Loading...

"Şəmkir"lə "Ağsu" "Qaradağ Lökbatan"a qarşı birləşib? - Müdhiş İddia

Loading...

Sabah Futbol üzrə Azərbaycan I Divizionunda son turunun oyunları keçiriləcək.

Sport7.az xəbər verir ki, bu tur gümüş və bürünc medalın sahibinin müəyyənləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Məlum olduğu kimi, "Turan Tovuz" çempionluğunu rəsmiləşdirib. Hazırda 2-ci pillədə yer alan "Səbail" isə "Bakılı"nın qonağı olacaq. Debütantın aktivində 54 xal var və gözlənilən qələbə sayəsində "Səbail" gümüş medalları özü üçün təmin edəcək.

3-ci pillə ilə bağlı isə vəziyyət mürəkkəbdir. 52 xala malik iki komandadan "Qaradağ Lökbatan" 3-cü, "Ağsu" isə 4-cü yerdə qərarlaşıb. Lökbatan təmsilçisi Tovuzda yerli komandaya qonaq gedir. Saat 16:00-da başlayacaq bu qarşılaşmaya paralel olaraq "Şəmkir" - "Ağsu" qarşılaşması da start götürəcək. Bu oyunlarda büdrəyən tərəf 3-cü pillə ilə vidalaşmağa məhkumdu.

Redaksiyamıza sabah keçiriləcək oyunlarla bağlı maraqlı məlumat daxil olub. Etibarlı mənbədən aldığımız məlumatda deyilir ki, "Şəmkir" sabahkı oyunda "Ağsu"ya 3 xalı "bağışlamağa" razılaşıb. Badri Kvaratsxeliyanın çalışdırdığı komandanın heç bir iddiası qalmadığından onlar "Ağsu"nun bürünc medallara yiyələnməsi üçün əllərindən gələni etməyə, müqavimətsiz təslim olmağa razıdılar. Bunun üçün həm də "Turan Tovuz"un "Qaradağ Lökbatan"ı büdrətməsi vacibdir. Mənbəmiz də hadisələrin məhz bu ssenariylə cərayan edəcəyini bildirir. Bir sözlə, əyalət təmsilçiləri Lökbatan komandasının bürüncsüz qalması üçün birləşiblər.

Xəbər saytımıza axşam saatlarında daxil olduğundan adı çəkilən komandaların rəsmilərindən münasibət öyrənə bilmədik. Ümid edirik ki, UEFA-dan gələn siqnallar, AFFA-nın "Rəvan"la "Şərurspor"a verdiyi cəza divizionun digər təmsilçiləri üçün dərs olub və onlar Azərbaycan futbolunun adını ləkələməkdən, yeni sanksiyalara zəmin hazırlanmasından çəkinəcəklər.

Sport7.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR