Loading...

Kişini əldə tutmağın 4 yolu...
Qadın dünyası
- 18 İyul, 2010
- 16 802 Baxış
Loading...
Artıq o sənə aşiqdir. Mükəmməl bir cüt olduğunuzu düşünür, hər yerdə xoşbəxtsiniz və bunun sonuna qədər davam etməyini istəyirsinizsə. Sizə 4 səbəb: .

Nə qədər dır-dır etsəniz, itirməyə o qədər çox yaxın olarsınız. Çünki kişilər "birəni dəvə edən", söz güləşdirən qadınlara nifrət edər. Onlar sığınacaqları bir liman axtarar, dalğalı və tündxasiyyət bir dəniz deyil. Hər əlaqədə bir sıra problemlər yaşana bilər. Əhəmiyyətli olan problemlərin öhdəsindən dağıdıcı deyil, quruluşçu olaraq gəlməkdir. Məntiqli olmağınız sizə olan eşqinin daha da güclənməsini təmin edəcək.

Sevgilinizlə ən son nə vaxt bir futbol matçına gedib tribunalarda birlikdə səsiniz çıxdığı qədər qışqırdınız? Kişilər özlərini daim təəccübləndirən, bəzən dostu, bəzən sirdaşı və yataqda da bir qadına sonsuz qədər aşiq olmaq üçün yanıb alovlanar. Bir kişini özünə aşiq etmək heç də çətin deyil. Amma əhəmiyyətli olan onu eyni eşqlə özünə bağlaya bilməkdir.

Bir əlaqədə biz qadınların ən böyük səhvi qarşımızdakı kişinin mənliyini ələ keçirib, bütün idarəsi təmin etməyə çalışmaqdır. Biz istəmədiyimiz üçün zövqlərindən, hobbilərindən imtina etsin istəyərik. Yoldaşlarıyla görüşməsə, o futbol izləməz deyə düşünürük. Halbuki kişilər şəxsiyyətlərindən güzəşt verəcəklərini düşündükləri bir əlaqəni əsla davam etdirməzlər. Eqoizmlərinizin onu və əlaqənizi köhnəltməməsi üçün ona özü kimi olmaq fürsəti verməlisiniz. Onun həyatına müdaxilə etməyə heç haqqınız yoxdur.

Əgər həyatınızın kişisinin sizə aşiq olmağını istəyirsinizsə, bu eşqin alovunu həmişə təzə tutmalısınız. Üstəlik bunu yalnız ondan gözləmək sizin atəşinizi alovlandırar. Yaxşı, o necə olacaq? İndi kiçik və ərköyün bir qız olmağı bir kənara qoyun. Cibinə eşq sözləri yazılmış kiçik mesajlar qoyun, izləməyi çox istədiyi bir filmə bilet alın, onun üçün sürpriz bir ad günü təşkil edin. Beləcə həm əlaqənizdə ilk günkü həyəcanı ikiniz də yaşayacaq, həm də eşqiniz daha da böyüyəcəkdir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...