Loading...

Saç üçün maskalar #1
Qadın dünyası
- 24 Oktyabr, 2013
- 4 898 Baxış
Loading...

1.Quru saçlar üçün maska:
1 yemək qaşığı sirkə
1 ədəd yumurta
2 yemək qaşığı zeytun yağı
Hər 3ü bir qabda yaxşıca qarışdırırlır və saç diblərindən başlayaraq saç uclarına qədər sürülür.. 20 dəqiqəyə qədər saçda qalır və sonra yuyulur.
1 yemək qaşığı sirkə
1 ədəd yumurta
2 yemək qaşığı zeytun yağı
Hər 3ü bir qabda yaxşıca qarışdırırlır və saç diblərindən başlayaraq saç uclarına qədər sürülür.. 20 dəqiqəyə qədər saçda qalır və sonra yuyulur.

2.Kəpəyə qarşı maska:
1 yumurtanın ağı və bir çay qaşığı limon suyu qarışdırılır və saç diblərinə çəkilir,
30 dəqiqə gözlədikdən sonra yuyulur..

3. Saçı möhkəmləndirmək üçün maska:
1 çay qaşığı bal, 1 xörək qaşığı gənəgərçək yağı, 1 yumurta sarısı və 1 çay qaşığı limon suyu yaxşıca qarışdırırlır və saça çəkilir, 30 dəqiqə saxlanılır və isti suyla yuyulur..

4. Saçı möhkəmləndirmək üçün daha bir maska:
1 çay qaşığı darçın,
1 yumurta sarısı,
2 xörək qaşığı zeytun yağı , 2 xörək qaşığı yoqurt və 1 çay qaşığı bal qarışdırılır və saça çəkilir, 15-20 dəqiqə saxlanıldıqdan sonra yuyulur..

5. Saç tökülməsinə qarşı maska:
1 xörək qaşığı bal, 1 çay qaşığı darçın, 1 xörək qaşığı isti zeytun yağı və 5 damcı vitamin E.
Qarışdırılıb saç dibinə çəkilir və 15-20 dəqiqə gözlədikdən sonra yuyulur.

6.Saçın uzanması üçün maska:
1 yumurta sarısı, 1 çay qaşığı bal və 1 xörək qaşığı mayonez.
Qarışdırılıb saça çəkilir , 1,5-2 saat saxlanılıb yuyulur.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...