Loading...
Lionel Messi

Lionel Messi

Loading...
Salam, mən Leo Messi-yəm. Titullar, kuboklar, fərqlənmələrdən asılı olmayaraq mən həmişə Rosario, Santa Fedə, Argentinada böyümüş oğlan olacağam. Ora, arzularımın dalınca qaçmaq üçün sadəcə gəzməyi öyrəndiyim yer idi. Və yenə, mən demişdim ki, heç vaxt futbolçu olmayacağam. Ancaq balaca olmaq məni daha sürətli olmağa vadar etdi. İnanmayanlar, tənqidçilər və əleyhimə səs verənlər məni əvvəlkindən daha qərarlı etdilər.
Mən ailəmin dəstəyi ilə, Barsada oynamaq şansı qazanmaq üçün İspaniyaya hərəkət etdim. Bu, mənim həmişə arzuladığım və ola biləcəyim oyunçu olmaq üçün imkan idi. Mənim indi 23 yaşım var. Və futbol hələ də mənimm üçün eyni şeyi ifadə edir. Mən yalnız növbəti oyunu fikirləşə bilərəm, Barselona və Argentina üçün malik olduğum hər şeyi vermək haqqında. Dünyada ən yaxşı oyunçu seçilmək şərəf və məsuliyyətdir, amma Barca və Milli komanda yoldaşlarım olmasa, olmaz. Bu onlar, mənim ailəm və mənim azarkeşlərim üçündür ki, mən gərgin işləməyi davam edirəm. Mən həmçinin ictimai xadim olmağın xüsusi və mühüm rolunu və ehtiyacı olanlara kömək etməli olduğumu başa düşürəm. Məhz ona görə mənim ailəm və mən Leo Messi Fondunu yaratdıq. Əlverişsiz uşaqların üzlərinə təbəssüm qondurmaq və onlara kömək etmək təsdiq edir ki, ümid həmişə mənim ən böyük nailiyyətlərimdən biridir.

 

I ♥ MESSI

 

Messi, 24 İyun 1987 tarixində Argentinanın Santa Fe əyalətində yerləşən Rosario şəhərində dünyaya gəlib. Atası, 1958-ci il doğulmuş fabrik işçisi Jorge Horacio Messi; anası isə qulluqçu Celia Maria Cuccittini idi. Ataları İtaliya şəhəri Ancona mənşəli idi və bu atalardan Angelo Messi 1883-cü ildə Argentinaya köçmüşdü. Lionel Messinin, Rodrigo və Matias adlı iki böyük qardaşı; Maria Sol adlı da bir bacısı var.
Messi 5 yaşında, atasının məşqçiliyini etdiyi Grandoli adlı futbol komandasında forma geyinməyə başladı. 1995-ci ildə, doğulduğu şəhər Rosaironun komandası Newell's Old Boysan infrastrukturuna keçdi. 11 yaşında özünə böyümək hormonu əskikliyi diaqnozu qoyuldu. Primera División Argentina qruplarından River Plate, Messinin müalicəsinə kömək etmək istəsə də aylıq 900 $'lıq müalicə xərcini qarşılayacaq pulları olmadığını söylədilər. Barcelonanın idman direktoru Carles Rexach, Messinin Lleida, Katalunyadakı qohumları sayəsində onun qabiliyyətindən xəbərdar idi və bir müddət sonra oyunçu ilə atasına sınaq müddəti təklif etdi. Sınaq müddətindən sonra Messiyə, İspaniyaya köçərsə, sağlamlıq xərclərini qarşılayacağını yazan bir müqavilə təklif etdi. Qısa müddət sonra ailəsiylə birlikdə Avropaya köçdü və klubun gənc komandasında oynamağa başladı.


I ♥ MESSI

 

Barcelona

Messi, Barcelona forması altındakı ilk matçına 16 Noyabr 2003 tarixində hələ 16 yaşında ikən hazırlıq matçında Portoya qarşı çıxdı. Bundan bir il sonra Frank Rijkaard, 16 Oktyabr 2004 tarixində RCD Espanyol matçında Messiyə forma şansı verdi və Messi, daha 17 yaşında ikən ilk liqa matçına çıxdı. Messi, beləcə La Liqa matçına çıxan ən gənc oyunçu oldu. Bu rekord Sentyabr 2007-ci ildə Bojan Krkić tərəfindən qırıldı. İlk qolunu isə 1 May 2005-ci ildə Albaceteyə qarşı 17 yaşında vurdu. Messi, beləcə La Liqada qol vuran ən gənc Barcelonalı futbolçu oldu. Ancaq, bu rekord 2007-ci ildə yenə Bojan Krkić tərəfindən qırıldı. Messi, köhnə texniki direktoru Rijkaard haqqında: "Mən daha 16 yaşındaykən mənə güvəndi. Mənim kariyeramı başlatdı. Bu xatirəni heç bir zaman unuda bilmədim." sözlərini söylədi.

2005-06 mövsümü

"Maradona və Pelé krallığı sona çatacaq."

