Loading...
Zidan:

Zidan: "Nəticədən narazıyıq"

Loading...
Zidan:

Ötən gün La Liqanın XXXII turunda keçirilən "El Klasiko"da "Real" 3:2 hesabı ilə "Barselona"ya uduzub.

Sport7.az xəbər verir ki, görüşdən sonra Madrid klubunun baş məşqçisi Zinəddin Zidan matç ilə bağlı fikirlərini səsləndirib. 

Fransız mütəxəssis matçın videoyazısını izləyəcəyini qeyd edib: "Şad ola bilmərik. Matç ərzində kifayət qədər qol şansı əldə etdik. Çoxlu qol epizodumuz oldu, amma oyunu nəzarətə almağı bacarmadıq. Nəticədən narazıyıq. Meydanda 10 nəfərlə qala-qala hesabı 2:2 edirsənsə, bir qədər müdafiə barədə də düşünmək lazımdır. Messi 2 qol vuraraq, komandasına qələbə qazandırdı. Oyunun videoyazısına baxacam. Amma heç nəyi dəyişmək istəməzdim. Çempionatda hələ xeyli görüş var və biz bu barədə düşünməliyik".

Sport7.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR