![Barcelona superkubokun sahibi oldu! [oyun haqda məlumat və qaliblərimiz]](http://s53.radikal.ru/i141/1108/65/ee795b337a07.jpg)
Barcelona superkubokun sahibi oldu! [oyun haqda məlumat və qaliblərimiz]
- 18 Avqust, 2011
- 7 378 Baxış
Bu gecə möhtəşəm "El Classico" baş tutdu. Bu oyunda İspaniya superkubokunun sahibi bəlli olacaqdı. 90 dəqiqə ərzində sürətli, templi, gərgin və gözəl oyun izlədik. Gəlin oyunda baş vermiş hadisələrə nəzər salaq.
1-ci hissə
Oyuna Real Madrid fəal başladı. Lakin 15-ci dəqiqədə Barcelona hesabı açdı! Barcanın ən qiymətli oyunçularından olan A. Iniesta "Nou Camp"da hərkəsi ayağa qaldırdı. Hesab 1-0. Qoldan cəmi 5 dəqiqə sonra, oyunun 20-ci dəqiqəsində portuqaliyalı ulduz C. Ronaldo hesabı bərabərləşdirdi. Hesab 1-1. 28-ci dəqiqədə Realın futbolçusu S. Khedira və 42-ci dəqiqədə Barcelonanın kapitanı Xavi sarı vərəqə ilə cəzalandırıldı. Və ilk hissənin son dəqiqəsində Messi hesabı Barcanın xeyrinə dəyişdi. Hesab 2-1 və ilk hissə sona çatdı.
2-ci hissə
54-cü dəqiqədə C. Ronaldo (Real), 55-ci dəqiqədə J. Mascherano (Barca), 56-cı dəqiqədə Marcelo (Real), 63-cü dəqiqədə Pepe (Real), 77-ci dəqiqədə S. Ramos (Real) sarı vərəqə ilə cəzalandırıldı. 82-ci dəqiqədə hesaba tarazlıq gəldi! Real Madridin fransız ulduz futbolçusu Kərim Benzema qola imza ataraq komandasını məğlubiyyətdən xilas etdi. 85-ci dəqiqədə F. Coentrao (Real) sarı vərəqə aldı. Artıq hərkəsin oyunun əlavə vaxtının başlanmasını gözlədiyi anda 88-ci dəqiqədə Messi Barcelonanın qalibiyyət topunu vurdu! Messi bu qolla rekorda imza atdı. Beləki "Barcelona - Real Madrid" derbisində ən çox qol vuran futbolçu kimi tarixə düşdü. Bununla yanaşı həm Nou Camp-daki 100-cü qolunu vurdu və həmdə komandasının qalibiyyət qoluna imza atdı. 90-cı dəqiqədə Madridlilər hirslərini cilovlaya bilməyib oyunda dava saldılar. Fabreqasa edilən kobudluqdan sonra hərkəs bir-birinə girdi. V. Valdes (Barca) sarı, D. Villa (Barca), Mesut Özil (Real) və Marcelo (Real) qırmızı vərəqə ilə cəzalandırıldı.
VƏ NƏHAYƏT HAKİMİN FİNAL FİTİ SƏSLƏNDİ! İSPANİYA SUPERKUBOKUNUN SAHİBİ BARCELONA OLDU!
Oyunda vurulan qolları onlayn izlə!
Qaliblərimiz:
Hesabı düzgün taparaq MoNuElLa, NiSh, I2a1000, WiLdBoY və Sevka_(JoY) 250 Vmanat qazanmış olur.
BARCANI və BÜTÜN BARCALILARI TƏBRİK EDİRİK!