Loading...

Göz Makiyajı
Qadın dünyası
- 18 Yanvar, 2010
- 8 217 Baxış
Loading...

Göz qapağınıza əvvəlcə bir bağlayıcı ya da fara tətbiq edin. Bu qızarıqlıq ortaya çıxmasına maneə törədəcək və göz qapağınızın daha hamar görünməsini təmin edəcək.

Qara karandaş ilə kirpik diblərinizə xətt çəkin.

Qısa makiyaj fırçasıyla, bütün göz qapağınıza tünd boz bir fara tətbiq edin.

Göz qapağınızın qıvrılma nöqtəsinə qara fara tətbiq edin. Qara və boz farası qarışdırıb, qıvrımın dərhal üzərinə, qaş altı bölgəsinə yüngülcə sürtün.

Qara likit eyeliner ilə göz qapağınızın kirpik diblərinə bir az daha diqqətə çarpan qalınlıqda bir xətt çəkin. Audrey Hepburn və Amy Winehouse arası bir göz makiyajı üçün göz qapağının xaricinə doğru olan bölgəyə bir az daha qalın tətbiq edə bilərsiniz. Eye liner quruduqdan sonra bir dəfə daha tətbiq etsəniz daha diqqətə çarpan bir baxışa sahib ola bilərsiniz.

Şaftalı, zümrüd yaşılı kimi daha parlaq və açıq bir faranı göz qapağı ilə eyeliner arasına yüngülcə sürtün. Eyni qarışığı daha incə bir fara ilə alt kirpiklərinizin altına sürtün. Kirpiklərinizi qıvıraraq, iki dəfə tuş tətbiq edin. Yanağınızda tuş ləkəsi olub olmadığına diqqət yetirin və təmizləməyi unutmayın. Bu makiyajla gözlərinizi tamamilə ortaya çıxaracaqsınız. İşıltılı bir gülümsəmə üçün şəffaf amma parlaq bir pomada istifadə edin və ya heç bir şey sürtməyin.

Bu Xəbəri Yükləyin
Yukle | Download | Скачать
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...