Loading...
Ayaqqabı seçimindəki 6 səhv!

Ayaqqabı seçimindəki 6 səhv!

Loading...

Ayaqqabı seçimindəki 6 səhv:

 

Ayaqqabı seçimindəki 6 səhv (Qadınlar üçün)


Xüsusilə qadınlarda qəşəng görünmək hər vaxt ön planda olduğu üçün ayaqqabılarda rahatlıq həmişə ikinci planda qalır. Bunun nəticəsində ayaqlarda su toplanması və yara meydana gəlməsindən başqa şəkil pozuqluğu kimi çox daha ciddi problemlər ortaya çıxa bilir!

 

Ayaqqabı seçimindəki 6 səhv (Qadınlar üçün)


Qəşəng geyinmək ilə moda hər vaxt bir-birinə qarışdığı üçün ayağın rahat olması həmişə ikinci planda qalır.
Nəticə isə: su yığan, dərinin soyulması, döyənək bağlayan və tez-tez burxulan ayaqlar! Üstəlik gecikildiyində problem getdikcə irəliləyərək, ciddi sinir sıxışmalarına, ayaqlarda və barmaqlarda şəkil pozuqluqlarının meydana gəlməsinə və ya artmasına yol aça bilir.
Acıbadem Kozyatağı Xəstəxanası Ortopedi və Travmatoloji Mütəxəssisi Prof. Dr. Metin Türkmen, ayaq sağlamlığını qorumaq üçün ayaqqabı, bot və ya çəkmə seçərkən, diqqət yetirilməsi lazım olan nöqtələri izah edir.

 

Ayaqqabı seçimindəki 6 səhv (Qadınlar üçün)


AYAQDA ŞƏKİL POZUQLUĞUNA GƏTİRİB ÇIXARAN 8 SƏHV!
1. Önü daralan və ayağı sıxanlar: Ayaqqabılarda ən sıx yaşanan problem, önü daralan və ayağı sıxan dar qəlib, dikdaban ayaqqabılar ya da botlar geyilməsi və bunlarla uzun müddət ayaqda qalınması. Önü daralan ayaqqabılar barmaqların rahatca hərəkət etməsini maneə törədir. Zamanla barmaqların şəkli pozulur.
2. Yüksək dikdabanlar: Yüksək dikdaban ayaqqabılarda ağırlıq daraq qisiminə keçəcəyi üçün barmaqlara həddindən artıq yüklənir və uzun davamlı istifadələr ayaq ilə barmaqlarda şəkil pozuqluqlarına səbəb olur.
3. Çox yüksək platformalılar: Qadınlar moda olduğu üçün çox yüksək platforma kimi tarazlıq pozan məhsullar istifadə edilə bilir. Ayrıca bu platformaların sərt olanları ayağın qıvrılmasını maneə törədir, digər oynaqlara həddindən artıq təzyiq göstərir.
4. Tamamilə topuqsuz olanlar: Xüsusilə gənclərin çox sıx seçdikləri tamamilə topuqsuz və həddindən artıq yumşaq, ümumiyyətlə bez və ya süet olan ayaqqabı ilə çəkmələr də təhlükəlidir. Çünki ayağı heç tutmayan, iç döşəməsi heç dəstəkləməyən bu ayaqqabılar içə basmağa meylli olanlarda bu vəziyyətin daha da pisləşməsinə səbəb ola bilir.
5. Bir nömrə böyüklər: Dikdaban ayaqqabı ya da bot seçərkən incə qəlibli məhsulların böyük nömrələrini almaq böyük bir səhvdir. Çünki ayaq önə gedincə ayaqqabı öndən vurur, arxadan boşluq qalır və topuq gedərkən hərəkət edir. Bunun nəticəsində ayaqqabılar sürtülür və yara olur.
6. Çox sərt dərilər - sərt laklı olanlar: Lazımlı əsnəmə və yumşalma olmadığı üçün ayağın funksiyalarını pozur.

 

Ayaqqabı seçimindəki 6 səhv (Qadınlar üçün)


İDEAL BİR AYAQQABI NECƏ OLMALIDIR?
Ortopedi və Travmatoloji Mütəxəssisi Prof. Dr. Metin Türkmen, ayaq sağlamlığınız üçün ideal bir ayaqqabının xüsusiyyətlərini belə sıraladı:
Ayağın şəklinə uyğun olmalı və tam oturmalıdır. Ayaq üç ölçülü olduğu üçün ayaqqabının yalnız boydan uyğun gəlməsi çatmaz, eni və yüksəkliyi də uyğun gəlməlidir. Ayağı yaxşı qavramalı və xüsusilə bilək qisimi yaxşı tutmalıdır.
Ayağı daraqlı olanlar daha geniş qəlibli ayaqqabılar istifadə etməli, incə ayaqlı qadınlar isə incə qəlibli olanları geyməlidir.
Ayağı dəstəkləyən bir iç döşəmə, doğru nöqtələrdə əsnəyən bir xarici döşəməsi olmalıdır.
Ayaqqabının önü və yanları dar olmamalıdır, barmaqlar yanlardan və üstdən rahatlamalıdır.
İçi və xarici dəri olmalıdır. Bu cür ayaqqabılar həm nəfəs aldığı üçün tərlətməz, həm də ayağın şəklinə daha asan uyğunlaşma təmin edərlər.
Dərinin cinsi də əhəmiyyətlidir. Həssas dəriyə sahib, sümük quruluşu diqqətə çarpan və çıxıntılı olanlar ilə şəkət xəstələri xəstələri yumşaq dəriləri geyməlidir.
Ayaqqabı döşəməsinin xarici qisimi kifayət qədər geniş olmalıdır. Xüsusilə tarazlıq və burxulma problemi olan qadınlar geniş, topuq qisimi daralmayan ayaqqabılar seçməlidir.
Çox sərt dəri və sərt laklı yerinə, ayağın şəklini daha yaxşı alan süet və nubuk dərilər seçilməlidir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load

    loading...

    ozlem yilmaz

    5 İyun 2013 14:21

    oz de deyirler ki dabanli ayaqqabi adamin qametin duzeldir .sen deme gor nece fesadlar toredirmis eseb

    alina98

    18 May 2013 18:29

    HHH maraqliyddii

    roya ayxan

    14 May 2013 12:29

    2 ve 3 daha coxx beyendim e

    Mrs_DirectioneR

    11 May 2013 09:21

    xex keta geyinirem bulari yox :)

    Nemka...

    27 Aprel 2013 19:43

    topuqluda geyinirem daha cox topuqsuz geyinirem rahat

    Sevinc...

    27 Aprel 2013 16:21

    Melumatım var idi amma bilmirdim ki topuqsuz ayaqqabılarda ziyandı bunan sora çalışacam nezere alım ayaqqabılarnan problemim çox olur tşk

    zizishko

    27 Aprel 2013 14:35

    [/colorAYAQDA ŞƏKİL POZUQLUĞUNA GƏTİRİB ÇIXARAN 8 SƏHV!
    1. Önü daralan və ayağı sıxanlar: Ayaqqabılarda ən sıx yaşanan problem, önü daralan və ayağı sıxan dar qəlib, dikdaban ayaqqabılar ya da botlar geyilməsi və bunlarla uzun müddət ayaqda qalınması. Önü daralan ayaqqabılar barmaqların rahatca hərəkət etməsini maneə törədir. Zamanla barmaqların şəkli pozulur.
    2. Yüksək dikdabanlar: Yüksək dikdaban ayaqqabılarda ağırlıq daraq qisiminə keçəcəyi üçün barmaqlara həddindən artıq yüklənir və uzun davamlı istifadələr ayaq ilə barmaqlarda şəkil pozuqluqlarına səbəb olur.
    3. Çox yüksək platformalılar: Qadınlar moda olduğu üçün çox yüksək platforma kimi tarazlıq pozan məhsullar istifadə edilə bilir. Ayrıca bu platformaların sərt olanları ayağın qıvrılmasını maneə törədir, digər oynaqlara həddindən artıq təzyiq göstərir.
    4. Tamamilə topuqsuz olanlar: Xüsusilə gənclərin çox sıx seçdikləri tamamilə topuqsuz və həddindən artıq yumşaq, ümumiyyətlə bez və ya süet olan ayaqqabı ilə çəkmələr də təhlükəlidir. Çünki ayağı heç tutmayan, iç döşəməsi heç dəstəkləməyən bu ayaqqabılar içə basmağa meylli olanlarda bu vəziyyətin daha da pisləşməsinə səbəb ola bilir.
    5. Bir nömrə böyüklər: Dikdaban ayaqqabı ya da bot seçərkən incə qəlibli məhsulların böyük nömrələrini almaq böyük bir səhvdir. Çünki ayaq önə gedincə ayaqqabı öndən vurur, arxadan boşluq qalır və topuq gedərkən hərəkət edir. Bunun nəticəsində ayaqqabılar sürtülür və yara olur.
    6. Çox sərt dərilər - sərt laklı olanlar: Lazımlı əsnəmə və yumşalma olmadığı üçün ayağın funksiyalarını pozur.

    SwAg VaMpIrE

    27 Aprel 2013 13:16

    3. Çox yüksək platformalılar:
    ONLAR OLMASA MƏN ÖLƏRƏM
    hello

    Kristina

    27 Aprel 2013 12:31

    Bilirem hundur ayaqqabi ggeymek ziyandir amma neyniyim axi hundur geymeyi coooox sevirem ilove

    Shelim

    27 Aprel 2013 12:12

    1.2.3. ayaqqabilar qesengdi, topuqlu ayaqqabi geyinmeyi xoslayiram, ama is yolunda yox, is yolunda rahat ayaqqabi daha serfelidi, narahat olanda adamin kefi de olmur e.....

    ben ve sen

    27 Aprel 2013 11:13

    Men topuklu ayaqqabilari cox da geyinmirem cunki menim gunum mektebe gedib gelmekle kecir rahatliq ucun mektebe topuklu geymirem.

