Loading...

2 Football news
İdman
- 06 Oktyabr, 2010
- 3 427 Baxış
Loading...
Argentinalı ulduz oyunçu, mükafatlarının hamısını birdən qazanan 4-cü oyunçu oldu.
Barcelonanın Argentinalı ulduzu Lionel Messi, bu mövsüm La Liqayada qeyd etdiyi 34 qolla Avropa Qızıl Ayaqqabı Mükafatının sahibi oldu.
Keçən mövsümki performansıyla ovsunlayan Lionel Messi, La Liqayada atdığı 34 qolla Barcelonanın çempionluğa uzanmasında böyük pay sahibi olmuşdu.
Messi; Marco van Basten, Ronaldo və Cristiano Ronaldodan sonra FIFA Dünyada İlin Oyunçusu, Qızıl Top və Qızıl Ayaqqabı mükafatlarının hamısını birdən qazanan 4-cü oyunçu oldu.
Mükafat alan anda Messini 29 qolla Chelseanın ulduzu Didier Drogba və Udineseli Antonio de Natale izlədi
Fənərbaxça Klubunun qabaqda gələn adlarından Selim Soydan, Alexin mövsüm sonunda Fənərbaxçadan ayrılacağını söylədi.
Radyosporda Özgür Sancarla Xüsusi Xəbər Proqramına qatılan Soydan, "Alexin futbolçuluğuna kimsə bir şey deyə bilməz. Fənərbaxçaya çox faydalı oldu. Kimsə Alex yaxşı işlər edə bilmədi deyə bilməz. Bu il də yaxşı işlər edəcək; lakin bu mövsüm Alexin son mövsümü" dedi.
Alexin bu mövsümdən sonra Fənərbaxçada davam edəcəyinə inanmadığını ifadə edən Selim Soydan, "Kasımpaşa matçından sonra danışması da bu mövzuda idi. ‘Bu il də oynamaq istəyirəm' dedi. Məncə bu mövsüm edə biləcəklərinin ən yaxşısını edib, mövsüm sonunda Fənərbaxçaya vida edəcək" şəklində danışdı.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...