16 Sentyabr 2005-ci ildə, 3 ay içində ikinci dəfə, Barcelona, Messinin kontraktını uzatdığını açıqladı. Bu səfər Messinin maaşı, normal bir ilk 11 oyunçusu qədər oldu və kontrakt, 2014-cü ilin İyun tarixinə qədər uzadıldı. Messi, 26 Sentyabr 2005-ci ildə İspaniya vətəndaşlığını qazandı. 27 Sentyabrda İtalyan klub Udineseyə qarşı oynadığı ilk Çempionlar liqası matçına öz evində çıxdı. Messi, oyundan çıxarkən, soyuqqanlı oyunu və Ronaldinho ilə fəndlərdə qalibiyyəti səbəbiylə alqış yağışına tutuldu.

2005-06 mövsümündə 17 liqa matçında 6 qol vurdu və 6 Çempionlar liqası matçında 1 qol vurdu. 7 Mart 2006 tarixində oynanan Çempionlar liqası 2-ci dövrdə Chelse-yə qarşı oynadıqları matçda yaşadığı əzələ zədələnməsi səbəbiylə mövsümü tez bağlamaq məcburiyyətində qaldı. Mövsüm sonunda Rijkaardın Barcelonası İspaniya və Avropa çempionu olurdu.


I ♥ MESSI

 

2006-07 mövsümü

2006-07 mövsümündə, Messi 26 matçda 14 qol atdı. 12 Noyabr 2007-ci ildə Real Zaragozaya qarşı oynadıqları matçda, ayağının daraq sümüyü qırıldı, 3 ay forma geyinə bilmədi. Messi, Argentinada müalicə aldıqdan sonra, 11 Fevral 2007-də Racing Santander matçında ikinci yarıda oyuna girdi. 11 Martda isə Messi ən yaxşı performansını göstərdi və Real Madrid meydanında 10 adam qalmış Barcelonanın 3-3 bərabərə olduğu matçda, 3 qolu da ataraq hat-trick etdi. Üç qol da bərabərliyi təmin edən qol idi və son qolu uzatmış dəqiqələrində atmışdı. Beləcə Messi, 1994-95 mövsümündə Real Madrid komandasında ikən "El Clasico"da ilk dəfə hat-trick edən Iván Zamoranodan sonra hat-trick edən ikinci futbolçu oldu. Messi həmçinin, mövsüm ərzində qol vuran ən gənc futbolçu oldu. Mövsüm sonuna doğru daha çox qol vurmağa başladı; 14 liqa qolunun 11-ni, son 13 matçda atdı.

Messi, "yeni Maradona" ləqəbinin gerçək olduğunu, bir mövsümdə Maradonanın ən məşhur qollarının haradasa eynisini göstərdi. 18 Aprel 2007 tarixində İspaniya Kral Kuboku yarı final matçında Getafeyə qarşı iki qol vurarkən bunlardan biri, Diyeqo Armando Maradonanın İngiltərəyə 1986 Dünya Kubokunda atdığı və "Əsrin qolu" adı verilən qolunun çox bənzəri idi. Dünyanın ən əhəmiyyətli idman qəzetləri Messi və Maradona müqayisələri edirdi və İspan mətbuatı Messini "Messidona" olaraq yazırdılar. Maradonanın Meksikada 21 il əvvəl etdiyi kimi 62 metr qaçdı, qapıçı daxil olmaqla 6 futbolçuya fənd işlətdi, və qoldan sonra Maradona kimi yenə küncdən zərbə dirəyinə qaçdı. Matçdan sonrakı mətbuat konfransında Messinin komanda yoldaşı Deco; "Həyatımda gördüyüm ən yaxşı qol idi." dedi. Espanyol qarşısında, Maradonanın yenə İngiltərəyə qarşı atdığı və "Tanrının əli" adı verilən qolun bir bənzərini vurdu. Messi topa çıxarkən, əliylə topa toxunaraq qapıçı Carlos Kameninin yanından keçməyinə səbəb oldu. Espanyol oyunçularının etirazlarına və təkrar, açıqca əllə oyun olduğunu göstərməsinə baxmayaraq, qol etibarlı sayıldı.

 

I ♥ MESSI

 

2007-08 mövsümü

2007-08 mövsümündə, Messi, bir həftədə 5 qol vuraraq, Barcelonanın La Liqada ilk dördlüyə girməyinə kömək etdi. 19 Sentyabr 2007-ci ildə, Çempionlar liqasında Olympique Lyonu evində 3-0 məğlub edərkən bir qol qeyd etdi. 22 Sentyabrda Sevilla qarşısında iki qol vurdu və 26 SentyabrdaReal Zaragoza qarşısındakı 4-1lik qalibiyyətdə 2 qol da atdı. 27 Fevral 2008-ci ildə Valencia matçında Barcelonada rəsmi olaraq 100-cü dəfə forma geyinmiş oldu.

Forvet oyunçuları arasında "FIFPro Dünyanın Ən Yaxşı 11 Futbolçusu" namizədi oldu. İspan qəzeti Marcanın saytında edilən bir online anketdə, 77% səslə dünyanın ən yaxşı futbolçusu seçildi. Barcelona tərəfdarı olan qəzetlər tərəfindən Ballon d'Or mükafatının Messiyə verilməsi istəndi və Franz Beckenbauer də bunu dəstəklədi. Francesco Totti kimi futbol ulduzları da Messini dünyanın ən yaxşı futbolçusu olaraq gördüyünü açıqladı.

Messi, 4 Mart 2008 tarixində Celtic ilə oynanan Çempionlar liqası matçında keçirdiyi bir zədəyə görə 6 həftə yaşıl meydanlardan uzaq qaldı. Messi, bu şikəstliyi 3 mövsümdə 4cü dəfə yaşayırdı. 4 Mayda Barcelonanın 6-0 qazandığı matçda Valenciaya qarşı oyuna çıxdı.

I ♥ MESSI

 

2008-09 mövsümü

Ronaldinhonun komandadan ayrılması ilə Messi, 10 nömrəli formanı geyinməyə başladı. 1 Oktyabr 2008 tarixində, Shakhtar Donetskə qarşı oynanan Çempionlar liqası matçında Thierry Henryin yerinə girərək, 0-1 gedən matçı son 7 dəqiqədə atdığı iki qolla 2-1 qalibiyyətə çevirdi. Sonrakı liqa matçı Messi ilə çox yaxın yoldaşı Sergio Agüeronun qarşı-qarşıya gəldiyi Barcelona - Atletico Madrid matçı idi. Messi, bir qolu və bir asist edərək, matçı 6-1 qazanmasına kömək etdi. Messi, Sevilla matçında da 23 metrdən atdığı qolu və sonra qapıçıya fənd işlədib, dar bucağından atdığı qolla diqqət çəkdi. 13 dekabrda, El Clasicoda Barcelona, Real Madridi 2-0 məğlub edərkən, Messi ikinci qolu qeyd etdi. Ayrıca 2008 FIFA Dünyada İlin Oyunçusu Mükafatı ikincisi olub, 678 bal yığdı.

Messi, əhəmiyyətli qollarından ikisini 1 Fevral 2009 tarixində Racing Santander qarşısında Barcelona 1-0 məğlub vəziyyətdəykən, oyunun ikinci hissəsində oyuna girərək qeyd etdi və matçı 2-1 uddular. Bu qollardan ikincisi, Barcelonanın 5000-ci liqa qolu idi. La Liqanın 28-ci həftəsində Messi, Malaganı 6-0 məğlub etdi və bu 30-ci qol oldu. 8 Aprel 2009 tarixində Çempionlar liqasında Bayern Münihə iki qol vurarkən, bu turnirdə 8 qol vuraraq, öz rekordunu qırdı.

Barcelona, Real Madridin Santiago Bernabéu stationunda oynadıqları El Clasiconu 6-2 üstələdi və 1930-cu ildən bəri Real Madridin ən böyük məğlubiyyəti oldu. Bu matçda Messi, 2 qol qeyd etdi. Hər qolundan sonra, kameralara gedən Messi, formasını qaldırıb, "Sindrome X Fragil" (Katalanca: Frajil X sindromu) yazan t-şörtünü göstərdi və bu xəstəliyə sahib uşaqlara dəstəyini göstərdi. Messi, Çempionlar liqası yarı finalında Andrés Iniestanın dayanma dəqiqələrində atdığı qolun hazırlanmasında iştirak etdi və Chelse-ni keçən Barcelona, finalda Manchester Unitedin rəqibi oldu. 13 Mayda, İspaniya Kral Kuboku finalında Athletic Bilbaonu 4-1 məğlub etdi, Messi, bir qol iki asist etdi və ilk İspaniya Kral Kubokunu qazandı. Daha sonra La Liqanı qazanıb, double etdilər. Barcelona 27 May 2009-cu ildə Çempionlar liqası Finalında 2-0lıq qalibiyyətlə, 3-cü kubokunu qazandı. Messi, 70-ci dəqiqədə ikinci qolu qeyd etdi və 9 qolla Çempionlar liqası qol kralı oldu. Beləcə ən gənc qol kralı adını da qazandı. Sonra Messi, UEFA İlin Forveti və UEFA İlin Futbolçusu mükafatlarını qazandı. Bu Çempionlar liqası qalibiyyətiylə, Barcelona İspaniya Kral Kuboku, La Liqa və Çempionlar liqasını bir mövsümdə qazanaraq, "üçlük" edən ilk İspan klubu oldu.

