Loading...

Ziko Beşiktaşda
İdman
- 16 Oktyabr, 2009
- 4 863 Baxış
Loading...
Türkiyə mətbuatı “Qalatasaray”a məğlub olan “Beşiktaş”ın baş məşqçisi Mustafa Dənizlinin tezliklə istefaya göndəriləcəyini yazır. KİV bu hadisənin ÇL-in qrup mərhələsi çərçivəsində “Mançester Yunayted”lə keçiriləcək oyundan sonra baş verəcəyini bildirir. “Fanatik”in məlumatına görə, “Beşiktaş”ın rəhbərliyi indidən SSKA-dan ayrılan Artur Ziko ilə danışıqlara başlayıb. 2006-2008-ci illər ərzində “Fənərbağça”nı çalışdırmış 56 yaşlı braziliyalı mütəxəssisin “Qara qartal”a “hə” cavabı verdiyi bildirilir.
Bu arada, İstanbul təmsilçisi yenidən “Championship”də mübarizə aparan “Nyukasl”ın dayaq yarımmüdafiəçisi Njitap Ceremiyə elçi düşüb. “Fotomaç”ın məlumatına görə, “Beşiktaş” 30 yaşlı kamerunlu futbolçunun meneceri ilə danışıqlara başlayıb. Ceremi Türkiyəyə köçməyə razılıq versə, ilə 1,3 milyon avro məvacib alacaq.
1997-1999-cu illərdə “Gənclərbirliyi”ndə oynamış, daha sonra Madrid “Real”ı, “Midlsbro” və “Çelsi”nin formasını geyinmiş Ceremi cari mövsümdə “Nyukasl”ın heyətində “Championship” divizionunda 3 oyun keçirib.
O, həmçinin 101 dəfə Kamerun millisinin formasını geyinib və bu qarşılaşmalarda 11 qol vurub. Cereminin qışda da “Beşiktaş”a keçidi gündəmdə idi.

OXŞAR XƏBƏRLƏR
Загрузка...