Loading...
Formula 1 üzrə Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

Formula 1 üzrə Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

Loading...
Formula 1 üzrə Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

Ziyarətçilərə

Bakı. 16 yanvar. / Formula 1 yarışının Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) İngiltərənin Birminhem şəhərində yerləşən “NEC Arena”da keçirilən sayca 28-ci Beynəlxalq Avtoidman Sərgisində növbəti dəfə stend açıb.

“Report” xəbər verir ki, stenddə sərgi ziyarətçilərinə çəkilişdə iştirak edərək Azərbaycana ikinəfərlik səyahət paketi və yarış bileti qazanmaq, eləcə də simulyatorlarda BŞH-də yarışmaq imkanı təqdim olunub.

Həmçinin ziyarətçilərə Formula 1-in ən yeni şəhər treki olan BŞH və satışda olan müxtəlif bilet seçimləri haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Avtoidman Sərgisi hər il Formula 1 yarış mövsümü öncəsi qapalı məkanda keçirilən dünyanın ən böyük avtoidman sərgisidir. Sərgi çərçivəsində ziyarətçilərə Formula 1 bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı, avtoidman və avtomobil sahələrinə dair son yeniliklərlə əyani şəkildə tanışlıq imkanı təqdim olunur.

float: left; width: 100%;">
Formula 1 üzrə Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR