Fon yüklənir...
Загрузка...

Bu hələ son deyil...

Загрузка...

 

Saat əqrəbi gecə yarını göstərir...fikirlər dağınıq...qəlb pərişan.Yaddaşımın küncündə rənglər naxışlar çəkir,sənin əksindən ibarət.Zaman silinib sanki,heç nəyə yaramır.

Göz yaşları alov kimi düşüncələrimi yandırır.Bu nə idi görəsən?Anlaşılmazlıqmı?

İnanmıram ki hər şey belə asandır...



Qırıq-qırıq xatirələr,ürəyimin küncündən ara-sıra boylanan təbəssümlər keçmişə qaytarır.Hanı bizim işığımız?Dəqiq deyə bilmirəm.

Sabahkı gün çətin həll olunacaq məsələyə bənzəyir.Öhdəsindən gələ biləcəyəmmi?

Qoy bir anlıq ürəyimin düyüntüləri donsun,qoy şübhələr məhv olsun...

Bir az gülməli,bir az keçici.


Fikirlərim güzgü qırıqları kimi otağa səpələnib.Mən səni hiss etmirəm.

Qoy alov yaddaşımı tamam yandırsın.Bütün dediklərim,bütün dediklərin bir şüaya çevrilsin,bütün mübahisələr bir topa kül olsun...

Səsim tutulub...axı biz ölümcül yaralanmamışıq...elə deyil?



İnanmıram ki hər şey bu qədər asandır.İnanmıram...sən belə tez siləsən hər şeyi.

Sən mənə arzularımın arxasınca getməyi öyrətdin...

həm də sən mənə sənincün ən vacib qadın olduğumu hiss etdirdin.Bilirəm ki,mən nə etsəm səninçün əhəmiyyətlidir.

Həmişə deyirdim nə yaxşı ki,sən varsan.İndi demək istəyirəm:

Təşəkkür edirəm ki sən varsan...və mən sənə görə var ola bilirəm.

Ağlım mənə kömək et.Mən bir qəlb sındırmışam.Ağlım yaşamama kömək et.Bəlkə bir anlıq vicdanımın səsini kəsəsən.O məni çox incidir...



Bəzən bizi kədər qoynuna alır,biz onunla bacara bilmirik.Başa düşürük ki,vacib olan o anı ötürmüşük,istifadə edə bilməmişik.Onda həyat bizdən öz möcüzəsini gizlətməyə başlayır.

Bu zaman daxilindəki uşağa qulaq as,o sehrli anları fəth edə bilir.Neçə yaşınız olursa olsun daxilinizdə bir uşaq yaşayır və cavab tapa bilmədiyiniz suallara öz dünyasında asanlıqla cavab tapir.

Əgər sən qadınsansa,hətta tam müstəqil və azad-yenə də daxilində qayğıya möhtac qızcığaz var.

Əgər siz kişisinizsə,hətta çox cəsarətli və igid,yenə də daxilinizdə isti və sevgiyə ehtiyaci olan oğlan var.

Əgər biz qəlbimizdəki o uşağa bir az qulaq assaq gözlərimiz yenə parlayacaq,həyat mənasını qoruyacaq.

Əgər biz o uşaqla əlaqəni kəsməsək həyatla da əlaqəmiz yaşayacaq.


 

Həyatla münasibətləriniz nə yerdədir?

Anlaşa bilirsinizmi??



Загрузка...

ŞƏRHLƏR

emiwka

10 İyun 2014 14:30

eyy heyat sen ne qeribesenn..?

men bu heyata gozel heyat demirem aci ve ya qeribe heyat deyirem ...........

ey heyat mene bele ezab verme....... eh
--------------------
Getdim Sagolun

Gunay

10 İyun 2014 10:05

heyat fani olur yani

Vane

18 Aprel 2010 18:42

Bəzən bizi kədər qoynuna alır,biz onunla bacara bilmirik.Başa düşürük ki,vacib olan o anı ötürmüşük,istifadə edə bilməmişik.Onda həyat bizdən öz möcüzəsini gizlətməyə başlayır.

SHATENKA_A

17 Aprel 2010 12:23

Həyatla anlaşa bilirəm,,,, lakin arada həyat mənə elə qadağalar qoyur ki sad bax o zaman həyata qəzəbim tutsada ........sakit susub onu anlamağa çalışıram!

Estela

17 Aprel 2010 12:18

Ya həyat başqa dildə danışır,ya da mən onun danışdığı dili anlamaq istəmirəm.Anlaşa bilmirik hələ ki.

