Loading...
Çempionlar Liqası: 1/8 final mərhələsinə start verildi.

Çempionlar Liqası: 1/8 final mərhələsinə start verildi.

Loading...
Çempionlar Liqası: 1/8 final mərhələsinə start verildi.

Qış fasiləsindən sonra Avropa arenalarında qitənin ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqası 1/8 final matçları ilə davam etdiriləcək.Fevralın 15-də iki oyun olacaq.

Çempionlar Liqasının 7 qat qalibi - İtaliyanın “Milan” klubu İngiltərə “Tottenhem”ini qəbul edəcək. Oyunu fransalı referi Stefan Lannua idarə edəcək. Qrup mərhələsində “Milan” ikinci, “Tottenhem” isə birinci yeri tutub. London komandası İtaliyanın daha bir təmsilçisi “İnter”lə birgə A qrupunda yer alıb. Milandakı oyunda “İnter” 4:3, Londonda isə “Tottenhem” 3:1 hesablı qələbə qazanıb. Əvvəllər “Tottenhem”lə “Milan” UEFA Kubokunun yarımfinalında üz-üzə gəliblər. Həmin qarşılaşmalarda “Milan” üstün olub – 2:1, 1:1.

İndi də İtaliya çempionatının lideri 2007-ci ildən sonra ilk dəfə ¼ finala yüksəlmək üçün yaxşı şansa malikdir. Əvvəlki 4 mövsümdən 2-də “rossonyerlər” 1/8 final mərhələsində İngiltərə klubları ilə görüşlərdə mübarizəni dayandırıblar. Bir il öncə “Milan” “Mançester Yunayted”ə, 2008-ci ildə isə “Arsenal”a uduzub. İndi isə komandanın püşkdə bəxti gətirib.

“Tottenhem” isə tarixində ikinci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib. Lakin cari turnirin qrup mərhələsində bu komanda özünü yaxşı tərəfdən göstərməyi bacarıb. 18 qol vuran “Tottenhem” “Arsenal”la birgə qrup mərhələsinin ən məhsuldar klubu olub. “Milan” isə “pley-off”a ən az sayda xalla (8 xal) və ən az qolla (7 top) çıxıb.

Bu oyunda “Milan”ın yarımmüdafiəçisi Andrea Pirlo diz bağlarını zədələdiyi üçün oynamayacaq. “Tottenhem”də isə liderlərdən olan Qaret Beyl çiynindəki problemlərlə əlaqədar çıxış etməyəcək.

İspaniyanın “Valensiya” komandası ilə Almaniya “Şalke 04”ü arasındakı qarşılaşma da az intriqalı olmayacaq. “Yarasalar” hazırda əla formadadırlar və 2011-ci ildə İspaniya çempionatında bir oyunu da uduzmayıblar. Görüşün baş hakimi rusiyalı Aleksandr Nikolayev olacaq. “Şalke 04” qrupda birinci, “Valensiya” isə ikinci yeri tutub. Bu oyun hazırda “Şalke 04”də çıxış edən Raul üçün xüsusi önəmə malik olacaq. Təcrübəli hücumçu “Real Madrid”də çıxış etdiyi vaxt İspaniya çempionatında “Valensiya”nın qapısından 12 top keçirib. Bundan əlavə, “yarasalar” 1999-2000-ci il mövsümündə Çempionlar Liqasının finalında Rauldan zərər görüblər. Həmin qarşılaşmada “kral klubu” qalib gəlib – 3:0.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Cavab görüşləri martın 16-da olacaq
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Emil

16 Fevral 2011 18:20

Əvvəlki qədər baxmıram futbollara) winked
--------------------

To get away clean, you have play dirty.

JOY_16

16 Fevral 2011 15:51

Real Madrid yek

MASTER-SAN

16 Fevral 2011 00:01

Heves qalmayibe uje futbola .evveler cox maraqlanirdim .Adim kimi bilirdim kim harda oynayir ,kim nece nomredi .Ligada necenci yerdedi nece xali var ne bilime .Indi ise temiz bele weylere hevesim olub e..bilmirem neden ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

İrmak

15 Fevral 2011 22:38

Sitat: Ayka Ronaldo
Yox sabah ayrı oyunlar olacaq. Sabah Realın əzəli rəqibi Barsa Arsenalnan oynayacaq. Real isə Fevralın-22 səfərdə Lyon-la qarşılaşacaq

Real üçün çətin olacaq vacib görüşləri gəlir qabağdan.
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

elena

15 Fevral 2011 22:17

Ayka Ronaldo,
gorursen yazmiwam ki DAHA COX. smile

Ayka Ronaldo

15 Fevral 2011 22:15

Sitat: Miss Dizayner
bu xeber daha cox oglanlari maraqlandirar

Mən də oğlanam? Məni çox maraqlandırır
Sitat: HUGO BOSS
Real saba oynuyurda yeqin

Yox sabah ayrı oyunlar olacaq. Sabah Realın əzəli rəqibi Barsa Arsenalnan oynayacaq. Real isə Fevralın-22 səfərdə Lyon-la qarşılaşacaq

Miss_Yerazka

15 Fevral 2011 22:14

Gorekde Nece Olacaq?

Mr_RoCCo

15 Fevral 2011 21:30

mütləq izliyəcəm..Əsas da Milan-Tottenham
Bale-nın oynamaması Milançün əsl şans oldu.Məncə oyun 3-2 Milanındı.
--------------------
FaceBook
Instagram - ageelvevo

MR.QARRI

15 Fevral 2011 21:19

futbolla bir o qədər də maraqlanmıram.....

Nilay

15 Fevral 2011 21:16

twk) smile menlik deyil

Mamedovich

15 Fevral 2011 20:38

Əvvəllər hər oyunu izləyərədim... İndi nədənsə heç maraqım qalmayıb

İrmak

15 Fevral 2011 20:37

Real saba oynuyurda yeqin
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

elena

15 Fevral 2011 20:36

bu xeber daha cox oglanlari maraqlandirar.twk... smile