Loading...

Xanımlar üçün
Qadın dünyası
- 14 Dekabr, 2013
- 3 013 Baxış
Loading...

Yeni il gecəsi ən sevimli paltarını geyinmək, gözəl görünmək üçün mütləq ideal bədən quruluşuna sahib olmaq lazımdır. 1 həftə ərzində ideal bədən quruluşuna sahib olmaq üçün effektli pəhrizi siz də edin...
I gün:
Səhər: 160 qr. üzüm qurusu, yarım stəkan süd, yağsız kəsmik.
Nahar: Tərəvəzlərlə hazırlanan borş, 1 dilim qara çörək, 1 ədəd alma.
Şam: suda bişmiş toyuq filesi, 1 stəkan meyvə şirəsi, 3 ədəd qoz.
II gün:
Səhər: suda bişmiş yumurta, 1 stəkan süd.
Nahar: tərəvəz salatı, suda bişmiş mal əti, 1 ədəd portağal.
Şam: buğda bişmiş balıq, 1 stəkan meyvə şirəsi.
III gün:
Səhər: yağsız pendir 30 qr., 1 dilim qara çörək, 1 ədəd armud.
Nahar: üzərinə zeytun yağı tökülmüş tərəvəz salatı, yağsız kəsmik, 1 dilim kəpəkli çörək.
Şam: tərəvəz şorbası, 3 ədəd gavalı qurusu.
IV gün:
Səhər: üzərinə mürəbbə yaxılmış qara çörək, şəkərsiz meyvə qurusu, 1 stəkan süd.
Nahar: buğda bişmiş toyuq filesi, tərəvəz salatı.
Şam: yağsız kəsmik, tərəvəz salatı, 1 ədəd alma.
V gün:
Səhər: üzərinə yağsız yoqurt tökülmüş meyvə salatı, 150 qr. kəsmik.
Nahar: suda bişmiş yağsız mal əti, 2 ədəd pomidor, 3 ədəd qoz.
Şam: tərəvəz salatı, 1 stəkan süd.
VI gün:
Səhər: yağsız südlə hazırlanan manna yarması, 2 ədəd gavalı qurusu.
Nahar: buxarda bişmiş balıq, pomidor və xiyar salatı,1 ədəd alma.
Şam: göyərti salatı, buxarda bişmiş tərəvəz, 1 stəkan kərəviz şirəsi.
VII gün:
Səhər: 1 ədəd alma, 200 qr. yağsız yoqurt.
Nahar: 2 ədəd pomidor, suda bişmiş kələm və brokkoli.
Şam: suda bişmiş toyuq filesi, 1 stəkan tərəvəz şirəsi.
Pəhriz zamanı şəkərli çay və kofe əvəzinə su için. Gündə 1 dəfə içərisinə bal qatılmış çay için.

Gözəlliyini itirən saçınızın öncəki görünüşünü yenidən bərpa etmək üçün kimyəvi vasitələrdən istifadə etməyə heç bir ehtiyac qalmadı.
Bunun üçün aşağıda qeyd olunan maskanı ev şəraitində də hazırlaya biləcəksiniz.
Hazırlanma qaydası:
Qısa saçlar üçün iki, uzun saçlar üçün dörd yumurtanı qırıb sarılarını ayırın. Bir stəkan zeytun, üç xörək qaşığı badam yağını bir qaba əlavə edib yumurtanın sarısı ilə qarışdırın. Saçlarınızı müxtəlif hissələrə ayıraraq əldə etdiyiniz məhlulu onun dibinə sürtün. Daha sonra 1 saat gözləyin. Bu müddət bitdikdən sonra soyuq və ya ilıq su ilə saçlarınızı yuyun.
Nəmliyini itirən, yanan və solğunlaşan saçlar üçün həftədə bir dəfə bu maskadan istifadə etməyiniz tövsiyə edilir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...