Loading...

"Bursaspor" yalanladı: "Rəhbərlik heç bir baş məşqçi ilə danışıq aparmayıb"

Loading...

"Bursaspor" rəsmi internet səhifəsində heç bir baş məşqçi ilə danışıqlar aparılmadığını bildirib.

Sport7.az xəbər verir ki, klubun rəsmi açıqlaması belədi:

"Bu gün bəzi media orqanlarında bir neçə məşqçinin adına yer verilərək, klubun onlarla danışıqlar apardığını yazıb. Sözügedən iddialar qəti şəkildə gerçək deyil və rəhbərlik, istər birbaşa, istərsə də dolayı yolla heç bir baş məşqçi ilə görüşməyib".

Qeyd edək ki, mətbuatda yığmamızın baş məşqçisi Robert Prosineçkinin artıq "Bursaspor"la anlaşdığı və yeni mövsümdən komandanı çalışdıracağı haqda xəbərlər yayılmışdı. 

Sport7.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR