Loading...

"Qəbələ" son oyuna necə hazırlaşır?

Loading...

Mövsümün sonuna cəmi bir tur qalıb. Artıq medalçılar müəyyənləşdiyindən "Qəbələ"nin son turda hansı heyətlə meydana çıxacağı, baş məşqçi Roman Qriqorçukun kimlərə istirahət verib-verməyəcəyi maraq doğurur.

Bu üzdən komandanın mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq. Anar bəy Sport7.az-a açıqlamasında bunları söylədi: 

"Komanda bütün oyunlara necə hazırlaşıbsa, indi də elə olacaq. Qeyri-adi bir şey yoxdu. Heyətdə hansı dəyişikliklərin olacağına baş məşqçi qərar verəcək. Amma mətbuat konfransında da bildirmişdi ki, qalan oyunların hamısına ciddi hazırlaşacağını bildirmişdi. Həmişəki oyunumuzu oynayacağıq. Son oyunda Asif zədələnmişdi. Onun da durumuna aydınlqı gələcək. Səhv etmirəmsə son oyunda cəzalı duruma düşən futbolçumuz olmadı. Cəza üzündən oyunu buraxacaq futbolçumuz yoxdu".

Sport7.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR