Loading...

"Qəbələ"dən azarkeşlərə Naxçıvan müjdəsi

Loading...

"Qəbələ" klubu mayın 5-də "Qarabağ"la Naxçıvanda keçirəcəyi Azərbaycan Kubokunun final matçını azarkeşlərinin də izləməsinə köməklik edəcək.

Sport7.az xəbər verir ki, bu barədə klubun Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov məlumat verib.

Onun sözlərinə görə, belə bir imkan il ərzində "qırmızı-qaralar"ı dəstəkləyən, ev və səfər oyunlarında komandanın yanında olan fanatlara yaradılıb. Nəsibov bildirib ki, səfər avtobusla İran ərazisindən keçməklə baş tutacağından, bəzi şərtlərə riayət etmək lazım gələcək: 

"Azarkeşlərin xarici pasportları olmalıdır. Valideynsiz gedəcəkləri halda, onların yaşları 18-dən aşağı olmamalıdır. Biz də öz növbəmizdə onların Naxçıvana gediş-gəlişlərinə köməklik göstərəcəyik".

"Qəbələ" rəsmisi nə qədər azarkeşin səfərə çıxacağını hələlik bilmədiklərini də əlavə edib. O, məsələ ilə komandanı dəstəkləyən fan-klubların məşğul olduğunu söyləyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının stadionunda keçiriləcək "Qarabağ" - "Qəbələ" matçı saat 16:00-da başlanacaq. (Sportnet.az)

Sport7.az
  
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR