Loading...

Saç üçün maskalar #2
Qadın dünyası
- 30 Oktyabr, 2013
- 6 845 Baxış
Loading...

Parlaq və sağlam saçlar üçün maska:
1 ədəd yumurta
2 yemək qaşığı bal
3 yemək qaşığı süd
5 yemək qaşığı zeytun yağı
1 ədəd banan
Hazırlanması: Bananı yaxşıca əzirik, ayrı bir qabda yumurtanı çırpırıq, bananı və digər digər məmulatları yumurtanın üzərinə töküb krem halına gələnə qədər yaxşıca qarışdırın. Əldə etdiyiniz qarışımı saçınıza və saç dibinizə çəkin, yarım saat sonra saçınızı ilıq su ilə yuyun.
Maska 2:
Yarım stəkan mayonez
2 çay qaşığı bal
Hazırlanması: Krem halına gələnədək qarışdırırıq, daha sonra saç diblərindən başlayaraq saç uclarına qədər çəkirik, yarım saat sonra saçları yuyuruq.
Maska 3:
3 yemək qaşığı zeytun yağı, 2 yemək qaşığı bal.
Hazırlanması: Qarışdırıb saçınıza yaxşıca yeridin. daha sonra isti bir şeylə örtün, 15 dəqiqə sonra yuyun.
Maska 4:
1 yumurta və 4 yemək qaşığı mayonezi qarışdırıb saça çəkirik, bu əsasən incə telli saçlar üçün olduqca bəsləyicidir.

Maska 5:
3-4 yemək qaşığı yoqurt, 4-5 yemək qaşığı badam yağı, 1 yemək qaşığı limon suyunu qarışdıraraq incə telli saçlarınız üçün bəsləyici maska hazırlaya bilərsiniz.
Maska 6:
Bir soganı sürtgəcdən keçirib suyunu tənzif vasitəsiylə sıxırıg və saç dibinə çəkirik, saçları papqla örtürük və isti dəsmal bağlayırıq. 1 saat saxlamaq məsləhətlidir. Soğan suyu saç uzanmasına, saç tökülməsinə və kəpəyə qarşı istifadə olunur.

Maska 7:
Bir soğanın suyu , 1 çay qaşığı istədiyiniz yağı ( gənəgərçək, zeytun, badam və s.) və 1 çay qaşığı balı qarışdırılıb saç dibinə çəkilir, sonra saçı isti dəsmalla bağlayırıq və 1 saat sonra yuyuruq. Soğan ilə olan maskaları yalnız saç dibinə çəkmək lazımdır, saçın uzunluğu boyunca yox..
Əks təqdirdə soğanın iyindən azad olmaq daha da çətin olacaq.
Əks təqdirdə soğanın iyindən azad olmaq daha da çətin olacaq.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...