Fon yüklənir...
Загрузка...

Yanmış saçlara qulluq

Загрузка...
Yanmış saçlara qulluq


Təbii saç rənginə çox uzaq bir boya rənginin seçim edilməsindən, ya da tez-tez saçlarının rəngini dəyişdirmək üçün rəngləyən qadınların böyük əksəriyyətinin qarşılaşdığı yanıq problemi, nizamlı saç baxımı ilə qısa müddət içində ortadan qaldırıla bilər. Saçların ediləcək boyada yanması vəziyyətində saçların ucları yay kimi əsnədiyi üçün və quruduğu üçün saçlar qırılmağa başlayır və bir daha da asan bərpa olunmur. Bu cansıxıcı vəziyyətin bir an əvvəl atlatılması üçün saç baxımına çox böyük diqqət göstərilməli və baxım maskaları ilə yanan saçlar qurtarılmağa çalışılmalıdır.

Yanan saçların köhnə sağlamlığına qovuşmasını təmin etmək üçün nizamlı olaraq aşağıdakı baxım maskalarını tətbiq edin. Bu sayədə qısa müddət içərisində yanmış olan saçlarınızın yenidən köhnə sağlamlığına qovuşmasını təmin edə bilərsiniz. Üstəlik hər bir baxım maskasını hazırlamaqda tətbiq çox praktikdir.

Yanmış saçlara ən yaxşı həll yolu yumurta maskasıdır. 1 ədəd yumurtanı 5 qaşıq Hindistan yağı ilə qarışdırın və saç köklərindən başlayaraq aşağıya doğru saçınızı bu qarışıq ilə masaj edin. 30 dəqiqə sonra saçlarınızı ilıq su ilə yuyun. Əgər yumurta maskası allergik bir reaksiyaya səbəb olmadısa hər gün tətbiqə davam edin.

"Aloe Vera" maskası da yanmış saçlara yaxşı gələn bir başqa maska ​​növüdür. 2 çay qaşığı
"Aloe Vera", 2 çay qaşığı bitki mənşəli qliserin və 4 xörək qaşığı avakado yağını qarışdırın, saç köklərindən aşağıya doğru masaj edərək tətbiq edin. 25 dəqiqə sonra saçlarınızı şampunla yuyun və bu maskanı hər gün tətbiq edin.
Загрузка...

ŞƏRHLƏR

Night Wolf

15 Avqust 2013 00:05

sagolun eziyyet cekdiz

sag olun eziyyet cekdiz
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Smiler

14 Avqust 2013 20:28

calisiram ki az istifade edim fenden

Swagy Angel

14 Avqust 2013 19:00

men sacima fen vurmuram deye problemim yoxdu

balaca qiz

14 Avqust 2013 15:17

meni bele bir problemim yoxdu sadece olaraq saclarimda sacqiran var saclarimin uclari hacalanir kesdirirem de yene de ele olur eh

senay

14 Avqust 2013 15:16

mende ele sac isdiyirem

PeTTy

14 Avqust 2013 14:37

Men en çox fenliyenden sonra saçlarım yanır, quruyur, it gününe düşür, gedib maska zad eliyesiyem vaxt yoxdu.

Həyat

14 Avqust 2013 14:01

məndə var o problem və saçlarımı kəsdirmək istəmirəm. Mən bu masqadan istifadə edirəm 1 A vitamini, 1 E vitamini, 1 gənəgərçək yağı 3-nü bir arada qatışdırıb saçlarıma sürtürəm və 1 saat saxlıyıram. Bu maska həm saçlarımın uzanmasına kömək edir həmdə canlandırır.Yağları aptekdən ala bilərsiz
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Gulka

14 Avqust 2013 13:48

cox wukur bele problemim yoxdu.en cox sac yanmalari cox saci utuleyende fenliyende olur mende onlari etmiem cunki saclarim qivirciqdi cb
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

VAFELKA

14 Avqust 2013 13:23

Saçlar,.. saçlar..... Sözün əsl mənasında başımızın bəlası :) Amma yanma kimi problemlə qarşılaşmamışam.

❃FloRal❃

14 Avqust 2013 12:21

Şükür ki, ele bir problemim yoxdur
--------------------

***
❃❃❃

***
loading...
Загрузка...