Loading...
Xanımlar üçün

Xanımlar üçün

Loading...
Xanımlar üçün
Gündə beş dəfə meyvə və tərəvəz yemək sizi təkcə sağlam və arıq saxlamayacaq.

Tərəvəz və meyvə yeyənlərin sevgi həyatı da daha yaxşı olur. Çünki bunları yemək parıltılı, gülərüz bir simaya sahib olmağınıza kömək edir. Beləcə daha cəlbedici görünürsünüz. Gün ərzində beş dəfə tərkibində tərəvəzlər olan salat və ya meyvə yeməyiniz məsləhətdir.

Kembric Universitetinin mütəxəssisləri 20 qadın və kişi arasında sınaq keçirib. Onlar iştirakçıların fotolarını çəkərək hansının daha cəlbedici göründüyünü araşdırıblar.

Çox meyvə və tərəvəz yeyən insanların daha parıltılı simaya sahib olduqlarını sübut ediblər. Əsasən də kök və ya digər sarı, narıncı rəngli tərəvəzlərdən istifadə edilməsi məsləhət görülür. Bu tərəvəz və meyvələr dəriyə qızılı rəng verir. Bronzlaşmış dəri daha sağlam və cəlbedici olur.

Xanımlar üçün

Üz dərisinin qüsurlu görünməsinə səbəb qırışlar, ləkələr və çillərdir. Bunları aradan qaldırmaq və gözəl dəriyə sahib olmaq üçün ona qulluq etmək mütləqdir.

Qirişlara qarşi möhtəşəm maska:
Yetişmiş bananı yaxşıca əzib, ona qaymaq və kartof unu əlavə edin. Maskanı qatı hala düşənə qədər qarışdırın. Üzə iki qat çəkib, üstünə tənzif sərib, pambıq düzün. Yarım saat saxladıqdan sonra, ilıq suda isladılmış pambıqla silin.

Banan maskasını günaşırı 20 gün ərzində qoymaq lazımdır. Təkrar kurs 30-60 gündən sonra aparılır. Tərkibində banan olan maskalar dərini cavanlaşdırır.

Çilləri yox et:
* Yarım almanı xırda doğrayıb əz. Üzərinə 1 xörək qaşığı bal, 1 çay qaşığı askorbin turşusu (C vitamini), 1 ədəd yumurta sarısı, 1 xörək qaşığı alma sirkəsi, 3 xörək qaşığı bitki yağı əlavə et. Üzdə 30 dəqiqə saxladıqdan sonra yu. Maskanı istənilən tipdə olan dəriyə tətbiq etmək mümkündür.

* 4 çay qaşığı zəncirotu kökünü 1,5 stəkan suda 15 dəqiqə ərzində bişirin. Hazırlanmış həlimi soyudub, filtrdən keçirərək, mütəmadi dəriyə çəkin.

* Baş soğanı kəsərək, bir neçə dəfə dəriyə sürt.

* Təzə cəfəri yarpaqlarını əzərək, gün ərzində 2 dəfə üz dərisinə çəkin.
Gözalti torbaciqlardan qurtulun!

Müalicəvi bitki olan adaçayı (sürvə) dərini qidalandırır və dezinfeksiya еdir. 1 çay qaşığı adaçayının üzərinə 1 stəkan qaynar su töküb, qapaqlı qabda 10-15 dəqiqə saxlayıb, süzün. Məhlulun yarısını soyuducuda saxlayıb, o biri yarısını isə odda yüngülcə qızdırın. Göz qapağına növbə ilə 10 dəqiqə ərzində gah isti, gah da soyuq pambıqla kompres qoyun. Bu əməliyyatı yatmamışdan qabaq günaşırı etdikdən sonra gözün ətrafındakı dəriyə xüsusi krem çəkin.

Yağli dəri üçün:
Şərq qadınlarının ən effekli masqası kəsmikdən hazırlanır. 2 çay qaşığı kəsmiyi eyni miqdarda meyvə və ya tərəvəz şirəsi ilə qarışdırıb, ¼ çay qaşığı duz əlavə edərək, üzə çəkin. 10 dəqiqədən sonra maskanı ikinci dəfə dəriyə yayın. 5 dəqiqədən sonra maskanı götürmək və üzü duzlu su ilə təmizləmək lazımdır. Sonda üzə nəmləndirici krem çəkin.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PERSONA_NON_GRATA

17 Dekabr 2013 16:23

Hmmmmm.......... bilmirdiiimmmm)))))))



--------------------------------------------------------------

İnsan bir fabrik olsaydı, nə istehsal edərdi?!.. - Əlbəttə ki, bəhanə... :)

Night Wolf

16 Dekabr 2013 23:42

Burdakilar mənə aid olmasa da sag olun

eee yene xanimlar ucun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

MiSS BlaCKStaR

16 Dekabr 2013 22:24

Söz tapmadım, maraqlıdı deyim keçim :)))
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

A_K

16 Dekabr 2013 22:08

Hmm demek terevezderin ve meyvelerin belede xeyirleri varmış. Mesen men gűnűmű meyve tervez yemekle keçire bilerem. Çőreksiz xoreksizde)
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin