Loading...
Azərbaycan regionlarında simulyatorda

Azərbaycan regionlarında simulyatorda "Formula-1" çempionatı keçiriləcək

Loading...
Azərbaycan regionlarında simulyatorda

Bakı. 16 fevral. / Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə birgə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda "Formula-1" çempionatı keçirəcək.

“Report” xəbər verir ki, bununla bağlı bu gün “Bakı Kristal Zal”da mətbuat konfransı təşkil olunub. Tədbirdə BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və AAF-ın mobillik üzrə koordinatoru Zafiq Xəlilov iştirak ediblər.

N.Arpadarai layihənin region ictimaiyyəti arasında “Formula-1”ə böyük həvəs yaradacağını bildirib. Onun sözlərinə görə, yarışlar Bakıda keçirildiyindən, paytaxt sakinləri “Formula 1”in gətirdiyi əyləncə və coşqunu daha çox yaşaya bilirlər: “Son illər ölkədə keçirilən “Formula-1” yarışları ictimaiyyət arasında bu idmana böyük maraq oyadıb. Biz də bu layihə vasitəsilə çalışırıq ki, region ictimaiyyəti də Bakıda olan yarış həyəcanı və coşqusuna qoşula bilsin. İnanırıq ki, bu layihə region sakinlərini “Formula-1” ilə daha yaxından tanış edərək ölkə ictimaiyyəti arasında avtoidmana maraq göstərən azarkeşlərin sıralarını əhəmiyyətli dərəcədə genişləndirəcək”.

Z.Xəlilov isə deyib ki, layihə çərçivəsində məktəblilərə yol hərəkətinin təhlükəsizliyinə dair seminarlar keçiləcək: “AAF yol hərəkəti təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirmə işləri, o cümlədən məktəblilər arasında “Yol hərəkəti qaydalarını öyrənək” adlı seminarlar keçirir. Regionlarda keçiriləcək bu seminarlarda məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən, yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat veriləcək. Həmçinin, seminar iştirakçılarına müvafiq videoçarxlar təqdim olunacaq, nəşrlər paylanacaq. İnanırıq ki, bu layihə region məktəblilərinin yol hərəkəti təhlükəsizliyi barəsində ətraflı maariflənməsinə öz töhfəsini verəcək”.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında gənclər arasında “Formula-1” və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır. Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində çempionat və seminarlarda Lənkəran, Şirvan, Fizuli, Mingəçevir, Qax və Qubadan olan yuxarı sinif şagirdləri iştirak edəcəklər.

Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçiləcək və onlar Bakıda Novruz bayramı ərəfəsində baş tutacaq final mərhələsində yarışacaqlar. Sonda qaliblə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və qiymətli hədiyyələr təqdim olunacaq.

float: left; width: 100%;">
Azərbaycan regionlarında simulyatorda

Azərbaycan regionlarında simulyatorda
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR