Loading...

"Builki oyunlarımız ürəkaçan idi" - Samir Abasov

Loading...

"Qarabağ"la oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

Sport7.az
xəbər verir ki, mütəxəssis bunları bildirib:

"Bu gün ən azı bir xal götürmək istəyirdik. Qələbə qazanmağa o qədər də şansımız yox idi. 
Müdafiədə oturub, 1 xal qazanmağı və digər görüşün nəticəsini gözləməyi fikirləşirdik. Təəssüf ki, bunu bacarmadıq. Son iki turda çempion və gümüş medalçı ilə oynamalı oluruq. Təqvim baxımından bəxtimiz gətirmədi. Amma ". Bu gün bir xalın acısını yaşayırıq. Gələcəkdə bunu aradan götürəcəyik. Gənc komandayıq, belə təcrübə toplayırıq. "Qarabağ”ı və Qurban Qurbanovu ürəkdən təbrik edirəm”.
 
- Məhəmməd Qurbanovu birinci hissədə əvəzləməyinizin səbəbi nə oldu?

- Oyunundan narazı qaldım. İstədiyimizi meydanda edə bilmədi. Müdafiəyə kömək etmədi, hücumda çatdırmırdı.
 
- Xal qazanacağınıza daha çox inanırdız, yoxsa "Zirə” və "Kəpəz”in büdrəyəcəyinə ümid edirdiz?

- "Kəpəz”in büdrəyəcəyinə ümid etmirdim. Təqvimin ürəkaçan olmaması pis oldu. "Zirə”, "Kəpəz” və "Neftçi”dən bu mövsüm güclü olduq. Təəssüf ki, evdə çox xallar itirdik. Rəqiblərin oyunu ilə də maraqlanırdıq. Onların nəticəsini gözləyirdik. Çünki onların bugünkü matçlarda nəticəsi böyük önəm kəsb edirdi. Alınmasa da, məyus deyilik. Çempionata başlayanda hamı bizi autsayder kimi görürdü. Amma ən azı mövsümü 6-cı pillədə bitirəcəyik. Son turda qələbə qazanıb, azarkeşlərimizə sevinc bəxş etmək istəyirik. (apasport)

Sport7.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR