Loading...
Dırnaq boyası gözəllikdən çox ziyan vurur

Dırnaq boyası gözəllikdən çox ziyan vurur

Loading...
Dırnaq boyası gözəllikdən çox ziyan vurur

Dırnaq boyalarından istifadə etməyən qadın, demək olar ki, yoxdur. Xanımların bir qismi bu boyalardan bəzən ayda-ildə bir istifadə etdiyi halda, digər qisim xanımlar gündə bir rənglə dırnaq boyamaqdan çəkinmirlər. "Dırnaqları daha baxımlı və səliqəli edir" düşüncəsi ilə istifadə olunan dırnaq boyaları dırnaqlara gözəllikdən çox ziyan vurur. Qadınlar bunun fərqində olsalar belə, imtina edəcəkləri ən son kosmetik vasitə kimi məhz dırnaq boyalarını göstərirlər. Beləliklə, dırnaq boyaları xanımların ən sevdikləri kosmetik vasitələr arasında ilk üçlükdə dayanır.

Hər il dəbə uyğun olaraq müxtəlif rənglərdə və dizaynla istehsal olunan bu boyalar qadınların diqqətini çəkmək üçün daha da parlaqlaşdırılır. Nəticədə isə kosmetik məhsul alan qadın mütləq əlini dırnaq boyalarına da uzatmış olur. Kosmetik məhsulların yarıdan çoxunun tərkibi kimyəvi maddələr təşkil edir. Bu kimyəvi maddələr içində olduqca ağır kimyəvi tərkibə malik olanları var ki, məhz onlar insan orqanizmi üçün olduqca ziyanlıdır. Dırnaq boyası isə tərkib etibarilə ən çox toksinə malik olan bir məhsuldur.

Manikür ustası Günay Sarıyevanın sözlərinə görə, dırnaq boyası istifadə edən qadının dırnaqlarının sağlam olması vacibdir. Bunun üçün isə dırnaqlara baxmaq, qulluq etmək lazımdır. Gözəllik üçün istifadə olunan dırnaq boyası xəstə, kobudlaşmış, qırılmış dırnaqları gözəl göstərməz, əksinə daha çirkin görünməsinə səbəb ola bilər: "Dırnaq xəstəliklərinin qarşısını almaq üçün vaxtında manikür və pedikürə getmək lazdımdır. Amma dırnaq xəstəliklərini yaradan əsas səbəblərdən biri elə salonlardır. Seçilən salon və ustaya etibar etmək lazımdır. Doğru və təmiz yerdə manikür edilməlidir ki, sonradan dırnaqla bağlı xəstəliklər meydana çıxmasın".

Dırnaq boyalarına gəlincə, həmsöhbətimiz deyir ki, salonda dırnaq boyaları təklif edirlər. "Təbii ki, burAdakı bir rəngdən o rəngi seçən bütün müştərilər üçün istifadə edirik. Yaxşı olar ki, dırnaq boyasından sadəcə bir nəfər istifadə etsin və başqa heç kimin dırnaqlarına fırça sürtülməsin".

Bir boyadan digərinə keçdikdə arada 4-5 gün fasilə vermək lazımdır ki, dırnaq keyfiyyətini itirməsin. Ən çox edilən səhvlərdən biri dırnaqları asetonla təmizləyib birbaşa boyadan istifadə etməkdir.

Dermatoloq Vəfa Şıxlının sözlərinə görə, dırnaq boyaları kimi dırnağa və dəriyə ziyan vuran ikinci bir amil yoxdur. Dırnaq üçün hava və su əhəmiyyətlidir, bu boyalar dırnağın normal inkişaf etməsinə imkan vermir. Dırnağın 20/100-si sudan ibarətdir və boyalar dırnaqları qurutmaqdan başqa heç bir işə yaramır: "Daim istifadə olunan boya dırnaqları qurudur, rəngini dəyişir, dırnaqdan asılı olaraq ya çox kobudlaşdırır, ya da olduqca incəldir. Asetonlar dırnaq və dırnaq köklərini zədələyir, dırnaqda və ətrafındakı dəridə quruluq əmələ gətirir. Hətta elə boyalar var ki, o boyaları dırnaqdan silmək çox çətin olur. Asetonla dırnaqları davamlı sürtmək dırnağa olduqca ziyanlıdır. Dırnaq boyaları təhlükəsiz görünür, amma boya sürtüldükdən sonra quruma ərəfəsində havaya buxarlanan toksinlər birbaşa insan orqanizminə daxil olur. Eyni zamanda boya dırnaqda quruduqdan sonra silinənə qədər dırnaq havasız qalır və mühitdə mikrobların yayılmasına da şərait yaranır".

Əl dırnaqlarının boyanma tarixi 1800-cü ildən başlanıb. Belə ki, o vaxtlar dırnaqları qırmızı ətirli yağla boyayıb və dəri ilə sürtüb parıldadırmışlar. 1900-cü ildə isə xanımlar dırnaqlarını balaca qayçılarla tutmağa başlayıb, müxtəlif kosmetik alətlərlə sürtüb təmizləyiblər. Dəvə tükündən hazırlanmış fırça ilə dırnaqları boyayıblar. Amma bu lak prototipi uzunmüddətli olmurdu və bir gündən sonra silinirdi. 1925-ci ildə dırnaqlar üçün şəffaf çəhrayı rəngli boyalar yaranıb. O dövrün dəbinə görə onlar dırnaqların yalnız orta hissəsinə çəkilib. Dırnaqların qırağı isə açıq qalıb. Dünyada ilk dəfə satışa çıxarılan lak flakonları kiçik dəmir qablarda bej rəngli kirşan formasında olub. Dırnağa çəkilmiş bu kirşanı sonradan xüsusi dəri parçası ilə parıldadıblar.

Dermatoloq xüsusən bildirir ki, dırnaq boyalarının istifadəsindən öncə dırnaq qoruyucu maye istifadə olunmalıdır. Boya çəkildikdən sonra dəridə qalan artıqlar asetonla təmizlənərsə, dırnaq tamamilə quruduqdan sonra əllər yuyulub nəmləndirilməlidir. Dırnaq xəstəliklərinə yoluxma və ondan müalicə ilə qurtulma əziyyətli bir proses olduğu üçün mümkün qədər bu xəstəliklərə yoluxmamaq lazımdır: "Sağlam dırnaqlara və dəriyə sahib olmaq üçün dırnaqlar qısa kəsilməli, təmiz saxlanılmalıdır. Başqalarının istifadə etdiyi boyalardan, fırçalardan, pambıqlardan, manikür alətlərindən istifadə olunmamalıdır. Qidalanmaya diqqət yetirilməlidir. Mümkün qədər tünd rənglərdən qaçmaq lazımdır. Ən yaxşısı isə dırnaq boyalarını sadəcə xüsusi günlərdə istifadə etməkdir".

Qeyd edək ki, dırnaq boyaları bir sıra xəstəlikləri də şiddətləndirə bilər. Boya tərkibində olan kimyəvi maddələr sinirləri qıcıqlandırır, endokrin sistemində pozğunluqlar yaradır, ciyərlərə və beyinə təsirsiz də ötüşmür.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Simran

17 Noyabr 2013 23:01

Hemişe dırnaq boyasından istifade edirem

MisS

28 Oktyabr 2013 18:08

Sitat: 1_DiReCTiOnER
hem ziyan hem gunah

violetta

26 Oktyabr 2013 16:26

Dirnaqlarima hele de cox lak qoymuram

LlLesiARe

26 Oktyabr 2013 12:47

hem ziyan hem gunah

Həyat

25 Oktyabr 2013 17:20

Dırnaq boyası əlləri gözəl göstərir ancaq salonda heç vaxt vurdurmamışam ancaq özboyalarımı istifadə etmişəm
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Hesretli Sevgi

25 Oktyabr 2013 16:12

Umumiyyetle dirnaq boyasindan istifade elemirem.amma dirnaqlarima hergun fikir verirem,qaydaya saliram.sade,temiz ve boyasiz dirnaqlar da gozel gorunur.

MiSS BlaCKStaR

25 Oktyabr 2013 15:47

Sebrim catmadi axira kimi oxuyum..men cox vaxt qaynag olur dirnaqlarim onun uzerinden herden cekirem..ama indi fasile vermiwem,vaxtim olsa gunde iki defe deyiwerem dirnaq boyasini evde 20 den cox reng var ))
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

A_K

25 Oktyabr 2013 15:32

Namaza gőre heç vvurmamalıyam eslinde çűnki destemazım sayılmaz birden. Evde olanda sűrtműrem ancaq bir yere gedende vururam çűnki baxımlıda olmaq lazımdı sexymix :/
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

❃FloRal❃

25 Oktyabr 2013 15:16

Axracan oxumağa sebrim çatmadı. Dırnaq boyasını sevirem. Bekarçılıq olanda çekirem. Çox bilinmeyen rengden istifade edirem daha çox
--------------------

***
❃❃❃

***

İlkay

25 Oktyabr 2013 12:47

Evveller chox isdifade edirdim amma hal hazirda yox vurduqdada silirem

muraz2g

25 Oktyabr 2013 12:09

Dirnaq boyasinin iyisi mene pis tesir edir.