Fon yüklənir...
Загрузка...

"Bu hal istənilən məşqçinin başına gələ bilər" - Ayxan Abbasov

Загрузка...

"Zirə" - "Neftçi" matçından sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.

Sport7.az
xəbər verir ki, mütəxəssis bunları söyləyib:

"Oyuna çox ciddi hazırlaşmışdıq. Qarşılaşmanın mahiyyətini anlayırdıq. Bu görüşdən məğlub ayrılsaydıq, şanslarımız xeyli azalacaqdı. Tam səfərbər olmuşduq. Doğrudu, qarşıda daha bir oyunumuz qalır. Ancaq bugünkü matç olduqca böyük önəm kəsb edirdi. 

- Avrokubok perspektivləri barədə rəhbərliklə müzakirələr aparmısınızmı?

- Qarşıda daha bir oyunumuz qalıb. AZAL ciddi rəqibdi. Bu gün də bunu göstərib. Əvvəlcə vəsiqəni təmin edək, sonra rəhbərliklə bu barədə fikir mübadiləsi aparcağıq.
 
- Əvvəlcədən bilsəydiniz ki, rəqib limiti pozur, Elxan Abdullayevi xəbərdarlıq edərdiz?

- İlk öncə onu qeyd edim ki, bu hal istənilən məşqçinin başına gələ bilər. Elxan Abdullayevə hörmətim hədsizdi. Ancaq yalandan nə deyim? Bilmirəm. Sualı indi verdiniz, yalnız indi düşündüm. (apasport)

Sport7.az
Загрузка...
loading...
Загрузка...