Loading...
Luis Enrike:

Luis Enrike: "Barselona" tarixinin bir qismini Messiyə borcludur"

Loading...
Luis Enrike:

Ötən gün La Liqanın XXXII turunda keçirilən "El Klasiko"da "Barselona" "Real"ı 3:2 hesabı ilə məğlub edib. 

Sport7.az xəbər verir ki, görüşdən sonra Katalonya klubunun baş məşqçisi Luis Enrike matç ilə bağlı fikirlərini səsləndirib. 

O, çıxışı zamanı komandanın Lionel Messiyə çox şey borclu olduğunu qeyd edib: "Messi futbol tarixinin ən yaxşı futbolçusudur. O, həmişə həlledici vaxtlarda mükəmməl oynayır. "Barselona" forması ilə 500-cü qolunu vurdu. "Barselona" möhtəşəm klubdur, amma tarixinin bir qismini Messiyə borcludur. Kimsə "Real"ın ən güclü komanda olmağına şübhə ilə yanaşa bilməz. Matç hər cür nəticə ilə bitə bilərdi. Qarşılaşma ərzində yaxşı müdafiə olunurduq. Heç-heçəyə hazır idik. Son dəqiqədə qol vurmaq gözəl hissdir".

Sport7.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR