Loading...

"Neftçi"yə texniki məğlubiyyət verildi
İdman
- 25 Aprel, 2017
- 440 Baxış
Loading...

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sport7.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının XXVII turunun oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə olunub.
"Zirə” – "Neftçi” matçında "Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 68 - ci dəqiqəsində "Neftçi” klubunun heyətində əvəzetmə zamanı limit pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 97).
"Qarabağ” – "Sumqayıt” matçında "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Sport7.az
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...