Loading...
Ramosun cəzası İspaniyanı qarışdırdı

Ramosun cəzası İspaniyanı qarışdırdı

Loading...
Ramosun cəzası İspaniyanı qarışdırdı

Ötən həftə Madriddə baş tutan "Real" - "Barselona" matçının 77-ci dəqiqəsində Messini yıxıb birbaşa qırmızı vərəqə alan Serxio Ramosa verilən biroyunluq cəza katalon mətbuatı tərəfindən etirazla qarşılandı. 

Sport7.az xəbər verir ki, "El Mundo Deportivo" qəzeti İspaniya Futbol Federasiyasına tabe olan Rəqabət Komitəsinin Neymara verilən 3 oyunluq cəzanın tətbiqedilmə kriteriyalarının Ramosa görməzlikdən gəldiyini iddia edib. Xəbərdə "Normalda ilk olaraq futbolçunun hakimə qarşı olan hərəkətinə baxan komitə, bu dəfə qırmızı vərəqədən sonra Serxionun hakimi alqışlamasını görmədi. "Real"lı futbolçunun rəqib oyunçulara yönəlik hərəkətlərinə də baxılmadı. Halbuki bənzər hərəkətə görə Neymara üçoyunluq cəza verilmişdi" ifadələri yazıldı. 

"Sport" qəzeti isə Rəqabət Komitəsinin qərarına olan reaksiyasını "skandal" başlığı ilə verib. Katalon qəzeti Neymara verilən cəzanın kriteriyalarının Ramos üçün tətbiq edilmədiyini bildirib. 

Bu arada "Real"yönlü kimi tanınan "Marka" "AS", o cümlədən,  "El Pais", "El Mundo" kimi ölkənin önəmli qəzetlərinin Ramosa verilən biroyunluq cəzanın şərh vermədən qısa xəbər kimi dərc etməsi diqqətdən yayınmayıb.

Ramos "El Klasiko"da aldığı cəz üzündən "Deportivo" ilə oyunu buraxmalı olacaqsa, bu həftəsonu "Valensiya"ya qarşı heyətdə yerini bərpa edəcək.

Sport7.az 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR