Loading...
Dollarla kredit götürənlər OXUSUN! - Xəbərdar olun

Dollarla kredit götürənlər OXUSUN! - Xəbərdar olun

Загрузка...
Problemli kreditlərə güzəştlərin tətbiq olunmasından sonra əhali arasında bir çox suallar yaranıb.

İqtisadçı Vüqar Bayramov məsələ ətrafında ən çox verilən 5 suala bu dəfə cavab verib. Sözügedən sual və cavabları təqdim edirik:

1.Bir şəxs bir neçə bankdan kredit götürübsə, o zaman kompensasiya məbləği necə hesablanacaq?

Bir neçə bankda kredit öhdəliyi olan vətəndaşlarımızın keditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq. Bu zaman devalvasiya baş verən zaman əsas kredit məbləği 10 min dollardan azdırsa, o zaman kompensasiya hesablanacaq. Məsələn, vətəndaşımız bir bankdan 3 min dollardan, digərindən 6 min dollar kredit götürüb və bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək.

2. Lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulubmu?

Sənəd xarici valyutada olan kreditlərə kompensasiya, milli valyutada olan kreditlərə güzəşt nəzərdə tutduğundan lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.

3. Dollar krediti üzrə öhdəliyi kredit götürən deyil, zamin ödəyibsə, o zaman kompensasiya kimə ödəniləcək?

Qaydalara əsasən, belə hallara fərdi qaydada baxılacaq. Məsələn, 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc zaminin əmək haqqından tutulubsa, bu zaman fərdi qaydada zamin müraciət edib, məsələyə baxılmasına nail ola biləcək.

4. Kompensasiya məbləğini elektron hesablamaq mümkündürmü?

Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatoru istifadəyə verib. Bu keçidə daxil olmaqla kompensasiya məbləğlərinizi hesablaya bilərsiniz: https://pk.fimsa.az/az/calculator Elektron kalkulyator bütün kommersiya banklarının internet səhifələrində yerləşdiriləcək.

5. Ləğv olunmuş banklarda olan kreditlər üzrə kompensasiyaları necə almaq mümkün olacaq?

Fərmana əsasən, sözügedən banklardan kredit götürən vətəndaşlarımız da kompensasiyadan yararlanacaqlar və bu prosesə Əmanətlərin Sığortlanması Fondu məsuldur. Fəaliyyətdə olan bank müştərilərində olduğu kimi sizinlə də əlaqə saxlanılacaq.
Загрузка...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Загрузка...

    End of content

    No more pages to load

    loading...
    Загрузка...