 

I ♥ MESSI

 

2009-10 mövsümü

"Bir dəfə çox sürətli qaçır, Messi durdurulmağı mümkün olmayan oyunçudur. Belə sürətlə dərhal istiqamət dəyişdirə bilən tək oyunçudur. O, indi Dünyanın ən yaxşı oyunçusudur. O, bir PlayStation futbolçusu kimidir. Edilən hər səhvi yaxşı qiymətləndirə bilər."
-Arsène Wengerin 4-1 məğlub olduqdan sonra açıqlaması

2009-cu ildə UEFA Super Kubokunu qazanan Barcelonanın texniki direktoru Josep Guardiola, Messinin gördüyü ən yaxşı futbolçu olduğunu söylədi. 18 Sentyabrda Messi, Barcelona ilə yeni bir müqavilə imzaladı. 2016-cö ilə qədər uzadılan müqaviləyə görə, Messinin qiyməti 250 milyon € olaraq təyin olundu. İllik 9,5 milyon €'luk qazanan Messi, Zlatan Ibrahimović ilə birlikdə La Liqanın ən bahalı futbolçusu oldu. Bundan 4 gün sonra, 22 Sentyabrda Messi, 4-1 qazandıqları Racing Santander matçında 2 qol birdən asist etdi. İlk Avropa qolunu 29 Sentyabr 2009-cu ildə Dinamo Kievə qarşı vurdu və Barcelonanın 6-1 qazandığı matçda Real Zaragozaya qarşı Nou Campda hat-trick etdi.

1 dekabrda isə Messi, Avropa İlin Futbolçusu Mükafatını qazandı. İkinci olan Cristiano Ronaldo 233 bal , Messi 473 səs qazanmışdı. Bu fərq, tarixin ən böyük fərqi oldu. France Football jurnalına dediklərində, Messi mükafatı ailəsinə ithaf etdiyini söylədi və "Nə vaxt onlara ehtiyacım olsa mənimlə idilər və hətta bəzən duyğularını məndən daha çox göstərdilər." dedi.

 

I ♥ MESSI

 

19 dekabrda Messi, FIFA Dünya Klublar Kuboku finalında ƏBu Dabidə Estudiantesə qalibiyyət qolunu atdı və bu kuboku komandasına qazandırdı. 2 gündən sonra, FIFA Dünyada İlin Oyunçusu Mükafatını Cristiano Ronaldo, Xavi, Kaká və Iniestanı keçərək götürdü. Messi, bu mükafatı ilk dəfə qazanarkən, bu mükafatı qazanan ilk Argentinalı da olurdu. 10 Yanvar 2010 tarixində 2010-cu ilin və mövsümün ilk hat-trickini 5-0 bitən Tenerife matçında qeyd etdi. 17 Yanvarda Sevillanı 4-0 məğlub edərkən Messi, klubdakı 100-cü qolunu qeyd etdi. Bundan sonra 5 matçda 11 qol vurdu. Malaganı 2-1 məğlub edəndə 84-cü dəqiqədə qol atdı. Sonra 2-2 bitən Almeria matçında 2 qol atdı. Sonrakı təsir edici həftə performansında 8 qol qeyd etdi. Evlərində Valencianı 3-0 məğlub edərkən xətt-trick etdi. Daha sonra Çempionlar liqası dörddəbir finalına çıxdılar və 4-0 bitən Stuttgart matçında 2 qol attı. Real Zaragozanı 4-2 məğlub etdikləri matçda yenə bir xətt-trick etdi. Bu performansla La Liqada iki matç arxa arxaya xətt-trick edən ilk Barcelonalı futbolçu oldu. 24 Mart 2010-cu ildə Osasuna qarşısında 200-cü rəsmi matçına çıxdı.
"Bir zamanlar mənim ancaq tapança ilə dayandırıla biləcəyim deyilərdi, bu gün isə Messini dayandırmaq üçün pulemyot lazımdır."

 

I ♥ MESSI

 

6 Aprel 2010 tarixində Messi, karierasında ilk dəfə bir matçda 4 qol qeyd etdi. Bu qolları Arsenala qarşı Çempionlar liqası dörddəbir final ikinci matçlarında öz evlərində qazandıqları 4-1lik qalibiyyətlə qeyd etdi. Bu matç sonunda Çempionlar liqasında ən çox qol vuran Barcelonalı ünvanını Rivaldodan aldıi. 10 Aprelndə 2-0 qazandıqları Real Madrid matçında bir qol qeyd etdi və mövsümün 40-cı qolunu atdı. Messi, 1 Mayda Villareala qarşı 4-1 qazandıqları matçda 2 qol atdı. 4 May 2010 tarixində Tenerifeyə qarşı 4-1 qazandıqları matçda yenə 2 qol qeyd etdi. 8 May 2010 tarixində isə Sevillaya qarşı mövsümün 32-ci qolunu vurdu və liqanın son həftəsində Real Valladolidə qarşı 2 qol da atdı. Messi, beləcə Ronaldonun 1996-97 mövsümündə (yəni bir mövsümdə) atdığı 34 qolluq rekordunu təzələdi və 3 İyunda özündən 4 qol qabaqda olan Telmo Zarra adına təşkil edilən La Liqada İlin Oyunçusu mükafatına layiq görüldü. Messi, bu mükafatı üst üstə 2-ci dəfə qazandı.

