Loading...
Hər yaşa görə dəriyə qulluq!

Hər yaşa görə dəriyə qulluq!

Loading...
Hər dəri tipinin və hər yaşdakı qadının baxım ehtiyacları fərqlidir.
Bu səbəblə irəliləyən yaşla birlikdə dəyişən dəri ehtiyaclarını bilib, ona görə doğru addımlar atmaqda fayda vardır.

Hər yaşa görə dəriyə qulluq!

20li yaşlarda dəri baxımı

Sızanaq və qara nöqtələrin sıxlıqla görüldüyü bu yaşlarda dəri güclü, hamar və gərgindir. Xüsusilə alının, burnun və ağzın yan tərəflərində sızanaq birliklərinə tez-tez rast gəlinir. Bu yaşda hormonlar nizama girmədiyi üçün dəri problemləri sıxlıqla yaşana bilər. Ölü hüceyrələr ayda bir dəfə, yerlərini yenilərinə buraxmaq üzrə tökülər. Dərini təmizləmək və nəmləndirməyə diqqət göstərmək bu yaşlarda çox əhəmiyyətlidir.

Hər yaşa görə dəriyə qulluq!

Dəri baxımında ən sıx edilən səhv, dərinin yağını çox alan bir məhsul seçməkdir. İstifadə edilən kremlər, məsamələrin çox tıxanmasını önləmək üçün, yüngül olmalıdır. Ayrıca, gənc dəridə ləkə meydana gəlməsinə fürsət verməmək üçün, ətir ehtiva etməməlidir.

Hər yaşa görə dəriyə qulluq!

30lu yaşlarda dəri baxımı

Otuzlu yaşlarda yavaş-yavaş dəridə bəzi problemlər baş göstərməyə başlayır. Xüsusilə göz ətrafı, alın və ağzın kənarlarında, işıqda müəyyən olan, ilk qırışlar ortaya çıxar. Bu yaşlarda dəri səthi artıq köhnəsi qədər hamar deyil.

Hər yaşa görə dəriyə qulluq!

Bu yaşlarda dəri, ilk zəiflik əlamətlərini göstərməyə başladığından, zərərli UV şüaları dərinin orta təbəqəsinə asanlıqla keçə bilər. Bunu önləmək üçün ağızdan A, F və E vitaminləri ilə mineral preparatları ala bilərsiniz. Bunun xaricində, səhərlər qoruma filtri ehtiva kremlər, axşamları isə dərini nəmləndirib, bərba edən meyvə turşularından faydalana bilər.

Hər yaşa görə dəriyə qulluq!

Siz 40, dəriniz 30 yaş ola bilər

40 yaşındaykən, 30 yaşında kimi görünməyi hər qadın istəyər. Bu yaşlardakı dərinin kollagen istehsalı getdikcə azalır. Üst lay hələ gücünü qorusa da, daxili qisimdə olub, onu dəstəkləyən elastik liflər bir az zəif düşər. Bu vəziyyət, xaricdən baxıldığında, yanaqlarda və ya çənənin altında çöküntülər şəklində görülə bilər. Bəzən də, dəri mat, ya da solğun bir görünüş alar.

Hər yaşa görə dəriyə qulluq!

Hər gün ayna qarşısında ediləcək beş dəqiqəlik bir üz gimnastikasıyla mükəmməl nəticə ala bilərsiniz. Təsirli bir digər məşq də, çubuq şəklində bir saqqızı dişlərin arasına yerləşdirib, bu şəkildə tapdalamağa çalışmaqdır. Yatarkən, üzünüzün tək tərəfində yatmamalısınız, üzdə asanlıqla qırışlar meydana gələ bilər.

Hər yaşa görə dəriyə qulluq!

50li yaşlarda nəm tarazlığı

50 yaşından etibarən dəri, hər keçən gün təbii nəmini itirməyə və qurumağa başlayar. Bu səbəblə dəridəki təbii nəmi qorumaq çox əhəmiyyətlidir. Bu yaşlarda limon, xiyar və çiçək köklü kremləri rahatlıqla istifadə edə bilərsiniz. Bu kremlər, dəri hüceyrələrinə nüfuz etdiklərində ən az səkkiz saat boyunca nəmlilik və rahatlıq verir. Bu cür kremlərin istifadə edilməsi, dərinin nəm qazanma müddətini sürətləndirər.

Hər yaşa görə dəriyə qulluq!

50 yaş üstü üçün bərpa edici kremlər

Yaşın irəliləməsi, dərinin təbii nəmini böyük ölçüdə itirməsi, istifadə edilən dərmanlar, keçirilən xəstəliklər və hava çirkliliyinin də təsiriylə dəri qurumağa və qırışlar sıxlaşmağa başlar. Bu yaş qrupu tərəfindən istifadə ediləcək nəmləndiricilərin, dərini nəmləndirməkdən başqa, bərpa edici və qırışıq aradan qaldırıcı xüsusiyyətlərinin də tapılması lazımlıdır.

Hər yaşa görə dəriyə qulluq!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    loading...

    ozlem yilmaz

    5 İyun 2013 14:04

    maraqlidir tesekkurler xebere gore good

    DeCeL BaLa BaWa BeLa

    3 May 2013 23:40

    Maraqliydi twk xebere goreee )) ama burda deriye qulluq 20 yawdan bawdiyirr hele 20 yawimaa 2 il varr)))

    Eva_1

    3 May 2013 21:58

    Qadının 45 yaşa kimi Allah verdiyi gözəlliyə, 45 yaşdan sonra isə layiq olduğu gözəlliyə sahibdir ))
    --------------------

    A_K

    3 May 2013 21:45

    Ozune qulluq yaxsidir ama bunu edirsense
    --------------------
    Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

    Mələk

    3 May 2013 21:18

    heç səbrim çatmır da üzümə saçıma ya nəyəsə qulluq eləməyə

    Həyat

    3 May 2013 20:55

    Mən üzümə hər gün nəmləndirici krem vururam və yüngül masaj eliyirem,gecede ilıq suyla yuyub yatıram şükür dərim qəşəngdi girl_ten
    --------------------
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    PeTTy

    3 May 2013 20:15

    Bizim yaşa uyğunu yoxdu,Sedaqet...

    Oy sorry Seadet olmalı idi.

    Oy sorry Seadet olmalı idi.

    ZENDAYA

    3 May 2013 19:27

    hec biri menim yas serheddimde deyil yene twk

    ❃FloRal❃

    3 May 2013 18:10

    2-ci sekildeki qiz qesengdir
    --------------------

    ***
    ❃❃❃

    ***
    Загрузка...