Loading...
Xanımlar üçün

Xanımlar üçün

Loading...
Xanımlar üçün

Tələm-tələsik harasa getməlisiniz? Qısa müddətdə makiyaja vaxt ayıra biləcəksinizmi? Yəqin ki, xeyir deyəcəksiniz. Bəs, qısa zaman kəsiyində makiyaj etməyin sirrini necə, öyrənmək istəyirsinizmi? O zaman diqqətli olun!
İlk olaraq dərinizə uyğun ten seçək

Dəriniz solğundursa bu zaman göz altlığı üçün solğun narıncı və boz tenlərdən istifadə etməyiniz məsləhət görülür. Əgər dərinizdə ləkələr, sızanaqlar varsa teni dərinizin rəngindən bir və ya iki dəfə açıq seçməyiniz tövsiyə edilir. İstifadə etdiyiniz rəngləri dərinizə hopduraraq barmağınızla yayın. Ənlik və üz fırçasından istifadə etməklə rənglər arasında bir bağlılıq yarada bilərsiniz.

Gözləri cəlbedici etmək üçün ilk olaraq parlaq ten seçərək onu gözünüzün üzərinə yayın. Açıq rəngli tenlərə daha çox üstünlük verməklə müsbət nəticə əldə etmək olar. Boz, qara və qəhvəyi rəngli tenlər gözlərinizə dərin və mənalı baxış verəcək. Mavi və yaşıl tonlara üstünlük verməklə daha gənc görünə bilərsiniz.

Göz qələmindən necə istifadə etmək lazımdı?
Gözləriniz kiçikdirsə kipriklərin üstünə, iridirsə gözünüzün içinə qələm çəkərək əsrarəngiz görünüşə sahib ola bilərsiniz. Daha sonra rəngi ətrafa yaymaqla göz ətrafına kölgə verin. Daha cazibədar görünmək üçün tuşla kipriklərinizə iki qat həcm verməyi də unutmayın.

Dodaq qələmini nəyə uyğun seçək?
Dodaq qələmindən istifadə edirsinizsə, boyanıza uyğun bir rəng seçərək dodaqlarınıza kontur verin. Parlaq dodaqlara sahib olmaq üçün dodaqlarınızın tam mərkəzinə bir parlaqlıq da əlavə edərək işinizi tamalayın.

Xanımlar üçün

Qış mövsümünün hava şəraiti dərimizə də təsirsiz ötüşmür. Soyuq, şaxtalı hava şəraiti dərimizdə quruluq yaradaraq parlaq görünməyimizə maneə olur.

Dəridə quruluğun yaranmasının başlıca səbəblərindən biri şaxtalı havada qan dövranımızın zəif olmasıdır. Quru dəriyə sahib olan xanımlar cildlərində qızartı, qaşınma, yanıq və bu kimi problemlər müşahidə edə bilərlər. Göz ətrafında, üzdə yaranan quruluq xanımın dərisini yaşına görə daha qoca göstərə bilər.

Hər mövsümdə olduğu kimi qışda da dərimizin xüsusi qulluğa ehtiyacı var. Bəs, bu haqda mütəxxəsislər nə deyir?

Türkiyənin “Acıbadem” xəstəxanasında çalışan dəri həkimi Bahar Öznur qış mövsümündə dəridə yaranan problemləri aradan qaldıraraq parlaq vücuda sahib olmanın yolları haqda danışıb. Mütəxəssis parlaq dəriyə sahib olmaq üçün bolluca meyvə-tərəvəz qəbul etməyi məsləhət görüb. Dərini nəmləşdirən, onu daha da təravətli göstərən meyvələrdən biri isə kividir
.
Meyvə-tərəvəzin tərkibində olan C vitamini dərinin gəncləşməsinə, daha da təravətli görünməsinə səbəb olur. Buna görə portağal, itburnu, cəfəri, yaşıl tərəvəzlərin süfrənizdən əskik olmaması tövsiyə edilir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

10 Dekabr 2013 20:42

Yenə bu makyaj nə qədər yer verilireyy bu mövzuya
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

10 Dekabr 2013 19:42

Telesdiyim yerde olsa ki herçend her zaman telesirem, tez ve gőzel makiyaj eliyib çıxmaq hiç sorun diyil benim için;)
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Həyat

10 Dekabr 2013 18:05

Gözlərim iri deyil ona görədə gözümün üstünə sürmə çəkirəm
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~