I ♥ MESSI

 

2010-11 mövsümü

Messi, 21 Avqust 2010 tarixində ilk matçına 4-0 qazandıqları İspaniya Super Kuboku matçında Sevilla qarşısında xətt-trick edərək çıxdı. İkinci matçında Sevilla, matçı 3-1 qazandı, ancaq Barcelona, buna baxmayaraq İspaniya Super Kubokunun sahibi oldu. 29 Avqust 2010 tarixində isə Racing Santanderə qarşı daha matçın 3-cü dəqiqəsində qol vurdu. Messi, Çempionlar liqası matçında Panathinaikos qarşısında 2 qol və bir asistlik möcüzəvi bir performans göstərdi.

Messi, 19 Sentyabr 2010 tarixində Vicente Calderón Stadında matçın 90+2-ci dəqiqəsində Atlético Madridli Tomáš Ujfaluši'nin müdaxiləsinə məruz qaldı və topuğumdan şikəst oldu. Messinin topuğu qırıldığı üçün oyunlardan 6 ay uzaqda qalacağı deyildi. Ancaq MR çəkildikdən sonra ayağının burxulduğu və sahələrdən 2 həftə uzaq qalacağı açıqlandı. Sabahısı gün komanda yoldaşı David Villa; "Messiyə müdaxiləsi vəhşicə oldu."-dedi. Atlético Madridin müdafiə oyunçusu Tomáš Ujfaluši; "Müdaxilə əsasında heç zərər verməyi düşünmədim." - dedi. Bu hadisə media dünyasında böyük marağa səbəb oldu və bütün futbolçuların oyunda qorunması müzakirə mövzusu oldu.

I ♥ MESSI


Messi, yaxşılaşdıqdan sonra sahələrə Mallorca qarşısında 1-1 bitən matçda qol vuraraq qayıtdı. Çempionlar liqasında Kopenhagen qarşısında 2-0 qazandıqları matçda qol atdı. Real Zaragoza və Sevilla komandalarına qarşı da boş dayanmadı və bir qol vurdu. Messi, 1-1 bitən Kopenhagen və 3-1 qazandıqları Getafe matçında bir qol vurdu və Getafe matçında David Villa və Pedro Rodríguez'e asist etdi. Sonrakı matçda Villareala qarşı 2 qol vurdu və Barcelona matçı 3-1 qazandı. Messi, 7 matç üst üstə qol vurdu və beləcə öz qırdığı üst üstə 6 qol rekordunu da inkişaf etdirmiş oldu. Messi, Almeriaya qarşı 8-0 qazandıqları matçda xətt-trick etdi. Atdığı 2-ci qol, Messinin La Liqa karierindəki 100-cü qolu oldu. Messi, Panathinaikosa qarşı 3-0 qazandıqları matçda bir qol vurdu və üst üstə 9 matçda qol vurmağı bacardı. 10-cü matçında Braziliyaya atdığı qol da daxil olmaqla.
I ♥ MESSI

Messinin üst üstə 9 matçlıq qol ardıcıllığı 29 Noyabr 2010 tarihnde El Clásico'da 5-0 qazandıqları matçda Real Madridə qarşı pozuldu, ancaq David Villaya iki asist etdi. Sonrakı matçda Osasunaya qarşı qol atdı. Messi, Barcelona oyununda 5-1 qazandıqları matçda bir qol vurdu və Pedro Rodriguez ilə David Villaya asist etdi. 2011-ci ildəki ilk qolunu 4-0 qazandıqları matçda Deportivo La Coruña qarşısında sərbəst vuruşdan atdı və yenə Pedro Rodriguez ilə David Villaya asist etdi.

 

I ♥ MESSI

 

Messi, komanda yoldaşları; Xavi və Iniestanı keçərək FIFA İlin Oyunçusu mükafatına layiq görüldü. Messi, bu mükafatda üst üstə 4 il namizəd göstərilmişdi. Messi, Racing Santanderə qarşı penaltidən qol qeyd etdi. Messi, penaltidən qolu atdıqdan sonra formasında "Yaxşı ki doğuldun ana." yazırdı. Messi, bu qolu anasına hədiyyə etdi. Messi, İspaniya Kral Kuboku yarı final matçında Almería'ya qarşı qol atdı. Ancaq Herculesə qarşı qol vurmağı bacara bilmədi. 5 Fevral 2011 tarixində Barcelona, evində Atlético Madridi 3-0 məğlub edildi və 16 matçlıq məğlub olmadıqları ardıcıllıqdan sonra Barcelona, məğlub olmamazlıq rekordunu qırdı. Lionel Messi, bu matçda xətt-trick etdi və matçdan sonra; "Alfredo De Stéfano kimi böyük bir futbolçunun rekordunu qırmaq böyük bir şərəfdir." və "Bunu bacarmaq çox böyükdür. Hətta daha da çətindir. Biz çox çətin komandanı məğlub edərək bu rekordu qırdıq." - dedi.

