Loading...
Əsl qış pəhrizi ilə aya 5 kiloqram arıqla

Əsl qış pəhrizi ilə aya 5 kiloqram arıqla

Loading...
Əsl qış pəhrizi ilə aya 5 kiloqram arıqla

Qış pəhrizi təkcə arıqlamağa kömək etməməli, həm də orqanizmi mövsüm xəstəliklərindən qorumalıdır.

Buna görə də pəhriz saxlamaqla yanaşı vitaminlər də qəbul etməlisiniz. Qış mövsümündə saxlaya biləcəyiniz və orqanizminizi vitaminlərlə zənginləşdirəcək pəhrizlər təqdim edir.

Pəhriz ərəfəsində yalnız adi su içmək lazımdır. Gündə bir dəfə mütləq alma, portağal və banan yeyin.

Tərəvəzli pəhriz

Bu pəhrizi ən çox 3 həftə saxlamaq olar. Nəticədə 5 kiloqram arıqlayacaqsınız. Eyni zamanda immunitetiniz də qaydasında olacaq.

İlk gün:

Səhər: kökü sürtgəcdən keçirdib, üzərinə 1 xörək qaşığı bal, yoqurt və yulaf töküb yeyin.

Nahar: Tərəvəzlərlə hazırlanan mayonezsiz salat və 1 armud.

Axşamtərəfi: 1 bolqar bibəri.

Şam yeməyi: kələmlə hazırlanan salat, 1 ədəd alma, 1 çay qaşığı zeytun yağı.

II gün:

Səhər: suda bişmiş çuğundur, qara gavalı, qoz, doğranmış kərəvizdən hazırlanan salat və 1 dilim çovdar çörəyi.

Nahar: çovdar sıyığı, közdə bişmiş badımcan.

Axşamtərəfi: 1 ədəd portağal və alma.

Şam yeməyi: 1 salxım qara üzüm.

III gün:

Səhər: Üstünə 1 xörək qaşığı yoqurt və bal tökülmüş qarğıdalı sıyığı.

Nahar: 2 ədəd bolqar bibəri, pomidor, suda bişmiş tərəvəzlər və 1 dilim qara çörək.

Axşamtərəfi: 2 ədəd pomidor.

Şam yeməyi: suda bişmiş, üzərinə bal və qoz tökülmüş balqabaq.

IV gün:

Səhər: kələm, pomidor, göyərti, bibər, soğan və zeytun yağı ilə hazırlanan salat, suda bişmiş düyü.

Nahar: suda bişmiş qarabaşaq, badımcan əzməsi.

Axşamtərəfi: 1 ədəd banan.

Şam yeməyi: Közdə bişmiş badımcan və pomidor, kök, göyərti və 1 çay qaşığı xamadan hazırlanan salat, 1 dilim çovdar çörəyi.

V gün:

Səhər: üzərinə zeytun yağı tökülmüş, kələm və bolqar bibərindən hazırlanan salat. Suda bişmiş yulaf.

Nahar: 2-3 ədəd suda bişmiş kartof, yaşıl soğan, çuğundur, qoz və cəfəridən hazırlanan salat.

Axşamtərəfi: 2-3 ədəd kök.

Şam yeməyi: pomidor və kələmdən ibarət salat.

VI gün:

Səhər: suda bişmiş yulaf, yoqurt.

Nahar: pomidor, sarımsaq, suda bişmiş lobya, soğan, bolqar bibəri, kök və göyərtidən hazırlanan salat.

Axşamtərəfi: 1 bolqar bibəri.

Şam yeməyi: üzərinə bal tökülmüş, buxarda bişmiş balqabaq.

VII gün:

Səhər: suda bişmiş qarabaşaq, qara gavalı, qoz, göyərti və çuğundurdan hazırlanan salat.

Günorta: darı yarması, bolqar bibəri və digər tərəvəzlərlə hazırlanan salat, 1 dilim ağ çörək.

Axşamtərəfi: 2-3 ədəd kök.

Şam yeməyi: pomidor salatı və 1 dilim çovdar çörəyi.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

gulumse

13 May 2014 23:38

XMMMMMMMMMMMMMMMMMM

PERSONA_NON_GRATA

19 Dekabr 2013 16:24

İlkay

19 Dekabr 2013 11:40

Sitat: _LovelY_
Ilkay heç ne etmemiş nece arıqlamaq olar? :D

Hecne etmemiw ariqlamaq qeyri mumkundur :)

_LovelY_

18 Dekabr 2013 21:05



Ilkay heç ne etmemiş nece arıqlamaq olar? :D bi o xeberi at buna emel etmek mumkunsuz :D eslinde hec kok deyilem prosta lap arig olmaq isteyirem :D

--------------------


Don't make me sad, Don't make me cry..

MiSS BlaCKStaR

18 Dekabr 2013 20:12

Nəsə axır vaxtlar yaman pəhriz xəbərləri vare..bələ kökəlməy üçündə bir iki pəhriz deyəsiz :D
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

Nina Guney

18 Dekabr 2013 19:48

Yaxsi menyudu , ariqlamaq insanin ozunden aslidi ,her istediyinden yeye bilersen amma az ...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

A_K

18 Dekabr 2013 19:41

Sitat: ★_EliSa_★
şəkildəki qızın əlində olan bigmag istyrem indiii mənə arıqlamax yox 5-6 kilo kökelmek lazımdı )))

Aynen nyam
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Night Wolf

18 Dekabr 2013 19:29

Əslində həkim məsləhəti olmadan pəhriz saxlamaq duz deyil
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

NARA.N

18 Dekabr 2013 19:26

ehh ariqlamag istiyirem ama iradem yoxdu malesef

★_EliSa_★

18 Dekabr 2013 17:26

şəkildəki qızın əlində olan bigmag istyrem indiii wassat mənə arıqlamax yox 5-6 kilo kökelmek lazımdı )))