Loading...

Xanımlar üçün
Qadın dünyası
- 22 Dekabr, 2013
- 3 692 Baxış
Loading...

Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma effekti verən tərəvəzdir. Üstəlik onun kalorisi başqa tərəvəzlərdən daha azdır. Kök pəhrizinə riayət etməklə həftə ərzində 4-5 kiloqram atmaq mümkündür.
Hər gün səhər:
1 stəkan süd, 1 dilim qara çörək, 1 stəkan şirəsi.
I gün:
Günorta: Köklə qovrulmuş düyü, 100 qram ağ pendir, bir pay brokollo.
Axşam: Tərəvəz şorbası, közdə bişmiş toyuq, kök salatı.
II gün:
Günorta: pomidorlu düyü, salat, suda bişmiş toyuq əti.
Axşam: kök qovurması, 1 dilim tost çörəyi, 1 ədəd közdə bişmiş badımcan.
III gün:
Günorta: 2 köklə bişmiş düyü, salat, 1 ədəd alma.
Axşam: 150 qram közdə bişmiş balıq, 2 dilim tost çörək, kök püresi.
IV gün:
Günorta: köklə bişmiş düyü, 2 pomidor, 1 qab meyvə salatı.
Axşam: toyuqlu kök qovurması, 1 pay salat, 1 dilim tost çörəyi.
V gün:
Günorta: pomidorlu düyü, salat, 1 dilim ananas.
Axşam: göyərtili-pomidorlu düyü, toyuq salatı, 1 kasa meyvə salatı.
VI gün:
Günorta: kök şorbası, 100 qram ağ pendir və tərəvəz xörəyi.
Axşam: Göyərtili–pomidorlu düyü, toyuq salatı, 1 kasa meyvə salatı.
VII gün:
Günorta: sobada dəm almış tərəvəzli düyü, közdə bişmiş badımcan, 1 kasa meyvə salatı.
Axşam: kök qovurması, 1 dilim tost çörəyi, 1 kasa salat.

Dəri rəngini açmaq və onun daim parıldamasını arzulamaq hər bir qadının işidir.
Bunun üçün xanımlar çox vaxt salonlara gedir, bahalı prosedurlardan istifadə edirlər. Bunu ev şəraitində də etmək mümkündür.
Pilinqi hazırlamaq o qədər də çətin deyil.
Bunun üçün lazımdır…
• 1 xörək qaşığı zeytun yağı
• 1 xörək qaşığı quru maya
• 2 ədəd çiyələk (3/1 bananla da əvəzləmək olar)
Bütün bunları qarışdırıb, üzə çəkib, asta masaj edin. 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyub, nəmləndirici krem çəkin.
Maskanı həftədə 2 dəfədən artıq etmək olmaz.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...