 

I ♥ MESSI

 

Messi, Athletic Bilbao qarşısında bir qol vurub Barcelonanın matçı 2-1 qazanmasını təmin etdi. Bir sonrakı həftədə isə komandasının 3-0 qazandığı matçda Mallorcaya qarşı bir qol qeyd etdi. Barcelona, Messinin qolları sayəsində 19 matçlıq məğlub olmaz ardıcıllığını davam etdirdi və 1979-80 mövsümündə 19 matçlıq məğlub olmazlıq ardıcıllığı tutan Real Sociedadın da rekordunu qırmış oldu. Barcelona, rekordu qırdığı gün Messi, Valenciaya qarşı qol atdı. 8 Mart 2011 tarixində Çempionlar liqası 2-ci dövr qisas matçında Arsenala qarşı iki qol vurdu və komandasının dörddəbir finala yüksəlməsini təmin etdi. Bir ay boyunca qol vurmayan Messi, bu susqunluğunu Almeria qarşısında pozdu və 2010-11 mövsümündə 47-ci qolunu atıb keçən mövsüm etdiyi rekordu təkrarladı. 12 Aprel 2011 tarixində Çempionlar liqası dörddəbir final qisas matçında Shakhtar Donetskə qarşı atdığı qol, onun 2010-11 mövsümündə atdığı 48-ci qol oldu və keçən mövsüm vurduğu rekordu qırmasını təmin etdi. Messi, 1-1 bitən El Clásico'da Real Madridə qarşı Santiago Bernabéu Stadionunda qol vurdu. 23 Aprel 2011 tarixində isə 2-0 qazandıqları matçda Osasunaya qarşı 60-cı dəqiqədə oyuna girdi və qolu atdı. Messi, beləcə 2010-11 mövsümündəki 50-ci qolunu atmış oldu.

 

I ♥ MESSI

Messi, Çempionlar liqası yarı final ilk matçında Real Madridə qarşı matç 0-0 davam edərkən son 15 dəqiqədə iki qol birdən atmağı bacardı. Xüsusilə atdığı ikinci qol; rəqabətdə indiyə qədər ən çox bəyənən qol idi. Messi, Wembley Stadionunda Manchester Unitedi 3-1 məğlub etdikləri final matçında isə 1 qol vurdu və Barcelona forması altındakı 6-cı ilində 3-cü dəfə Çempionlar liqasını qazandı.

Milli komanda kariyerası

İyun 2004 tarixində, Paraguaya qarşı oynadığı bir 20 Yaşdan aşağı hazırlıq matçı ilə birlikdə Messi ilk dəfə Argentina forması geydi. 2005-ci ildə Argentina U-20 Milli komandası ilə Hollandiyada FIFA 20 Yaşdan az Dünya Kubokunu qazandı. Bu turnirdə "Qızıl Top" və "Qızıl Ayaqqabı" mükafatlarını da qazandı.

Argentina Milli Futbol Komandasında isə ilk matçına 17 Avqust 2005-ci ildə, 18 yaşında Macarıstana qarşı çıxdı. 63-cü dəqiqədə oyuna girdiyi matçda, formasını çəkən Vilmos Vanczák'a atdığı dirsək üzündən 2 dəqiqə içində hakim Markus Merk tərəfindən oyundan atıldı. Bu mübahisəli mövqe sonrası Maradona, bu kartın əvvəldən hazırlandığını iddia etdi. Messi komandaya 3 Sentyabrda Paraguaya 1-0 məğlub olduqları matçda geri döndü. 28 Mart 2009da Venezuela ilə oynanan Dünya Kuboku seçmə matçında Messi, ilk dəfə 10 nömrəli Argentina formasını geyindi. Bu matç ayrıca Diyeqo Maradonanın Argentina texniki direktoru olaraq sahəyə çıxdığı ilk rəsmi matç idi. Argentina matçı 4-0 qazanarkən, Messi də matçdakı ilk qolu qeyd etdi.

 

I ♥ MESSI

 

2006 FIFA Dünya Kuboku

2005-06 mövsümünün sonunda şikəstliyi səbəbiylə iki ay forma geyə bilməyən Messinin bu şikəstliyi Dünya Kubokuna qatılmasını təhlükəyə salmışdı. Yenə də, Messi 15 May 2006da turnirə gedəcək futbolçular siyahısına girdi. Dünya Kubokundan əvvəl son matçında Argentina U-20 Milli Komanda ilə Angola qarşısında oynanan matçda 64-cü dəqiqədə oyuna daxil oldu.