Kevin

17 Aprel 2010 12:06

Anlaşmaq, kaktusu qucaqlamaq qədər çətindir.
Mövzu fövqalədə gözəldir. təşəkkür edirəm mövzu üçün
--------------------
Моя девушка ведьма

Paris

16 Aprel 2010 15:32

Sitat: Londra
İmkan vermirsiniz ey kədərlənim

İmkan vermərəm rose

Sitat: Ledi-Vamp
MƏn getdim uniyə sağ olun smile

Gələndə mənə çiko al lol

Sitat: Suliko
Bir dəqiqədə gəldi şərh də yazdı ee)) lol

Ürəyi bizimlədidə kiss

Suliko

16 Aprel 2010 15:28

Londra
Bir dəqiqədə gəldi şərh də yazdı ee)) lol
İstəmirik də kədərlənəsən..istəyirik ki,həmişə sevinəsən)
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Suliko

16 Aprel 2010 15:12

Həyatla münasibətləriniz nə yerdədir?
Anlaşa bilirsinizmi??

Hal-hazırda normal) Bəzən mənə çox şey öyrətdiyinə görə həyata minnətdarlığımı bildirirəm..bəzən isə çox yorur məni,anlaşa bilmirəm onunla..


Sitat: Paris
Bu mövzuda sənin heç vaxt görmədiyim gizli kədərivi görürəm sanki

Mən də həmçinin...
Bəzən Londranın belə xəbərlərini görəndə...xəbərinin adını очередной крик души qoyuram)
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

EcLipSe23

16 Aprel 2010 14:19

wukur bu gunume

Kedicik_19

16 Aprel 2010 12:25

Heyatla munasibetim pis gundedur!Qiririq bir-birimizi,hec yola getmirik de!Men ne isteyiremse onun eksini gosterir mene!

Vamp

16 Aprel 2010 08:01

Bəlkə bir anlıq vicdanımın səsini kəsəsən.O məni çox incidir...

Bu cümləni çox bəyəndim
Sitat: Paris
Sənin bütün mövzulardakı ürəyivi görə bilirəm.Hələ bu mövzudakı tamam fərqlidir. Bu mövzuda sənin heç vaxt görmədiyim gizli kədərivi görürəm sanki

Mən də elə onu yazacaqdım.HƏmişə Londranın mövzularında hər şeyi bacaran,çıxış yolunu səbirlə tapan biri canlanırdı gözümün qabağında.
Bu dəfə cavabı sualla gözləyən ümidsiz birini gördüm.
Olmasınaa belə:))
Nə yaxzşı ki,səhər səhər daxil oldum joya bu mövzunu oxudum))
MƏn getdim uniyə sağ olun smile
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Sevka_(JoY)

16 Aprel 2010 02:19

Sitat: Londra
Həyat mənimlə dil tapa bilmir,ya da mən həyatın dilini başa düşmürəm(


good
Buna da Şükür !!
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Tuvana

16 Aprel 2010 02:17

Bu sevgi hekayelərindən necə zövq ala bilirsiniz. Əzab verər adama ancaq. Həyata ancaq xoş göznən baxmaq lazımdır ki, həyat da xoş görsənsin. Onda həyatnan da yola gedə biləcəksən, həyat yolsaşınnan da.


--------------------
========================
Azad Fikir, Azad Düşüncə, Azad İnsan
========================

devecili

16 Aprel 2010 01:29

men heyatnan anlasıramda ama heyat menen anlasmır :((

MASTER-SAN

16 Aprel 2010 00:19

Həyatla münasibətləriniz nə yerdədir?

Anlaşa bilirsinizmi??

munasibetim pozulub . heyat yaxsi qiz deyil ona gore .qaldiki anlawmaga .yox butun gunu mektebin tininde spardyiq . laught
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Miss_Zaqadka

16 Aprel 2010 00:14

Həyatla münasibətləriniz nə yerdədir?

Anlaşa bilirsinizmi??


Bir cox meqamlarda her sey yaxsidi, amma ele anlar olur ki heyatimdan cox narazi oluram, hetta olumu bele dusunurem sonra hele yasanacq gozel gunlerimin qarsida oldugunu basa dusurem..Anlasamga calisiram..tam anlasma olmur amma hemise..

LARACROFT

15 Aprel 2010 23:57

Həyatla münasibətləriniz nə yerdədir?
Heç özüm də bilmirəm.
Anlaşa bilirsinizmi??
Hərdən hə,hərdən yox.Çox vaxt yox
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

M......

15 Aprel 2010 23:30

esi bos yere ozunuzu yormayin bu heyati basa duse bilmeyeceksiz.

ey heyat sen ne qeribesen

Paris

15 Aprel 2010 22:24

Sitat: Londra
yazarkən kədərli idim,fikirlərimi toplaya bilmirdim,mövzuda da yəqin ki qırıqlıq hiss olunur.

Təki hər şey həmişə yaxşı olsun.

Lineva

15 Aprel 2010 22:14

Həyatla münasibətləriniz nə yerdədir?
heyatla aram cox pisdi.

Anlaşa bilirsinizmi??
bu hec cur alinmir

Paris

15 Aprel 2010 22:13

Həyatla münasibətləriniz nə yerdədir?

Anlaşa bilirsinizmi??


Həyatla münasibətim elə bir nöqtədədir ki elə bil özümə yenidən güc toplayıram, sevgiyə özümü yenidən inandırmağa çalışıram, insanlara güvənmək istəyirəm və bütün dualarımın qəbul olmasını gözləyirəm. Həyatımın elə bir mərhələsindəyəm ki, hələ heç kimi ürəyimə yaxın buraxa bilmirəm. Bilmirəm o kim olacaq amma istəmirəm həyatımda olan sevgidən zərbə alım.

Yox(

Sənin bütün mövzulardakı ürəyivi görə bilirəm.Hələ bu mövzudakı tamam fərqlidir. Bu mövzuda sənin heç vaxt görmədiyim gizli kədərivi görürəm sanki recourse

HellsAngeL

15 Aprel 2010 20:06

çox gözəl yazıdır maraqla sona qədər oxudum ...



Həyatla münasibətləriniz nə yerdədir?

Anlaşa bilirsinizmi??



şükür həyatla çox gözəl anlaşıram və həyatımdan da razıyam..baxmayraq ki bəzən çətinliklər də olur...

Milagres

15 Aprel 2010 19:45

1.ci gozel yaziya gore xususi teshekkur,baxmayaraqki tewekkur duymesine klik etdim! Sizin yazilar hemishe sonuna qeder oxuyuram setir be setir....
Həyatla münasibətləriniz nə yerdədir?

Anlaşa bilirsinizmi??

Heyatla munasibetim mubarize ile kecir indi! Sadece onunla olmaq isteyirem ve hecneyi dushunmurem.....



baby

Ruvi

15 Aprel 2010 19:43

Həyatla münasibətləriniz nə yerdədir?
Bele de bezen meni yorur ama men ozumu elden salmiram daim dulumseyirem heyata
Anlaşa bilirsinizmi?
Anlasa bilmediyim hecne yoxdu hamiyla ve her seyle anlasiram.

Senseless_life

15 Aprel 2010 18:58




Həyatla münasibətləriniz nə yerdədir?


Bu haqda etrafli yazmisam, 1-2 gune cixacaq :)

__lovely__

15 Aprel 2010 18:50

[center]ola bilməz ki, insanın hər anı super keçsin... problemlər də ola bilər bəzən... amma hər nə olursa olsun, yaşamağı sevirəm... pis anımda da özümçün bir xeyir tapmağa çalışıram...
mənim həyat devizim odur ki, HƏR İŞDƏ BİR XEYİR VAR....[/center
]

MR.QARRI

15 Aprel 2010 18:26

Həyatla münasibətləriniz nə yerdədir?

Anlaşa bilirsinizmi??


[i]hərdən hə hərdən yox,hərdən qalmaqllı hərdən acılı,hərdən xoş,hərdən yaralı,hərdən şirin[/i]

ALLAHA ÇOX ŞÜKÜR heç nəyə baxmayaraq razıyam

ESTRELLA

15 Aprel 2010 18:06

Həyatla münasibətləriniz nə yerdədir?
super,yawamagi ve heyatdan zovq almagi sevirem,Allaha cox wukurler ki,sevdiklerim de daim menimledi,onlarcun yawamaga deyer...
Anlaşa bilirsinizmi??
ALLAHA wukur,heyatdan ve yawamimnan cooox raziyam

-Jasmin-

15 Aprel 2010 17:38

Həyatla münasibətləriniz nə yerdədir?

Anlaşa bilirsinizmi??

Həyatla münasibətim çılğın dalğalara bənzəyir
Ama nə olur olsun yaşamım üçün Allah şükür edirəm
loading...
Загрузка...