Loading...
Uzaq dayanmağınız lazım olan kosmetik məhsullar

Uzaq dayanmağınız lazım olan kosmetik məhsullar

Loading...
Uzaq dayanmanız lazım olan kosmetik məhsullar

 

Biz qadınlar gözəl görünmək və yaşlanmanın izlərindən xilas olmaq üçün əlimizdən gələni edərik. Bunun üçün bir çox gözəllik kremini və vəsaitini istifadə edirik. Amma bəzi tərkibləri var ki əsla dərimizlə təmas etməməlidir.

Üz ovalama yalanı

Üzünüzü ovalayarak təmizlədiyiniz scrubların və peelinglərin məqsədi dərinizi dərininə təmizləməkdir. Dəridəki ölü dərilərdən xilas olmaq üçün bu sərt vəsaiti istifadə edərik. Lakin bir çox scrub içində iti hissəciklər vardır. Məsələn ərik və qoz ləpələri kimi.
Bunlar dərimizi təmizləmək yerinə, dərimizin üzərində kiçik kəsiklər meydana gətirərlər. Bu kəsiklər gözlə görünməsə də dərimizə bakteriyaların nüfuz etmələrinə səbəb olarlar. Bunun nəticəsində də dərimizdə qızartılar, iltihablanma və ləkələr meydana gələ bilər.

 

Uzaq dayanmanız lazım olan kosmetik məhsullar

 

Yaşlandıran vəsaitlər

Bir çox üz Peeling, duş geli, losyonlar və kremlər emülsiyonlaşdırıcı ehtiva edərlər. Bunlar sabun əsaslı maddələrdir, yağları və su əsaslı vəsaitləri bir araya gətirərək sizin məhsulu davamlı yelləməyə lazım bilməmənizi təmin edərlər. Nəmləndirici yağ və su, dəri tərəfindən əmildikdən və buxarlaşdıqdan sonra geriyə emülsiyonlaşdırıcılar qalar və bu da dərinizə və göz ətrafınıza zərər verən sabunlu bir təbəqə qalmasına səbəb olar, nəticədə dəriniz quruyur. Quru dəri isə sürətli yaşlanar. İçində emülsiyonlaşdırıcı olan maddələr; emulqator şam, polisorbat, stearat ve setearildir.

 

Uzaq dayanmanız lazım olan kosmetik məhsullar

 

Xərçəng narahatlıqları

Paraben, məhsulun ömrünü uzatmaq üçün istifadə edilən bir məhsuldur və sağlamlığınız üçün təhlükəlidir. Hormonal sisteminizə zərər verə bilərlər və sinə xərçənginə səbəb ola bilər.

Bunun xaricində dəri məhsulunuzda olmaması lazım olan bəzi xərçəng quruluşlu maddələr aşağıdakılardır:

Polietilen
Polietilen qlikol və ya PEG
Polioksietilen
İçində oksinol (oxynol) ehtiva edən maddələr


Sağlam gözəllik

Bir çox dəriyə qulluq məhsulunda olan təhlükəli maddələr səbəbiylə ''sağlam gözəllik'' son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu səbəblə alacağınız məhsulların etiketlərinə diqqət yetirməlisiniz.

Mümkün olduğunca üzvi və bitki mənşəli əsaslı məhsulları istifadə edin.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    loading...

    mexa

    12 May 2013 21:18

    esas ot terkibli kremler almaq yaxsi olardi
    wink2

    Kristina

    12 May 2013 15:12

    ALANDA EN COX MEHSULUN KEYFIYYRTINE ONEM VERIREM

    Mələk

    12 May 2013 12:43

    ogün tvdə deyirdilərki pamada xərçəng yaradır

    A_K

    12 May 2013 12:23

    Onsuzda çox istifadə etmirəm kasmetikadan
    --------------------
    Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

    PeTTy

    12 May 2013 07:07

    Ümumiyyetle bezi şeyler var ki,mama deyir istifade etme,üzünü qocaldacaq,yene de istifade edirem.

    Həyat

    11 May 2013 19:16

    Maraqlı məsləhətlərdi dərimizi yaxşı qorumalıyıq
    --------------------
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    _Aymir_

    11 May 2013 16:56

    Mümkün olduğunca üzvi və bitki mənşəli əsaslı məhsulları istifadə edin.
    Aha eledi.
    --------------------
    Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

    ZENDAYA

    11 May 2013 14:16

    menimcun hele bele kremler lazim deyil ama duzgun meslehetdi tewekkur
    Загрузка...