    LOVE SEVGI

    27 Aprel 2013 10:05

    MENDE TOYA GEYINIREM COX HUNDUR AYAQQABLARI.BELE GUNDELIK GEYINE BILMEREM HEC VAXT.

    DeCeL BaLa BaWa BeLa

    27 Aprel 2013 09:43

    BEle hundur akkawlar geyinmirem toydan toya belkeee)

    NICKY

    27 Aprel 2013 01:35

    birde hundur daban ayaqqabi geyinende adamin damarlari cixir oda ayaqda pis gorunur qara qara:)
    --------------------
    ♡♡♡

    MiSS BlaCKStaR

    27 Aprel 2013 00:45

    Sabah geyecem tanketka ozude 15, 30sm ))
    Iwime gore cox geye bilmirem butun gunu ayaq uste kecir, hemde polkalara cixmaq lazim olur, oncun arada bir geyirem..
    Sabah xususi gunduu oncun geyecem, saclarimida kesmiwem ayy sevdim ozumy :))
    --------------------
    Я оДНа таКаЯ

    Я не ЗаменимаЯ


    Ve bu da son :)

    İlkay

    26 Aprel 2013 23:26

    Hundur aqqawlar menlik deyil :) Cunki onun uzerinde gezmek var.. Geyinereme amma baxirda hara.. Topuqsuz aqqawlari sevirem ziyanda olsa nede olsa esas odur rahatdir..

    DonnA

    26 Aprel 2013 23:18

    kim ne disədə hündür daban başqa aləmdi. qamətin ağasıdı :) liboy xanım alçaq dabandan hündür dabana keçəndə uje qamət dəişir olur maska fason :) kezbanlar bile
    --------------------
    Həyat ölümə qaçmaqdır əslində..

    PeTTy

    26 Aprel 2013 23:16

    Çox vaxt spor stili geyindiyim üçün ayaqqabılarım ancaq krosovka,ket,ya da oğlan ayaqqabısına benzer ayaqqabılar olur,bele pasanuşkalarım he onlar qız ayaqqabılarına oxşuyur,ayaqqabının vidi menimçün önemli deyil,esas rahatlığıdı,ayağımda problem var deye topuqlu,platforma geyinmek mene yaramır,ona göre altıdüz geyinirem daim,bir de ayaqqabı alanda mütleq marka alıram,metrodan zaddan bele alınıb geyinmirem.

    F_N

    26 Aprel 2013 22:51

    Onsuzada kabluk geyinmirem gundelik

    RİHANNA GİRL

    26 Aprel 2013 22:43

    Dikdavan geymek yasim deyul.

    Princess Jasmin

    26 Aprel 2013 22:18

    Sitat: forget-me-not
    evveller ayaqqabi alanda 1-ci vidine fikir verirdim, amma indi en cox rahatliga onem verirem
    --------------------
    Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..

    love_angel97

    26 Aprel 2013 21:57

    hew topuklu heveskari deyilem)))) qurban olaram ketlere)))

    Həyat

    26 Aprel 2013 21:39

    mən biologiyada oxumuşam ki, hündür topuqlu ayaqqabı geyinən qadınların daban sümükləri normal formasını itirir.və beləcə qadınlarda yaş artdıqca ayaq ağrıları çoxalır.Gözəl görünmək üçün sağlamlığınızla oynamayın
    --------------------
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    forget-me-not

    26 Aprel 2013 21:35

    evveller ayaqqabi alanda 1-ci vidine fikir verirdim, amma indi en cox rahatliga onem verirem
    --------------------
    Həyat bir imtahandır, amma digər imtahanlara çox bənzəməz; bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.

    ZENDAYA

    26 Aprel 2013 21:34

    platformalari coxxxx seviem ayyaqqabilarimdanda raziyam

    Mələk

    26 Aprel 2013 21:30

    ayaqqabı seçimində heç vaxt yanılmıram.akkaşdarım hamsı supperdi çox sevirəm oları

    _LovelY_

    26 Aprel 2013 21:26

    birincisi eladir gorunuwce)
    --------------------


    Don't make me sad, Don't make me cry..

    Ask yok

    26 Aprel 2013 21:22

    Ayaqqabı xəstəsiyəm mən..Hündür daban ayaqqabıları çox istifadə edirəm.Platformalılar vapşe super görünür..Ağrısada geyinirəm,ağrımasada

    ❃FloRal❃

    26 Aprel 2013 21:13

    1-ci ve 3-cu sekildeki ayaqqabilar cox qesengdir
    --------------------

    ***
    ❃❃❃

    ***
    Загрузка...