Loading...

"Real"dan ŞOK qərar! 357 azarkeşin kartı ləğv olundu

Loading...

Ötən həftə Madriddə baş tutan "El Klasiko"da "Barselona"ya son dəqiqələrdə Messinin qolu ilə məğlub olan "Real" tərəfdarlarının olduğu tribunada bəzi insanların da sevinməsi diqqət çəkmişdi. 

Sport7.az xəbər verir ki, əsl gerçəklik sonradan üzə çıxıb. Bəzi "Barselona"lı azarkeşlərin məhz "Real"lı tərəfdarların vasitəçiliyi ilə stadiona daxil olduqları müəyyənləşib. Bu səbəbdən "Kral Klubu"nun rəhbərliyi rəqib tərəfdarların stadiona girməsinə vasitəçilik edən 357 azarkeşinin mövsümlük kartını ləğv edib. 

Bundan başqa qeyri-qanuni bilet satışı təşkil etdiyi üçün "El Klasiko"dan da öncə 1450 nəfərin kluba üzvülükdən çıxarılması ilə bağlı İntizam Komissiyası işə başlayıb. 

"Real" "Santyaqo Bernabeu"da keçirilən oyunların mövsümlük biletlərini lojalar xaric, 223-2384 avro arasında satmışdı. Komandanın oyunları zamanı "qara bazar"da bilet satışları "El Klasiko" kimi oyunlar 80-120 avro əvəzinə, 500 avroya həyata keçirilir. 

"Santyaqo Bernabeu"dakı oyundan sonra aparılan analizlər nəticəsində klubun təsdiqi olmadan bilet satışı həyata keçirildiyi üçün buna məsuliyyət daşıyanların mövsümlük kartlarının ləğv olunduğu hada açıqlam verilib. Qnunsuz bilet satışına qarşı mübarizə aparan "Real" bunların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü açıqlayıb.

Sport7.az  
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR