Loading...

4 kapitan
İdman
- 27 Noyabr, 2009
- 2 951 Baxış
Loading...

Tam adı: Francesco Totti
Doğum tarixi: 27 Sentyabr 1976
Doğum yeri: Roma(İtalya)
Boyu: 180 sm
Ampulası: Forvet
Kariyerası
1984-cü ildə Fortitudo komandasında futbola başlayan Totti kiçik yaşlarda AS Romanın uşaq komandasına gəldi. Totti futbol üçün dəli olurdu lakin ailəsinin maddi vəziyyəti yaxşı olmadığından məktəbi buraxan Totti 1993-cü ildə hələ 16 yaşındaykən A komandasında şans tapdı.
2000-ci ildə İtaliyada ilin futbolçusu mükafatını alan Totti eyni il İtaliya milli komandasının Avropa Çempionatında finala qədər yüksəlməsində əhəmiyyətli rol oynadı. 2000/01 ilində kapitanı olduğu AS Roma komandası tarixində qazandığı ilk çempionluqda ən böyük paylardan birinə sahib oldu.
2003-cü ildə İtaliyada ilin futbolçusu mükafatını ikinci dəfə qazanan Totti 2002 Dünya Kubokunda və 2004 Avropa Çempionatında da İtaliya milli komandasında iştirak etmişdir. 2006 Dünya Kubokunda da İtaliya heyətinə çağırılan Totti kubokun ölkəsinə gəlməsində böyük pay sahibi olmuşdur.
Totti yalnız İtaliyada deyil bütün dünyada çox yaxşı bir performans sərgiləyib dünyanın ən yaxşı futbolçularından olduğunu gənc yaşlarda sübut etmişdir.
Totti 2006-2007 mövsümündə atdığı 26 qolla italiya qol kralı olmuş və qızıl ayaqqabı mükafatını qazanmışdır.Totti Roma klubu üçün nə qədər önəmli futbolçu olduğunu son oyundada sübut etdi.Bari ilə keçirilən oyunda 3 qol vuraraq komandasının 3-1"lik qalibiyyətində böyük rol oynadı.

Tam adı: Steven Gerrard
Doğum tarixi: 30 May 1980
Doğum yeri: İngiltere, England
Boyu: 1,85 m.
Ampulası: Yarımmüdafiəçi
Kariyerası
2002 mövsümündə baş məşqci Houllier komanda kapitanlığını gənc amma xarakter sahibi futbolçusuna Steven Gerrarda verdi. Houllierin digər komanda yoldaşlarını canlandırmaq üçün istifadə edəcəyini ümid etdiyi Gerrardın kapitanlığındakı bir başqa məqsəd isə gənc futbolçuya məsuliyyət yükləyərək intizam problemlərini azaltmaq idi.
2004 yazında Chelsea, Gerrardı ala bilmək ьзьn cəhdlərə başladı ancaq o Liverpulda qalmağı seçdi. İngiltərənin qəzetlərində başlıqlarda iştirak edən xəbərlərə gцrə bir sıra qızğın tərəfdar Gerrarda uzun mьddət komandada qalması üçün təzyiq etdi və hətta bəzilərinin iddiasını görə təhdid edildi, oda qalmağı seçdi. Gerrardın yaxınları tərəfindən də Liverpulda qalması üçün təzyiqə məruz qaldığı iddia edildi. Ancaq Steven Gerrard bu mövzuyla əlaqədar etdiyi şərhdə yalnız Liverpul sevgisinin ağırlıq təşkil etdiyini ifadə etdi və qəzetlərin sevdiyi detallara girmədi.

Tam adı: Raúl González
Doğum tarixi: 27 İyun 1977
Doğum yeri: Madrid(İspanya)
Boyu: 1.82
Ampulası: Forvet
Kariyerası
Futbol həyatına Atletico Madrid ilə başladı. 132 matçda 77 qol vurdu və İspaniya kiçiklər kubokunu qazandı. Ardından 15 yaşında Real Madridə transfer oldu. Real Madridin B komandasında 16 matçda 17 qol vurduqdan sonra 17 yaşında Real Madrid A komandasına çıxdı. Əvvəl orta sahədə oynayırdı, daha sonra isə forvetdə oynamağa başladı. Komandada kapitanlığa qədər yüksələn Raúl, 1998-ci ildə Fransada təşkil edilən dünya kubokuna qatılaraq ilk böyük turnirinə çıxdı. Bu turnirdə Nigeriyaya 1 qol vurdu. Real Madrid ilə bir çox çempionluq yaşadı və çempionlar liqasında müvəffəqiyyətli oldu. Hal hazırda çempionlar liqasında 66 qolla ən çox qol vuran futbolçudur.Real Madrid formasıyla La Liqada atdığı 296 qolla La Liqa tarixinindədə ən çox qol vuran futbolçudur. Eyni zamanda klubu Real Madrid"də qapıçı Casillas ilə birlikdə futbol kariyerasının sonuna qədər müqavilə imzalamışdır. Dünyanın gəlmiş, keçmiş ən yaxşı 10 forveti arasında göstərilir.

Tam adı: Alessandro Del Piero
Doğum tarixi: 9 Kasım 1974
Doğum yeri: Conegliano Veneto( İtalya)
Boyu: 1,73
Ampulası: Forvet
Kariyerası
Del Piero 1993-94 sezonu başladığında Juventus klubunun futbolçusu olmuşdur. Juventusda ilk mövsümündə 11 oyunda 5 qol vurar. Sonrakı mövsüm Juventus komandasının başına Marcello Lippi gəlir. Marcello Lippi o zamanlar bir çox insan tərəfindən dünyanın ən yaxşı futbolçusu olan Roberto Baggio' nu komandadan çıxardar və ilk 11də DeL Pieronu oynadar, sonrakı 4 ildə DeL Piero Juventus'un əvəzedilməzlərindən birinə çevrilər. Lakin ən parlaq mövsüm sonrası keçirdiyi zədə onu dərindən sarsıdar və heç vərdiş etmədiyi şəkildə yalnız 8 dəfə komanda formasını geyinər. Sonrakı 7 mövsümdə 27 dəfə meydana çıxar. DeL Piero, Juventus forması ilə saysız qol qeyd etmişdir və bu qolların böyük bir hissəsinin də cərimə zərbəsindən olması, onun cərimə zəribələrinin nə qədər təhlükəli olduğunun sadə bir göstəricisidir.2006 dünya kubokunda da Almaniya ilə oynanan yarı final qarşılaşmasında uzatma dəqiqələrində çox əhəmiyyətli bir qol qeyd etmişdir. 1995-ci ildən etibarən geyməyə başladığı İtaliya milli komanda formasını 91 dəfə geymiş və 27 qol vurmuşdur. İtalyanın və dünyanın gəlmiş keçmiş ən böyük futbolçularından biridir. Pelenin açıqladığı "Dünyanın ən yaxşı 100 futbolçusu" siyahısında yer almaqdadır.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...