Loading...
Özünə bax

Özünə bax

Loading...
Yağlı dərilər üçün qulluq maskaları

Yağlı dəriyə sahib olanlar əslində şanslıdırlar: Çünki dəriləri gec qırışır. Yağlı dəri tipinin ən böyük qüsuru isə çox parlamasındadır.
Düzdür, yağlı dərilər sızanaq və qara nöqtə kimi problemlərlə sıx qarşılaşsa da, digər dəri tiplərinə nisbətən daha gec qırışır və yaşlanır. Sızanaq və qara nöqtə, üzün parıldaması kimi problemləri isə təbii qulluq maskaları ilə həll edə bilərsiniz. Türkiyə mətbuatına istinadən bu maskalardan bəzilərini təqdim edir.

Əgər dəriniz yağlıdırsa, gündə iki dəfə bu şəkildə təmizləyin: Bir kasada isti su qoyun. İçinə bir ovuc quru çobanyastığı tökün. Beş dəqiqə gözləyib süzün. Sonra kiçik və yumşaq bir dəsmalı bu suya batıraraq yaxşıca isladın və üzünüzə kompres edin. Bu əməliyyatı 5 dəqiqə müddətində davam etdirin. Daha sonra üzünüzü gül suyuna batırılmış pambıqla silin.

Badam maskası: Çobanyastığı, cökə çiçəyi, lavanda, mürver ağacı çiçəyi və şam filizindən bərabər miqdarda götürüb, qarışdırın. Bu qarışıqdan 2 xörək qaşığı alıb, 150 qram suda qaynadın. Bu qarışığa 3 xörək qaşığı badam da qatıb, qaynatmağa davam edin. Ardından 1 çay qaşığı un və yarım çay qaşığı bal əlavə edin. Ocağın üzərindən götürün və süzün. İsti şəkildə qarışığı üzünüzə çəkin. Əlbəttə istiliyi dözüləcək qədər olmalıdır. Yarım saat gözlədikdən sonra, əvvəl isti, sonra soyuq su ilə üzünüzü yuyun.

Alma maskası: Yarım almanı rəndələdikdən sonra, yaxşıca çırpılmış yumurta ağı ilə qarışdırın. Əldə etdiyiniz qarışığı üzə və boyunuza çəkib 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.


Bal maskası: Üç qaşıq bal, iki qaşıq qatıq və bir az yulaf ununu qarışdırın. Bu qarışıq pilinq təsiri bağışlayar. Qara nöqtələri təmizləyər. Üstəlik bu maskanın dərinin zədələnməsinin qarşısını da alır.

Pomidor maskası: Yetişmiş bir pomidoru püre halına gətirin və 15-20 dəqiqə üzünüzdə saxlayın. Sonra ilıq su ilə durulayın.

Xiyar maskası: İki ədəd xiyarı rəndələyib bir qaşıq qatıq ilə qarışdırın. Yaxşıca qarışandan sonra üzünüzə sürtün və 20 dəqiqə gözləyin. Sonra durulayın. Dəriniz o qədər təravətli olacaq ki, toxunduqda inana bilməyəcəksiniz.

Qışdan qorunaq

Soyuq havalar dərinizi quruda bilər, dodaq və əllərinizdə çatlaqlar meydana gələ bilər. Bütün bunların qarşısını almaq üçün dərinizin baxıma ehtiyacı olacaq. Bazardan aldığımız tərəvəz və meyvələrlə dərinizi soyuq günlərdə qoruya bilərsiniz. Həm təbii məhsullardan faydalanaraq kosmetik məhsullara çox pul xərcləmərsiniz. Limon, kök, xiyar, kələm və daha nələr nələr sizə kömək edəcəkdir. Evinizdə asanca edə biləcəyiniz bu müalicələri tətbiqinə laqeyd yanaşmayın.

Limon ilə əllərinizi nəmləndirin:
Bir limonu ikiyə bölün. Yarısını əlinizin arxasına sürtün. Limon yüksək nisbətdə sitrikasit və C vitamini ehtiva edər. Bu da toxuma istehsalının hərəkətə keçməsini təmin edər. Əllərinizdə bir neçə saniyə yanma hiss edə bilərsiniz, amma əllərinizi nəmləndirərək yaxşı bir nəticəyə sahib olacaqsınız.

Kirişlə dərinizi təzələyin:
İki kirişin ağ qisimini incə incə doğrayın. Bir stəkan südlə birlikdə on dəqiqə bişirin. Sıyıq olan kirişi, ilıq halda dərinizə sürün. 20 dəqiqə sonra dərinizi gül suyu ilə təmizləyin. Qısa bir müddət sonra üzünüz canlı və parlaq görünüşə qovuşacaq.

Dəri üçün kələm:
Bərk meyvə sıxacağı ilə kələmi sıxın ya da blendırdan keçirin. Zeytunyağı ya da hindistan qozu yağı ilə qarışdırıb dərinizə tətbiq edin. Əldə etdiyiniz bu müalicəni bəsləyici krem olaraq istifadə edə bilərsiniz.

Kök möcüzəsi:
Kök suyu ilə saçlarınızı canlandıra bilərsiniz.
Zeytunyağı ilə kök suyunu qarışdırın. Çirklənmiş saçlarınızı yumadan əvvəl bu baxım müalicəsini sürün. Bir gün saçınızı bu şəkildə gözlədin. Artıq ölmüş saçlarınıza yaxşı gələcəkdir. 

Kök suyu qışlıq kreminiz ola bilər:
Yarım stəkan kök suyu ilə bir çay stəkanı zeytunyağını qəhvədana qoyun. Az odda bişirin. Üstdəki yağlı qisimi dərinizə sürün. Qışda bəsləyici krem olaraq bu müalicəsi istifadə edə bilərsiniz.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

4 Dekabr 2013 19:33

Yağlı dəriyə sahib olanlar əslində şanslıdırlar

Bunu biliyordum love
--------------------

***
❃❃❃

***

PERSONA_NON_GRATA

3 Dekabr 2013 16:34

uppppssssssssssssssssssssssssssssssssssssssssssssss

leyli 23

3 Dekabr 2013 16:31

tebii maskalara ustunlikverende yaxsi olur

Ms.Aytac

2 Dekabr 2013 21:46

menim uzum yaglidir

Night Wolf

2 Dekabr 2013 21:25

qadin dunyasi hmmm gelen defe de kisi dunyasi olar lol
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

2 Dekabr 2013 20:00

Heleki prablem yoxdu üzümlə bağlı
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Həyat

2 Dekabr 2013 19:42

Alma maskası: Yarım almanı rəndələdikdən sonra, yaxşıca çırpılmış yumurta ağı ilə qarışdırın. Əldə etdiyiniz qarışığı üzə və boyunuza çəkib 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.

gedim bir azdan bunu edim gorem nece olur
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~