Fil dişi Sahilləri ilə oynanan ilk matçdakı qalibiyyətə Messi, ehtiyat da şahidlik etdi. İkinci matç olan Serbiya matçında, Messi 74-cü dəqiqədə Maxi Rodríguez'in yerinə girərək, Dünya Kuboklarında Argentinanı təmsil edən ən gənc futbolçu oldu. Oyuna girdiyi dəqiqədə Hernán Cresponun qolunun asistini etdi və 6-0lıq qalibiyyətin son qolunu da qeyd etdi. Beləcə turnirin ən gənc qolçusu oldu və Dünya Kuboku tarixinin ən gənc qolçuları siyahısına 6-cı sıraya girdi. Hollandiya ilə 0-0 bərabər matçda ilk 11likdə başladı. Sonrakı Meksika matçında, Messi 84-cü dəqiqədə oyuna girdi. Matç 1-1 bərabərə ikən atdığı bir qol, ofsayd olaraq qiymətləndirildi. Dörddəbir finalda Almaniya ilə oynadıqları matçda texniki adam José Pekerman tərəfindən ehtiyatda tutuldu. Matç sonunda penaltilərdə 4-2 məğlub olaraq çıxdılar.

 

I ♥ MESSI

2007 América

Messi, 2007 América turnirindəki ilk matçına 29 İyun 2007 tarixində 4-1 məğlub etildikləri matçda ABŞ qarşısında çıxdı. Bu matçda Messi, "oyun qurucu" bölgəsində oynadı. Carlos Tévez, matçın 79-cu dəqiqəsində Messinin yerinə oyuna girdi və bir dəqiqə sonra qol vurmağı bacardı.
İkinci matçına Kolombiya qarşısında çıxdı və komandasına bir penalti qazandırdı. Messinin möcüzəvi oynadığı matçda Argentina 4-2 qazandı və dörddəbir finala çıxmağı sığortaladı.

Paraguayla oynanan üçüncü matçda, dörddəbir final zəmanətləndiyi üçün Messi istirahət etdirildi. 64-cü dəqiqədə Esteban Cambiassonun yerinə oyuna girən Messi, 79-cu dəqiqədə Javier Mascheranonun qolunu hazırladı. Dörddəbir finalda Perunu 4-0 məğlub edərkən, Messi, Riquelmenin asistiyle komandanın 2-ci qolunu qeyd etdi. Yarı finalda da Meksika qarşısında alınan 3-0lıq qalibiyyətdə Messi Oswaldo Sánchez'in üstündən aşırttığı qolu tapdı. Ancaq Messinin də ilk 11də başladığı final matçında Braziliyaya 3-0 məğlub oldular.

Vəəə... O 17 avqust həlledici qolu vuraraq Barcelona fanatlarını sevindirdi. Barcelona azarkeçlərini bu qalibiyyət münasibətilə təbrik edirəm.

P.S: Tərcüməsi özümə məxsusdur. Xahiş olunur müəllifə hörmət edəsiniz, icazəsiz digər saytlarda yayımlanması qadağandır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

8 Avqust 2013 01:40

ondan da yaxsilari var David Villa kimi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Mr.Mansur

8 Fevral 2013 19:44

Xəbərə görə təşəkkürlər Messii )))))))))
--------------------
Bəlkə gələrsən deyə,sol tərəfi keçmənçün boş saxladım

Sebishko

16 Mart 2012 15:07

Maraqlı həyatı olub.
--------------------
<3<3<3<3<3

Lion_7

4 Fevral 2012 13:19

INDIYENEYCEN GELMIW GETMIW BELE FUTBOLCU OLMADI INDIDE ONDAN BAWQASI YALANDI BUNDAN SONRADA CETIN KI ONUN KIMISI OLSUN MESSI TEK VE YEK

Ronnie_7

25 Sentyabr 2011 20:28

Əla xəbər yığmısan Ayten) Ama Ronaldonun xəbərinə çatan olmaz)
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

SweeT DReaMS

30 Avqust 2011 19:02

ouuu messi

KeLLe_BaS

29 Avqust 2011 22:22

RONALDO SEZONU QURTARIB İNDİ MESSİ SEZONU VAR BU İLDƏ MESSİ ƏN GÜCLÜ OLDU. ARTIQ SÖZƏ EHTİYYAC YOXDU. RONALDONU BELƏ TƏRİFLİYİRSİZ YAZIĞ HEÇNƏ BACARMIR BARSA-REAL OYNUNDA ALVES BAĞLAMIŞDI. VİSCA BARÇA - VİSÇA MESSİ

Ronnie_7

29 Avqust 2011 00:53

Çoox Böyük istedaddı)
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

qara07

27 Avqust 2011 19:10

Messi super oynuyur

AnGeL_LoVe

26 Avqust 2011 18:42

LeNBoR,
razıyam...Oyunuyla bəzilərini sehirləsədə xoşum gəlmir bu futbolçunun oyunundan..

_BayoneTTa_

25 Avqust 2011 18:59

Hamısını bilirdim...

