Loading...
AFFA cəzaları yağdırdı

AFFA cəzaları yağdırdı

Loading...
AFFA cəzaları yağdırdı

Bu gün AFFA-nin İntizam Komitəsinin iclası keçirilib. 

Sport7.az xəbər verir ki,  bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:

Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun "Zirə” – "Neftçi” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin XXVII turunun AZAL – "Kəpəz” matçında AZAL klubunun 4, "Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 400 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin XXVII turunun "Qarabağ” – "Sumqayıt” matçında "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

I Divizionun XXV turunun "Səbail” – "Şəmkir” matçında "Səbail” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

I Divizionun XXV turunun "Energetik” – "Bakılı” matçında "Energetik” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

Oyunun 61-ci dəqiqəsində "Energetik” klubunun 22 №-li futbolçusu Elçin Qasımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 61-ci dəqiqəsində "Bakılı” klubunun 1 №-li futbolçusu Ravil Məhəmmədov rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).

Oyunun 61-ci dəqiqəsində oyun əsassız olaraq hakim tərəfindən dayandırılmış və 15 dəqiqə fasilədən sonra yenidən bərpa olunmuşdur.

Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi oyunun hakimi və hakim inspektoru haqqında lazımi ölçü götürüb İntizam Komitəsin məlumatlandırsınlar.

Sport7.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR