Loading...
Dolları çölə səpən idmançımız barədə federasiya qərar verəcək - VİDEO

Dolları çölə səpən idmançımız barədə federasiya qərar verəcək - VİDEO

Loading...

Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu Elmar Qasımovun millidən kənarlaşdırılmasına münasibət bildirib.


O, açıqlamasında onun barəsində yekun qərarın tezliklə veriləcəyini vurğulayıb:

“Bu, onun şəxsi “Instagram” profilidir. Ona qarışa bilmərik. Bununla belə, milli üzvü və ictimai fiqur olduğu nəzərə alınaraq, ona dəfələrlə bu barədə xəbərdarlıq etmişik. Ermənistanda bayrağımızı qaldırmış bir idmançı kimi onu tamamilə silə bilmərik.

Hazırda o, millimizin təlim-məşq toplanışında iştirak etmir. Bizim federasiyada Daimi Fəaliyyət Komissiyası var. Bu məsələ orada müzakirə olunur. Orada, yəqin ki, hansısa qərar veriləcək.

İdmançı özü də başa düşməlidir ki, Olimpiya, dünya və Avropa mükafatçısıdır, gənclər üçün örnək olmalıdır. Onun paylaşdığı bu videolar düzgün deyil və bunun necə əks-səda verəcəyini anlamalıdır”.


***14:10

Rio Olimpiadasının cüdo üzrə gümüş mükafatçısı Elmar Qasımov yığmadan kənarlaşdırılıb.


İdmançı həm son yarışlarda uğursuzluğa, həm də nizam-intizami pozduğuna görə millidən uzaqlaşdırılıb.


Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında ilk görüşdəcə uduzan idmançı bu səbəbdən millinin Şahdağdakı təlim-məşq toplanışına aparılmayıb.

Həmçinin idmançı “Instagram”da paylaşdığı videoları ilə də son günlər gündəmdə idi. Onun bir gün əvvəl eyvandan dollar əskinaslarını havaya atması və buna dair çəkdiyi videonu “Pulu haramçılıqla qazananda” başlığı ilə paylaşması son hədd olub. Üstəlik, idmançı dünən paylaşdığı videoda iyunun 15-i tarixini əks etdirən gündə qırmızı balıq kürüsü ilə dolu qutunu açdığını nümayiş etdirib. Artıq bu idmançının millidə olmayacağını indidən demək olar.


Məsələ ilə bağlı idmançı ilə əlaqə saxlasaq da, o, zənglərimizə cavab vermədi.

Qeyd edək ki, 30 yaşlı Elmar Qasımov Olimpiadadan başqa, dünya, Avropa çempionatlarının, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının mükafatçısıdır. Budəfəki Olimpiadada 100 kq çəki dərəcəsində Azərbaycanı osetin əsilli Zelim Kotsoyev təmsil edəcək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR