)eziyyete hormet)thnaks)

Gitarist

27 Avqust 2010 01:23

Sehv gelmisem Tesekkur

Ruhsar

26 Avqust 2010 23:29

axirinci maska neye goredi? tokulmeye,kepeye ve s ?
axirincini yoxlayacam

Mamedovich

26 Avqust 2010 21:43

bunlari yemek maskadan serfelidi =) yeqin oqlanlara aid deyil tesekkurler

JOY_LADY

26 Avqust 2010 20:38

ele bu qeder sheyi icine vurduguma yeyerem

Nagil

26 Avqust 2010 20:28

Sitat: LARACROFT
Maskalardan istifadə etmirəm.Kremlərədn istifadə etmək daha rahatdı.

krem maskadan daha ziyanlidir sifetini tez qocaldacaq

Fedor Emelianenko

26 Avqust 2010 20:19

Sitat: H.O.S.T_Girl
Hmm tesekkurler lazim deyil mene olsada sitifade etmirem bele seylerden...

Əşşşi joy.az-ın qızlarının hec birine lazim deyil elə belə maraga bəlkə baxarlar.. feel

ChocoLatte

26 Avqust 2010 19:53

Hmm tesekkurler lazim deyil mene olsada sitifade etmirem bele seylerden...

l2a1000

26 Avqust 2010 18:09

Sitat: HUGO-BOSS
Allah uzağ eləsin xortdana oxşayırlar

xiixixixi)) lol

music_my_life

26 Avqust 2010 18:04

maraqlidi amma deim qulluq gorur her hefte

Faya

26 Avqust 2010 17:27

İstifadə edəcəm, təşəkkürlər maaqlı məlumata görə... sexymix
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

İrmak

26 Avqust 2010 17:17

Allah uzağ eləsin xortdana oxşayırlar lol
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

FLOR

26 Avqust 2010 17:12

hec birinden istifade etmirem tesekkur

Balım

26 Avqust 2010 17:09

Maskalardan istifade edirem.cox sag ol melumatlarin ucun

10-suz

26 Avqust 2010 16:42

sac ucun deyileni edirem

LARACROFT

26 Avqust 2010 16:27

Maskalardan istifadə etmirəm.Kremlərədn istifadə etmək daha rahatdı.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Bez_tebya

26 Avqust 2010 16:11

axot yoxdu oxumaga smile

denizim

26 Avqust 2010 15:31

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

_Ayka21_

26 Avqust 2010 15:22

cooooox sagolun maslahatlare gore.

True_Love

26 Avqust 2010 15:16

Maraqlıdır.... Saç üçün olanı bəlkə etdim

D-e-V-i-L

26 Avqust 2010 15:08

Maraqlidi amma oglanlar ucun deyil yegin TsK