Loading...
Sevgi testi

Sevgi testi

Loading...

Məni nə qədər sevir?


Sevgi testi

Hər qadın və hər kişi maraqlanır "görəsən sevdiyi insan onu nə qədər sevir?". Kimi bunu öyrənmək üçün tərəddüd edir, kimi isə talehi ilə razılaşır… Bu sualı öyrənmək üçün mənim sizə bir testim var. Buyurun testi həll edin və sizi nə qədər sevdiyini öyrənin.

1- Yoldaşlarınız olan digər cütlüklərlə restorana gedəndə o daima…
a. Sizin onsuz da onun yeməyindən dadacağınızı düşünər, canı nə istəyirsə onu sifariş verər.
b. Köhnə günləri yad etmək üçün köhnə vaxtları xatırladacaq bir paltar geyinər. Nə də olsa gecə baş-başa qalacaqsınız.
c. Söhbətin bir yerində mütləq sözü sizə duyduğu sevgiyə gətirər və etdiyiniz fədakarlıqlar üçün təşəkkür edər.

2- Bu gün sizin ad gününüz. Hədiyyəsi…
a. Həqiqətən ehtiyyacınız olan üç ədəd yeni paltar.
b. Baş-başa yemək üçün xüsusi hazırlanmış bir süfrə.
c. İzləmək istədiyiniz konsert üçün iki bilet.

3- İkiniz də işdən yeni çıxdınız. O…
a. Gününüzün necə keçdiyini soruşar və cavabınızı dinləyər.
b. Sizə darıxdığını söyləyər.
c. Klassik bir "kef-hal" edər və təkrarlanan danışıqlara başlayarsınız.

4- Bütün günü stress və çətinlik dolu keçirdiniz. O…
a. Aromatik yağlarla sizi rahatlaşdıran masaj edər, sonra da isti bir duş hazırlayar.
b. Probleminizi dinləyər, təbii olaraq sizə haqq verər.
c. Mövzuya bağlı olaraq taktika inkişaf etdirməyinizin lazım olduğunu söyləyər və köməkçi olacaq təkliflər deyər.

5- Mübahisə etdiniz və haqsız olduğunu bilir. Uzun bir səssizlikdən sonra…
a. Güldürür, zarafatlarla gərginliyi azaltmağa çalışar.
b. Mövzunu dəyişdirər və birdən o gün başından keçən maraqlı bir hadisəni danışmağa başlayar.
c. Yanına gələr, üzr istəyər.

6- Çox əsəbisiniz.O…
a. Hər söylədiyinizə sakit və gülümsəyərək cavab verər.
b. Sizin söylədiyiniz hər şeyə qarşı reaksiya verər.
c. Sinirlərinizin gərgin olmasının onun günahı olmadığını söyləyər və bir müddətə sizinlə mübahisə etməməyə çalışar.

7- Ən sevdiyiniz əmi oğlunuz yaxın zamanda evlənir. Toyda geyəcəyiniz paltarı almaq üçün sevgilinizlə alış-verişə çıxırsınız.

a. "Bu alış-verişi birlikdə etmək məcburiyyətindəyikmi, sən həftə sonu rəfiqən ilə çıxardın kaş" deyər və günü sizə zəhər edəcəyinin ilk siqnallarını verər.
b. Girdiyiniz dördüncü mağazada sıxıldığını hiss etdirər və evə qayıtmaq istədiyini söyləyər.
c. Girmək istədiyiniz hər mağazaya girməyinizi və paltar tapmağınızı təmin edər, ancaq siz heç cür bəyənə bilməzsiniz.

Bal vermə

1- a. 1 b. 2 c. 3
2- a. 2 b. 3 c. 1
3- a. 2 b. 3 c. 1
4- a. 3 b. 1 c. 2
5- a. 2 b. 1 c. 3
6- a. 3 b. 1 c. 2
7- a. 1 b. 2 c. 3

1-lər çoxdursa,

Onun sevgisindən şübhə etməkdə haqlı olduğunuzu söyləmək olar. Bu qədər zamandır birlikdə olduğunuza görə sizi sevdiyi məlumdur, ancaq qəti olan bir məsələ də var, o da sevgisini sizin qədər göstərə bilmədiyi ya da sizin sevgi ehtiyacınızı kifayət qədər qarşılaya bilmədiyidir. Amma bu mövzuda tək günahkarın sevdiyiniz adam olduğunu düşünürsünüzsə, aldanırsınız. Ehtiyyaclarınızı ona kifayət qədər izah edə bilməsəniz, bu problemin qaynağı siz də ola bilərsiniz. Unutmayın, hər kəs duyğularını hər vaxt çox rahat göstərə bilmir.

2-lər çoxdursa,

Bəzən onun sevgisindən əmin ola bilmədiyiniz düzdür. Ancaq bu adamın sizi sevdiyini bilir və hiss edirsinizsə, sizi bəzən sevib, bəzən də sevmədiyini düşünməyiniz yersiz olar. Çünki sevgi bir dəfəlikdir, ya sevirsiniz ya da sevmirsiniz. Sizi bu gün sevirsə, əmin olun sabahısı gün də sevir. Bu vəziyyətdə sizi sevmədiyini ya da kifayət qədər diqqət göstərmədiyini düşündüyünüz zamanlarda, onun həyatında başqa bir problemin olub-olmadığını öyrənməyə çalışın.

3-lər çoxdursa,

Çox şanslı olduğunuzu söyləmək mümkündür, siz ehtiyacınız olan bütün sevgini ondan asanlıqla ala bilirsiniz. Bir kişinin hisslərini asanlıqla göstərən bir xüsusiyyətə sahib olması hər qadının axtarıb tapa bilmədiyi bir şeydir, sırf bu səbəbə ona təşəkkür edə bilərsiniz. Onun duyğularını bu qədər rahat və açıq göstərməsi sizə qarşı çox həssas və səbirli olduğu göstərir. Hər kişi bu qədər səbirli olmaz, onun qiymətini bilin.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

12 Sentyabr 2012 21:36

Ne sevdiyim,ne de sevgilim var.

_DecelkA_

21 İyul 2011 13:27

Bow weylerdi

Fedor Emelianenko

26 İyul 2010 10:07

Hecnə olmadi!

miss_she

15 İyul 2010 12:50

mende 1ler cox cixdi ve uzuldum bilseydim bu testi yoxlamazdim (( recourse

Fatime

12 İyul 2010 23:53

nə testi ele insanlar var ki öz sevgilərini göstərə bilmirlər.. bu testi hal-hazırda sevdiym olmadığı üçün yoxlamadım olsaydı da baxmazdım çünki inanmıram

jezza

12 İyul 2010 13:48

bizim ehtiyacimiz yoxdur cunki artiq bilirem ve eminem love

LARACROFT

11 İyul 2010 21:32

Sitat: SABISHKA
Mənlik deyil ))

--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Nagil

11 İyul 2010 15:53

c cixdi guya indi o sebirlidirde ay hayy lol

(Bakinech)

11 İyul 2010 15:48

Sitat: Lady_Gunka
eynile men de qatiliram

mende))

Lady_Gunka

11 İyul 2010 15:47

Sitat: __lovely__
mən bu testi etmək üçün gərəki ki, sevdiyim insan olsun... o da olmadığına görə bu xəbərə baxmadan çıxsam yaxşıdır...

eynile men de qatiliram pardon

Babaeva

11 İyul 2010 12:13

Sitat: babnicka
Subayçılıxdı=)

Qreqor Zamza

11 İyul 2010 10:26

Sitat: XəTaI
Sevgini belə ucuz testlərlə anlamaq olmaz

--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

CrİsTiAnO RoNaLd

11 İyul 2010 02:10

Ehtiyacım YOXDU !!!!!

Sevka_(JoY)

11 İyul 2010 01:30


Ehtiyacım YOXDU !!!!!



Sitat: XəTaI
Sevgini belə ucuz testlərlə anlamaq olmaz



4cü sualın a variantı Azərbaycan mentalitetinə uyğun gəlmir.
Söhbət sevgililərdən gedirsə ... angry
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

10-suz

11 İyul 2010 00:38

tsw,yaxsi testdi.bele testler cox versez sad olaram.uygun geldi mene

Kafujidota

11 İyul 2010 00:16

Mence de bos seydir

Miss_Zaqadka

11 İyul 2010 00:04

Sitat: XəTaI
Sevgini belə ucuz testlərlə anlamaq olmaz

Vanessa

10 İyul 2010 23:58

Bow weydir...

Sara

10 İyul 2010 23:48

Sevgilim olanda gelecemm ))

denizim

10 İyul 2010 23:47

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

XeTaI

10 İyul 2010 23:46

Sevgini belə ucuz testlərlə anlamaq olmaz

SabishKa

10 İyul 2010 23:42

Mənlik deyil ))

Lunchi_Pulchi

10 İyul 2010 23:40

kaş arada heç biri də olaydı.elə sual var ki heç bir cavab bizə uyğun deyil recourse

Aidan

10 İyul 2010 23:35



Subayçılıxdı=)




--------------------
Dream it.
Wish it.
Do it.

Lunchi_Pulchi

10 İyul 2010 23:31

True_Love

10 İyul 2010 23:17

3-lər çoxdursa,

Çox şanslı olduğunuzu söyləmək mümkündür, siz ehtiyacınız olan bütün sevgini ondan asanlıqla ala bilirsiniz. Bir kişinin hisslərini asanlıqla göstərən bir xüsusiyyətə sahib olması hər qadının axtarıb tapa bilmədiyi bir şeydir, sırf bu səbəbə ona təşəkkür edə bilərsiniz. Onun duyğularını bu qədər rahat və açıq göstərməsi sizə qarşı çox həssas və səbirli olduğu göstərir. Hər kişi bu qədər səbirli olmaz, onun qiymətini bilin.

Caaaaaan sevirdə məni,məndə onu çoooooox sevirəm

__lovely__

10 İyul 2010 23:14

mən bu testi etmək üçün gərəki ki, sevdiyim insan olsun... o da olmadığına görə bu xəbərə baxmadan çıxsam yaxşıdır... sad sad sad

MACUTA

10 İyul 2010 23:13

nə yatdım nə yuxu gördüm ki?hələ bir gəncliyimizi yaşayağ sonra həyat yoldaşımız olar da..)))
--------------------
Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar anlaşa bilərlər ... { Hz. ƏLİ }

İrmak

10 İyul 2010 23:05

hec heyat yoldawim var ki ))
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.