Loading...
Gözəlliyin sirri

Gözəlliyin sirri

Loading...
Gözəlliyin sirri

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır.

Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. Quru dəri həmişə qoca görünür. Buna görə də nəmləndirmə üçün nəzərdə tutulan bu prosedurlardan istifadə etmək məsləhətdir. Bunu ev şəraitində etmək isə heç də çətin deyil.

Gialuron turşusu və E vitaminindən (apteklərdə satılır) eyni miqdarda götürüb, dəniz yosununa qatın. Üzə çəkib, 15 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun.
Həftədə 2 dəfə bu maskanı etmək üzü nəmləndirəcək, qırışları hamarlayıb, təravəti artıracaq.

Diqqət
Əgər ofis şəraitində işləyirsinizsə, onda üzünüzü gün ərzində bir neçə dəfə adi və ya qazlı su ilə yuyun. Suyu vitaminli spreylə də əvəz edə bilərsiniz.

Gözəlliyin sirri

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır.

1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır.

2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərini hərəkətə gətirməz. Bu səbəbdən də saçlarınızı ilıq su ilə yumağa çalışın. Çünki ilıq su saç dərinizdəki hüceyrələrin hərəkətə keçməsini təmin edir.

3. Bəzi insanlar saçlarının uzanması üçün hər üsula əl atsalar da, amma unudurlar ki, düzgün və nizamlı qidalanma saçların uzanmasında böyük rol oynayır. Bunun üçün tərkibində zülal olan qidalar seçməlisiniz. Ət, süd, yumurta kimi qidalar saçların uzanmasını asanlaşdırdığı kimi eyni zamanda, qidalanmasına da köməkçi olacaq. Bundan əlavə kofeinli və spirtli içkilərdən istifadə etsəniz, saçlarınız korlanmasına şərait yaratmış olacaqsınız.

4. Saç diblərinə tətbiq edilən masaj da onların uzanmasında böyük əhəmiyyət kəsb edir.

5. Bol miqdarda su içmək də saçların uzanmasına kömək edir və onu qidalandırır.

6. Unudulması lazım olmayan şərtlərdən biri də şampunu saçların diblərinə, saç kremini isə yalnız uclarına tətbiq etməyinizdir.

7. Bundan əlavə əgər saçlarınızın tez uzanmasını istəyirsinizsə, bu zaman sprey və jele kimi məhsullardan bir müddət uzaq durmalısınız. Çünki bu maddələr saç dibinə çatdığı zaman köklərinin tıxanmasına səbəb olur və uzanmanın qarşısını alır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

21 Noyabr 2013 18:10

Saca aid olanlarin 3-4-u gunluk etdiyim seylerdir
--------------------

***
❃❃❃

***

A_K

21 Noyabr 2013 14:41

1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır.

Aha dogru
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Night Wolf

21 Noyabr 2013 13:11

menim de sacim tez uzanir tez-tez berberxanaya gedirem melumata gore sag olun

menim de sacim tez uzanir tez-tez berberxanaya gedirem melumata gore sag olun

menim de sacim tez uzanir tez-tez berberxanaya gedirem melumata gore sag olun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Simran

20 Noyabr 2013 20:46

Saçlarım tez uzanır ama tez yağlanır .Saç yağlanmasına qarşı maskalar da versez sevinerem

MiSS BlaCKStaR

20 Noyabr 2013 19:35

O tewekkurler..bu xeber ela oldu )
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)