Loading...

Futboldan 2 yeni xəbər.
İdman
- 11 Yanvar, 2011
- 3 379 Baxış
Loading...

İspaniyanın "Barselona" klubunun və Argentina milli komandasının hücumçusu Lionel Messi 2010-cu ilin ən yaxşı futbolçusu sayılıb.
Messi səsvermədə həmklubları və İspaniya yığmasının yarımmüdafiəçiləri Xavi və Andres İnyestanı qabaqlayıb.
Ona FİFA və "France Football" jurnalının birgə təsis etdiyi "Qızıl top" mükafatı verilib.
Qeyd edək ki, Lionel Messi karyerasında ikinci dəfə "Qızıl top"a sahib olub. O, 2009-cu ildə də planetin ən güclüsü sayılıb.

İspaniyanın “Real” futbol klubunun baş məşqçisi Joze Mourinyo indiyədək rəhbərlik etdiyi komandalarla ev oyunlarında təqribən son 9 ildə uduzmayıb.
Portuqaliyalı mütəxəssis axırıncı dəfə “Portu”nun sükanı arxasında olduğu vaxt məğlubiyyətə düçar olub.
23 fevral 2002-ci ildə keçirilmiş Portuqaliya çempionatı matçında “Portu” öz meydançasında “Beyra Mar”a yenilib – 2:3. Bundan sonrakı 119 oyun Mourinyonun komandasının qələbəsi, 25-i isə heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, Joze Mourinyo “Portu”dan sonra İngiltərənin “Çelsi” və İtaliyanın “İnter” klublarında da çalışıb.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...