Fon yüklənir...
Загрузка...

Antalyada azərbaycanlı hakimlərin idarə etdikləri oyunda insident baş verib

Загрузка...
Antalyada azərbaycanlı hakimlərin idarə etdikləri oyunda insident baş verib

“Olimpik”

Bakı. 22 yanvar. / Türkiyənin Antalya bölgəsində azərbaycanlı hakimlərin idarə etdikləri “Olimpik” (Donetsk, Ukrayna) – “Korona” (Polşa) oyununda insident baş verib.

“Report” hər iki klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçuların kobud oyunu 45+1-ci dəqiqədə kütləvi davaya səbəb olub. Nəticədə matçın referisi Nail Nağıyev polşalıların heyətində Marçin Tsebula və Radek Deymekə qırmızı vərəqə göstərib. Lakin baş hakim köməkçiləri Yaşar Abbasov və Elşad Abdullayevlə məsləhətləşdikdən sonra sonuncunun “qırmızı”sını sarı vərəqə ilə əvəzləyib.

Fasilədə hər iki komandanın baş məşqçiləri azərbaycanlı hakimlərdən görüşə 11 nəfərlər davam etməyi xahiş ediblər. Onların istəyi təmin olunub. Belədə Tsebulanın əvəzinə meydana başqa bir futbolçu çıxıb.

İlk hissənin əvvəlində isə Donetsk təmsilçinin futbolçusu Zurab Oçiqava rəqib oyunçu Oliver Petraka qarşı kobud oyuna görə qovulub. Lakin yenə meydanda balans pozulmayıb. Sadəcə, onun əvəzinə meydana komanda yoldaşı çıxıb. İkinci hissənin sonrakı bölümlərində də zaman-zaman ehtiraslar coşub. Lakin referi daha heç kimi meydandan qovmayıb. Görüş isə tərəflərin səylərinə rəğmən, qolsuz yekunlaşıb. 

Qeyd edək ki, azərbaycanlı hakimlərin yanvarın 20-dən Türkiyənin Antalya bölgəsində başlanan təlim-məşq toplanışı fevralın 3-dək davam edəcək. 

float: left; width: 100%;">

loading...
Загрузка...