Loading...
Qüsursuz makiyajın sirləri

Qüsursuz makiyajın sirləri

Loading...
Qüsursuz makiyajın sirləri

Pomada (dodaq boyası) makiyajda son nöqtədir. Düzgün uyğunlaşdırılmış pomada üzünüzü anında canlandırmaqdan əlavə hətta gözlərinizin parlaqlığını belə vurğulaya bilər. Pomadanın rəngi zövqünüzə, geyiminizin rənginə, ya da dəbdə olan rənglərə görə seçilsə də, dodaqlarınızın formasını da nəzərə almalısınız. Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınızın nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin.

Pomadanıza uyğun rəngdə dodaq qələmi ilə ortadan uclara doğru dodaqlarınızı çevrələyin. Dodağınızın hər tərəfini qələmlə doldurun. Beləcə həm pomadanızın davamlılığı artacaq həm də silinməyə başladığında dodaqlarınız cansız görünməyəcək.

Pomadanı fırçayla dodağınıza çəkin:
Pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin. İşıltılı görünüm üçün dodaqlarızın tam ortasına rəngsiz bir parladıcı toxundurun.

İpucları:

Makiyajınız hara getməyinizə və gecənin tərzinə bağlıdır. Paltarınızı daha da vurğulamaq üçün göz və dodaqlarınızı daha qabarıq ifadə edin. Restoranda yeməyə gedirsinizsə geyiminizdə daha əsrarəngiz bir dəyişiklik olmalıdı. Ancaq hər halda sadə olmağa çalışın. Sadəlik həmişə ağır bir makiyajdan daha müasir və xoş görünür.

Biraz parlaqlıq, təbii görünümdən özəl görünüşə keçməyiniz üçün əhəmiyyət kəsb edə bilər.Göz qapaqlarınıza parıltılı kölgələr çəkin.Dırnaqlarınıza isə solğun mat rəngdə boya çəkin.Dırnaq boyanızın üzərinə çəkəcəyiniz parladıcı, makiyajınızda son nöqtəni qoyacaq.

Əgər məclisdə şəkliniz çəkiləcəksə, dodaq və gözlərinizi vurğulamağa çalışın,ama çox tünd tonlardan da qaçının.Flaş işıqlar çəhrayı tonları nəzərə çarpıcılığını artırır,bu səbəbdən sarı bazlı tonal krem və pudradan istifadə edin.Şəkil çəkdirmədən əvvəl cildinizi pudralayın,çünki parlaq cild foto şəkillərdə yağlı görünür.

Makiyajdan İstifadə:

Tonal Krem- Gecə və ya gündüz fərq etməz.Cild rənginizə uyğun olmalıdı. Ancaq qış sezonunda qollar və çiyinlər daha açıq rəngdədisə bir ton açıq tonal kremdən istifadə edin. Tonal Kremdən sonra mütləq üzünüzü pudralayın.


Gözlər-Daha dramatik bir görünüm əldə etmək üçün cild rənginizlə kontrast təşkil edəcək rənglər uyğulayın. Liner və ya göz qələmindən istifadə etmirsizsə, gözlərinizi vurğulamaq üçün bir fırçayla kiprik çizgisini kölgələyin.Ən az 2 qat tuş çəkin.

Dodaqlar-Gün ərzində istifadə etdiyiniz rənglərdən daha qatı bir rəng seçərək dodaqlarınızı vurğulayın, ancaq eyni tonlara üstünlük verin. Əgər daha cazibəli olmaq istəyirsinizsə, qırmızı və ya tünd çəhrayı rəngi seçin. Mat bir pomada çəkmisinizsə, bir lip gloss ilə parlaqlıq verin. Pomadanızın yayılmaması üçün dodaq çevrənizi dodaq qələmi ilə çərçivələyin.

Dekolte-baxımlı və sağlam görünüş üçün açıqda qalan cild hissələrinizi nəmləndirin. Əgər boyun və sinə qisminiz açıq olacaqsa, bu hissələrə yüngülvari bronz pudra və ya tünd bir üz pudrası çəkin. Çiyin və ya sinənizə qızıl və ya gümüş sim aksesuar taxmayın.

Qüsursuz şəkil çəkdirmək istəyənlərə Makiyaj sirrləri:

Makiyajda hər şeyi vurğulu edin.
Parlaq bir cild üçün isti sarı tonlarda tonal krem və pudra istifadə edin. Yanaqlarınızı çəhrayı rəng çaları ilə vurğulayın. Mümkün qədər çox pudradan istifadə edin ki, şəkildə üzünüz parlaq düşməsin. Makiyajınızı mat rənglərlə tamamlayın.

Solğun dodaq boyalarından istifadə etməyin. Çünki şəkildə pomadanız silinmiş kimi görünəcək. Foto şəkillərdə qaşlar solğun, seyrək düşür, bunun üçün saç tonunuza uyğun rəng qələmlə onları vurğulayın.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PERSONA_NON_GRATA

28 Noyabr 2013 16:38

24% at 67 of 274 seconds

1:55 / 4:34
Röya - Gemiciler

Simran

27 Noyabr 2013 21:45

kosmetikadan istifade edirem

MiSS BlaCKStaR

27 Noyabr 2013 21:17

Meslehetlere gore tewekkurler...artiq az istifade edirem..son vaxtlar..vapwe.
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

Night Wolf

27 Noyabr 2013 20:13

ne ise bu xeber menlik deyil xanimlara ise meslehet kosmetikadan cox istifade etmeyin(bu o demek deyil ki hec istifade etmeyin) bizim xanimlar ele tebii gozeldr
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

27 Noyabr 2013 16:21

off yarali yerimdi kasmetikaa
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Həyat

27 Noyabr 2013 15:53

yaxwi meslehetlerdi fikir verecem
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~