_ZaYkA_

25 Avqust 2011 17:32

Messi en sevdiyim futbolcudu love

LEROY

25 Avqust 2011 16:44

MESSI futbol tarixinde olan futbolculari qat-qat usteleyib hetda efsanevi ZIDANIDA

Live you life

25 Avqust 2011 16:08

Messi Number 1 Foreve love girl_ten

Gulka

25 Avqust 2011 16:06

cok guzel futbol oynuyor
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Emil

25 Avqust 2011 14:05

Sizə dedim fan davası salmayın, axırıncı dəfə xəbərdarlıq etdim. Birdə etməyəcəm.
--------------------

To get away clean, you have play dirty.

TURKQAN

25 Avqust 2011 12:16

messi qizildi da:

AnGeLiCe

25 Avqust 2011 10:03

uwaqken futbola o geder maraq salmiwdimdi...amma boyuyunce bu maraq itdi...Messi gozel futbolcudu..arzularin arxasi ile qacmaq..................................... yerivar




muellife twk edirem cox gozel tercume etmisiniz

MASTER-SAN

25 Avqust 2011 09:53

Ugurlu bir heyat you ve gozel senet sahibi :))ela bir irade ve gozel oynu ile haminiwoak salan bir genc oglan malades :))))
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

elecTroSh0k

25 Avqust 2011 01:34

P.S: Tərcüməsi özümə məxsusdur. Xahiş olunur müəllifə hörmət edəsiniz, icazəsiz digər saytlarda yayımlanması qadağandır.

baş üstə!) əla tərcümədir halaldı!

Edman

25 Avqust 2011 00:02

messi bir efsanedi. gelin etiraf edekki dunyada hele onun kimi futbolcu olmayib.

Emil

24 Avqust 2011 23:30

Fan davası salmayın bəri başdan deyirəm, uje görürəm tərpənişlər var, yığışdırın bu söz-söhbətləri.
--------------------

To get away clean, you have play dirty.

İrmak

24 Avqust 2011 23:29

Sitat: DavorE
Menim futbol anlayisimi olcmek sene qalmayib.Her kes oz fikirini bildire biler.

Ronaldo titul alanda messi Ronaldinho'dan hələ öyrənirdi.
Sitat: LeNBoR
Xavi, İniesta olmadan bu heçnədi =) Millidə niyə uğuru Barcadakı kimi deil? :) Boş şeydi, Xavi, İniesta və ya Messidən biri transfer olsa batdılar =)

Mən bu sözü 3 ildi deyirəm sən də dedin smile
Sitat: Lektra
bu hansi kitabda yazilib? .bilmediyin seyi danisma,messi nin vaxti ele qabagdadi.ele messi oyuncunu aldadanda neye desen deyer,

Messiyə demir güya Ronaldoya deyir)
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Tatli cadi

24 Avqust 2011 23:29

hello

LARACROFT

24 Avqust 2011 23:23

Sitat: LeNBoR
Xavi, İniesta olmadan bu heçnədi =) Millidə niyə uğuru Barcadakı kimi deil? :) Boş şeydi, Xavi, İniesta və ya Messidən biri transfer olsa batdılar =)


Razıyam.İndi Barcelonada ona kömək edən var deyə qolları çox olur.Bizimkilər o dəqiqə deyirlər Messidən yoxdu.Düz deyirsən o oyunu millidə göstərsində.Orda göstərə bilmir çünki Xavi,İniesta yoxdu
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Lektra

24 Avqust 2011 23:21

messi dogurdanda ela oyuncudur bunu onun fanati oldugum ucun demirem her sey goz qabagindadir.ugurlar, messiye messi haqqinda dansmag ucun 1 gun bes etmez coooooooooox bacarigli biridir,barcelonani ve messini cox sevirem.

Sitat: DavorE
Vaxti kecib bedbextin.İndi Maradona kimi bir seydi.Day ne edek.Driblinq edir ele bilir kimise aldadir nedense ozu aldanir axirda

bu hansi kitabda yazilib? belay .bilmediyin seyi danisma,messi nin vaxti ele qabagdadi.ele messi oyuncunu aldadanda neye desen deyer,
Sitat: NiSh
Bawa duwe bilmirem ki qizlar bunun niye beyenirler

qizlar onun gozelyine gore sevmir,barcanin fanatlari ucun messi cox gozeldi.hemde messi ozunu cox gozel aparir ve buda onun gozeliyidi.
Sitat: LeNBoR
Xavi, İniesta olmadan bu heçnədi =) Millidə niyə uğuru Barcada
kı kimi deil? :) Boş şeydi, Xavi, İniesta və ya Messidən biri transfer olsa batdılar =)

Sen ne danisirsan harda gorunubki tek elden ses cixar? iniestanin ve xavinin ona komek etmek vezifesidir,barca komanda seklinde oynayir.

Aidan

24 Avqust 2011 23:03

Messi mac
--------------------
Dream it.
Wish it.
Do it.

_MiSS PrInCeSS_

24 Avqust 2011 22:36

Hmmmmmmmmmmmmmmmmmmmmmmmm scratch_

joy_az

24 Avqust 2011 22:33

bezmisem bu usaqin uzunu gormekden!! nervi

MoNuElLa

24 Avqust 2011 22:11

Herrii Messiiii.............))
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(