Loading...
Dəriniz qışa hazırdır?

Dəriniz qışa hazırdır?

Loading...
Dəriniz qışa hazırdır ?

Soyuq, külək və aşağı nəm nisbəti kimi faktorlar dərimizin normalın üzərində sürətlə gərilib, çatlamasına səbəb olur. Bu səbəblə dərimiz, digər mövsümlərə görə daha xüsusi baxımlara ehtiyac duyur.

Bir tərəfdən soyuq və quru hava, digər tərəfdən yağan qar və buzlardan əks olunan bol işıq dərimizi risk altına alır. Quru və soyuq havadan ilk təsirlənən dəri qisimi, dodaqlarımız olur. Quruma ilə ortaya çıxan çatlaq dodaqlar və nahamar əllər qış aylarında dəri baxımının əhəmiyyətini daha da diqqətə çarpan hala gətirir.

Xüsusilə A, C, E və F vitaminləri baxımından əskik bəslənmə, dərinin yenilənmə sürətini yavaşladır. Bu vəziyyətdə dəri içərisində nəmi bol gənc hüceyrələr yerinə nəmi az yaşlı hüceyrələr meydana çıxır. Dərinin ehtiyacı olan vitaminləri qarşılaya bilmək üçün vitamin nisbəti yüksək meyvə və tərəvəzlər istehlak etməyə çalışın.

Xüsusilə soyuq havalarda görülən və dərinin soyulub tökülməsinə səbəb olan dəri quruluğundan xilas olmaq üçün təklifimiz, həddindən artıq isti su ilə yuyunmaq yerinə ilıq suyu seçin. 15 dəqiqədən çox duş almayın. Duşdan sonra dərinizə nəmləndirici sürün.

Bitki mənşəli nəmləndiriciləri seçin. Spirtli kosmetik məhsullarını seçməyin. Lazımlı vəziyyətlərdə gündə dərinizə iki dəfə nəmləndirici sürtün.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Simran

17 Noyabr 2013 23:13

Xebere gore sağ olun

LlLesiARe

3 Noyabr 2013 16:02

Duzu soyuqda derime hec bir zerer deymir amma yene de tedbirli olmaq lazimdi da... Teshekkurler xebere gore Ilkay.. Maraqli oldu.

PERSONA_NON_GRATA

3 Noyabr 2013 15:55

Dogurdan da, qisda cox soyuq olur.. hele qar yaganda demirem.. shaxta adami qilinc kimi kesir.. xebere gore twkkler.. her halda soyuqlarla elaqedar, cox adam yararlanacaq.. :)